Ultrabənövşəyi şüalanmalar və onlardan mühafizə
Ultrabənövşəyi şüalanmaların təbii mənbəyi Günəşdir. Onların süni mənbələri isə qaz boşaltma lampaları, elektrik qövsləri, lazerlər və s.-dir. Belə şüalanmalar enerji axınının gücü ilə xarakterizə olunur. Ultrabənövşəyi şüalanmalar insan orqanizminə fiziki-kimyəvi və bioloji təsirlər göstərir.
İnsan dərisi və gözləri UBŞ-in bir başa təsirinə məruz qalır. UBŞ dəriyə təsir edərək onu qızardır (epitem təsiri), sonra isə (adətən 48 saatdan sonra) dərinin piqmentizasiyasına (qaralmasına) səbəb olur. Şüaların fotokimyəvi təsirindən dəridə D vitamini əmələ gəlir. Bu şüalanmaların effekti həmin vitaminin əmələ gəlməsi ilə izah olunur.
UBŞ bakterisid, yəni mikrobları tələf etmə xassəsinə də malikdir. Bununla birlikdə orqanizmin infeksiyaya dözümlülüyü və immuniteti də yüksəlir. UBŞ-ın bakterisid xassəsindən havanın, suyun, ərzaq mallarının, taraların, cərrahiyyə alətlərinin və s. sanitar işlənməsində istifadə edilir.
İnsan orqanizminin normal fəaliyyəti üçün ultrabənövşəyi şüalar zəruridir. UBŞ uzun müddət olmadıqda orqanizmdə müxtəlif əlverişsiz hallar təzahür edir ki, bunlar «uşaq aclığı» və ya «ultrabənövşəyi çatışmazlıq» adlanır. Lakin bununla bərabər UBŞ-nin böyük dozalarda, uzun müddətli təsiri dərini və gözləri ciddi zədələyə bilər.
UBŞ-ın böyük dozalarının dəriyə uzun müddətli təsirindən dəridə güclü qızartı, suluqlama və şiş əmələ gəlir. UBŞ-ın peşə ilə əlaqədar təsirindən isə dermatitlər, ekzemalar, üzün və əllərin yanıqları, dəri xərçəngi inkişaf edə bilər.
UBŞ-ın gözə təsiri daha ağır olur. UBŞ-ın gözlərə təsiri 2…6 saat davam edən gizli dövrdən sonra aşkara çıxır və göz almacıqlarının artan ağrıları, görmə qabiliyyətinin dumanlanması, konyuktivitlərin, göz qapağı və almacıqların şişməsi ilə nəticələnir. Bu hadisələr göz yaşarması, işıqdan qorxma, bəbəklərin daralması, baş ağrısı, yuxusuzluq və ümumi narahatlıq hissiyyatı ilə müşahidə olunur. Şüalanmaların təsiri aradan qaldırıldıqda 5…6 gün sonra göstərilən hallar keçib gedir və hər şey qaydaya düşür.
UBŞ-ın çatışmazlığı ilə əlaqədar olaraq işçilərin orqanizmində yaranan əlverişsiz halları aradan qaldırmaq üçün həm Günəş şüalanmalarından, həm də süni UBŞ mənbələrindən istifadə edilir.
UBŞ artıqlığından mühafizə üçün günə qarşı kimyəvi (kimyəvi maddələr və tərkibində UBŞ-nı udan inqrediyentli qoruyucu kremlər) və fiziki (şüaları udan, əks edən və yayan müxtəlif maneələr) vasitələr tətbiq edilir. UBŞ-nı keçirməyən parçalardan (məsələn, poplindən) hazırlanmış iş paltarından istifadə olunması da yaxşı nəticələr verir. İstehsalat şəraitində gözləri mühafizə etmək üçün şüşəli eynəklərdən istifadə olunur.
Mühitin ionlaşmasına (yüklənmiş atom və molekulların – ionların yaranması) səbəb olan hər hansı şüalanma ionlaşdırıcı şüalanma adlanır.
İonlaşdırıcı şüalanma mənbəyi istehsalatda tətbiq edilən süni radioaktiv izatoplarıdır. İonlaşdırıcı şüalanmalarla məşğul olan adamların həyatı ciddi təhlükəyə məruz qalır. Lakin müəyyən texniki və təşkilatı tələblərə riayət edildikdə radiaktiv maddələr təhlükəli deyil.
İonlaşdırıcı şüalanmaya rentgen, alfa, beta və qamma şüaları aiddir.
Alfa şüalanma maddənin buraxdığı heliumun nüvə atomları axımından ibarətdir.
Betta şüalanma radiaktiv parçalanmadan yaranan elektron və pozitron axnlarından ibarətdir.
Qamma şüalanma nüvə reaksiyaları prosesində bir atomun digərinə çevrilməsi nəticəsində yaranır və yüksək tezlikli elektromaqnit şüalanmalardan ibarətdir;
Rentgen şüalanması maddələrin elektron axını ilə bombarduman edilməsində yaranan yüksək tezlikli elektromaqnit dalğasından ibarətdir.
Şüalanmanın insanlara təsiri üç kateqoriyaya bölünür.
A kateqoriyası – bilavasitə ionlaşdırıcı şüalanma mənbələri ilə işləyənlər və ya işin xarakterindən asılı olaraq şüalanmaya məruz qalan işçilər;
B kateqoriyası – müəyyən ərazidə yaşayan və həmin ərazidə onlar üçün şüalanma dozası yuxarı olan adamlar;
V kateqoriyası – bütün əhali.
Xarici və daxili şüalanma dozalarının yol verilən qiymətləri dörd qrup kritik orqan və toxumalar üçün müəyyən edilir.
I qrup – bütün bədən, хrustalcıq, qırmızı sümük iliyi (bеyni);
II qrup - əzələlər, piy toxuması, qaraciyər, böyrəklər, dalaq, mədə bağırsaq traktı, ciyərlər, göz bülluru və s.;
III qrup – sümük toxumaları, qalxanabənzər vəzi və dəri örtüyü;
IV qrup – sümüklər, çiyinlər, dirsək və dabanlar.
İonlaşdırıcı şüaların yol verilən dozası cədvəldə verilir.
Şüalanmanın xarakteri
|
Yol verilən şüalanma dozası
|
m ber/həftə
|
ber/il
|
Peşə şüalanması
|
100
|
5
|
Sanitar mühafizə zonası daxilindəki istehsalat otaqlarında işçilərin şüalanması
|
10
|
0,5
|
Bütün əhalinin şüalanması
|
1
|
0,05
|
Şüalanmanın dozası aşağıdakı düsturla hesablanmış qiymətdən artıq olmamalıdır.
D = 5(N – 18)
burada D – doza, ber; N – insanın yaşı, il; 18 – işçilərin minimum yaşıdır.
Müəyyən edilmişdir ki, 30 yaşa qədər müddətdə toplanan doza 60 ber-dən çox olmamalıdır.
İonlaşdırıcı şüalanmadan mühafizə tədbirlərini və ya yol verilən müddəti hesablanır.
D = Pt və ya t = D/P
Burada P – dozanın gücü, m∙ber/saat; t - yol verilən müddət, saat/həftə;
Norma kimi D = 100 mR/həftə qəbul etsək, onda olar. Beləliklə 36 saatlıq iş həftəsi üçün gündəlik yol verilən dozanı tapırıq.
Şüalanmaların ölçü vahidləri. Radioaktivliyin ölçülməsi üçün Bekkerel (BK) vahidi qəbul edilmişdir.
Bu vahid radioaktiv maddənin elə bir miqdarının fəaliyyətindən ibarətdir ki, onda 1 saniyə ərzində 3,7 ∙1010 bölünmə gedir.
Praktikada daha kiçik vahidlərindən istifadə edilir. Milliküri (Mki) 1ki = 3,7∙1010 BK.
İonlaşdırıcı şüaların təsiri şüalanma dozası ilə qiymətləndirilir. Şüalanma dozalarının 3 növü var. Ekspozisiya, udulmuş və ekvivalent.
Udulmuş şüalanma dozası Dud udulmuş şüalanma enerjisinin maddənin kütləsinə nisbətidir.
D = dE/dm, C/kq
Onun ölçü vahidi qrey (qr) qəbul edilmişdir. 1qr = 10 C/kq. Köhnə vahid rad – da tətbiq edilir.
1qr = 10 C/kq = 10 rad
Müxtəlif növ şüaların eyni miqdarda udulmuş dozası eyni kütləli tохumaya müxtəlif bioloji təsir göstərdiyi üçün ekvivalent doza anlayışı meydana çıxmışdır.
Ekvivalent doza toxumada udulmuşdur şüalanma dozasının həmin şüalanmanın keyfiyyət əmsalına (Q) hasili ilə təyin edilir.
H = D × Q
Ekvivalent dozasının ölçü vahidi kimi zavert (ZV) qəbul edilmişdir. 1ZV=100ber.
Zivert, udulmuş dozası 1qr və şüalanma əmsalı vahidi olan ekvivalent şüalanma dozasına bərabərdir.
Ekspozisiya dozası rentgen və qamma şüaların təsirindən quru atmosfer havasının ionlaşma ölçüsüdür. Bu doza ionlaşdırıcı şüaların təsirindən havanın vahid kütləsində (1kq) yaranan eyni işarəli hissəciklərin bir kulon yükünə bərabərdir.
Deksp = Q/m Kl/kq
Burada Q - eyni işarəli ionların tam yükü; m– havanın çəkisidir. Ekspozisiya dozasını ölçmək üçün rentgen ölçü vahidi də işlədilir.
İonlaşdırıcı şüalanmaların təsirindən mühafizə
Radiasiya təhlükəsizliyi tədbirləri əsas sanitariya qaydaları ilə (OCP-72/80, “оsnavnıе sanitarnıе pravila”) müəyyən edilmişdir. Şüalanma mənbələri ilə işlədikdə aşağıdakı mühafizə sistemlərini bilmək lazımdır:
1. “Vaxtla mühafizə” – şüalanma sahəsində işlərin davamiyyətinin azaldılması;
2. “Məsafə ilə mühafizə” – operatorla şüalanma mənbəyi arasındakı məsafənin artırılması;
3. “Ekranda mühafizə” – müxtəlif mühafizə ekranlarının tətbiqi.
Dostları ilə paylaş: |