Mövzu 1 Əmək mühafizəsi üzrə qanunvericilik. Əmək mühafizəsinin hüquq və təşkilati məsələləri, normaları, əmək müqaviləsi


III. XÜSUSİPALTAR, XÜSUSİAYAQQABI VƏ MÜHAFİƏ



Yüklə 247,96 Kb.
səhifə38/40
tarix29.11.2022
ölçüsü247,96 Kb.
#71317
1   ...   32   33   34   35   36   37   38   39   40
Əməyin-mühafizəsi

III. XÜSUSİPALTAR, XÜSUSİAYAQQABI VƏ MÜHAFİƏ
VASİƏLƏRİNİN QƏBUL OLUNMASI, VERİLMƏSİ VƏ İSTİFADƏ OLUNMASI QAYDALARI.

Fəhlələrə verilən xüsusi paltar, xüsusi ayaqqabı və mühafizə vasitələri DÜİST-ə və texniki şərtlərin tələblərinə uyğun olmalı və onlar istifadəyə yararlı olmalıdırlar.


Müəssisənin rəhbəri fəhlələrə xüsusi paltar, xüsusi ayaqqabı və mühafizə vasitələrinin müəyyən olunmuş müddətdə verilməsinin qeydə alınmasını və nəzarət olnmasını təşkil etməyə borcludur. Fəhlələrə verilən və onlardan alınan xüsusi paltar, xüsusi ayaqqabı və mühafizə vasitələri müəyyən olunmuş formada fəhlələrin şəxsi kartoçkalarına qeyd edilməlifir.
Xüsusi paltar, xüsusi ayaqqabı və mühafizə vasitələri qoyulmuş saxlama yerindən fəhlədən asılı olmayaraq xarab olmuşsa, yaxud itmişsə müəssisənin rəhbəri həmin fəhlə və qulluqçuya başqa salamat xüsusi paltarı, xüsusi ayaqqabını və mühafizə vasitələrini verməyə borcludur.
Müəyyən olunmuş sahə üzrə nümunəvi normalarda mühafizə vasitələrinin (qoruyucu kəmər, dielektrik qaloş və əlcək, dielektrik kəbə, qoruyucu eynək, raspirator, əleyhiqaz, dəbilqə) verilməsinin göstərilməməsi hallarında həmin vasitələr fəhlələrin və qulluqçuların yerinə yetirdikləri işin şəraiti və xarakterindən asılı olaraq xarab olana qədər və yaxud “növbətçi” kimi onlara verilə bilər.



XÜSUSİ PALTAR QORUYUCU AYAQQABI DƏBİLQƏ





RESPİRATOR QORUYUCU EYNƏK


Xüsusi paltar və xüsusi ayaqqabının əvəzinə onun parçası yaxud onların dəyəri qədər pulun verilməsi qadağandır.
Fəhlə və qulluqçulara verilən xüsusi paltar, xüsusi ayaqqabı və mühafizə vasitələri müəssisənin xüsusi mülkiyyəti sayılır və aşağıdakı hallarda qaytarılmalıdır:

  • fəhlə işdən azad edildikdə,

  • başqa işə keçdikdə, hansı ki, verilən xüsusi paltar, xüsusi ayaqqabı və mühafizə vasitələri yeni iş üzrə normada nəzərdə tutulmayıb.

Xüsusi paltar, xüsusi ayaqqabı və mühafizə vasitələrinin geyinmə müddəti onların faktiki verilmə müddətindən hesablanır.


Fəhlə və qulluqçuların günahı olmadan xüsusi paltar, xüsusi ayaqqabı və mühafizə vasitələri geyinmə müddətindən qabaq sıradan çıxırsa, müəssisənin rəhbəri onları dəyişdirməyə, yaxud təmir etdirməyə borcludur. Belə dəyişiklik tərtib olunmuş akta əsasən həyata keçirilir.
Kollektivin istifadə edəcəyi növbətçi xüsusi paltar, xüsusi ayaqqabı və mühafizə vasitələrini sahənin anbarında saxlayırlar. Xüsusi paltar, xüsusi ayaqqabı və mühafizə vasitələri nəzərdə tutulan iş görülən zaman verilir. Bəzi hallarda onları ustalar otağında saxlamaqla (xüsusi şkafda) bir növbədən başqa növbəyə təhvil verilir. Belə hallarda xüsusi paltar, xüsusi ayaqqabı və mühafizə vasitələrinin saxlanmasına növbə ustası məsuliyyət daşıyır.
Müəssisəyə istehsalat təcrübəsinə gələn şagirdləri orta ixtisas və ali məktəb tələbələri təcrübə keçirilən müddət ərzində xüsusi paltar, xüsusi ayaqqabə və mühafizə vasitələri ilə təmin olunmalıdır. Belə ki, onların hər hansı peşə üzrə apardıqları işə görə fəaliyyətdə olan müəyyən sahələr üzrə normalarda bu peşələrə xüsusi paltar, xüsusi ayaqqabı və mühafizə vasitələrinin verilməsi nəzərdə tutulmuş olsun.
Müəssisənin mühəndis texniki işçiləri fəhlələrin iş vaxtı onlara verilən xüsusi paltar, xüsusi ayaqqabı və mühafizə vasitələrindən istifadə etmələrinə nəzarət etməyə borcludur. Onlar həmçinin xüsusi paltar, xüsusi ayaqqabı və mühafizə vasitələri olmayan fəhlələri işə buraxmamalıdırlar. Bundan başqa xüsusi paltarı, xüsusi ayaqqabısı təmir olunmamış, kirli və müdafiə vasitələri nasaz olan fəhlələri işə buraxmamalıdırlar.
Müəyyən sahələr üzrə normalara əsasən mühafizə vasitələri (respirator, əleyhqaz və s.) olan fəhlələr onlardan istifadə etmə qaydalarına uyğun əlavə təlimat keçməlidirlər.
Mühafizə vasitələrinin (qoruyucu kəmər, dielektrik əlcək, kəbə və qaloş) müəyyən olunmuş vaxtı saz olmasını və sınaqdan keçirilməsini təmin etməyə mühəndis texniki işçilər borcludurlar. Yoxlamadan keçəndən sonra onların üzərinə növbəti yoxlamanın keçilməsi haqda kleymo vurulmalıdır.
İş vaxtı qurtardıqdan sonra fəhlələr tərəfindən xüsusi paltar, xüsusi ayaqqabı və mühafizə vasitələrini müəssisədən kənara çıxarmaq qadağandır.
Bədbəxt hadisədən qaçmaq məqsədi ilə alışqan material hopmuş xüsusi paltarda açıq alovun yaxınlığında durmaq və açıq alovla işləmək qadağandır.

Yüklə 247,96 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin