ÜMUMİ TƏLƏBLƏR
Hazırki təlimat xüsusi paltar, xüsusi paltar, xüsusi ayaqqabı və mühafizə vasitələrinə dair fəaliyyətdə olan qanunlara əsasən tərtib olunub.
Müəyyən olunmuş sahə normalarında nəzərdə tutulmuş peşələr üzrə fəhlələrə xüsusi paltar, xüsusi ayaqqabı və mühafizə vasitələri pulsuz verilir.
Xüsusi paltar xüsusi ayaqqabı və mühafizə vasitələri fəhlələrə orqanizmi aşağıda göstərilən amillərdən qorumaq üçün verilir:
kimyəvi maddələrin, turşuların, rənglərin, benzinin və başqalarının təsirindən,
tozlar və qazların təsirindən,
qaz və elektrik qaynağı vaxtı qızmış metal sıçrantılarının təsirindən,
nəmli şəraitdə işləyərkən sudan və nəmdən,
dəzgahlarda mexanizmlərdə texnoloji avadanlıqlarda işləyərkən bədən xəsarətindən,
yüksək temperatur şəraitində işləyərkən yanıqdan və başqa istilərin təsirindən,
elektruk cərəyanından zədələnməyə qarşı,
hündürlükdə işləyərkən yıxılmaqdan,
gözə düşə biləcək kimyəvi məhlulları turşu, toz və digər tullantıların təsirindən.
Hazırki təlimatın təyinatı iş şəraitinə uyğun olaraq müəssisədə fəhlələrə xüsusi paltar, xüsusi ayaqqabı və mühafizə vasitələrinin verlməsi və təmin olunmasının vahid qaydada tələb olunan miqdarda planlaşdırılmasını təmin edir.
Müəssisənin rəhbərinin xüsusi paltar, xüsusi ayaqqabı və mühafizə vasitələrini geyinmə müddətinə uygun verməyə borcludur.
II. XÜSUSİ PALTAR, XÜSUSİ AYAQQABI VƏ MÜHAFİZƏ
VASİTƏLƏRİNİN PLANLAŞDIRILMASI
Xüsusi paltar, xüsusi ayaqqabı və mühafizə vasitələrindən lazım olan miqdarda müəyyən sahələr üzrə nümunəvi normalar ciddi əməl etməklə planlaşdırılır.
İllik sifarişlər fəhlələrin ştat cədvəlinə uygun olaraq tərtib olunur.
Fəhlələrin hər bir peşəsinə uygun xüsusi paltar, xüsusi ayaqqabı və mühafizə vasitələri nümunəvi normaya uyğun gəstərilməlidir. Normada icazəsiz dəyişiklik etmək qadağandır.
Mühafizə vasitələri DÜİST-ə, yaxud texniki şərtə uyğun göstərilməlidir.
Dostları ilə paylaş: |