Mövzu 1 Əmək mühafizəsi üzrə qanunvericilik. Əmək mühafizəsinin hüquq və təşkilati məsələləri, normaları, əmək müqaviləsi


MÖVZU 13. Əmək gigiyenası və istehsalat sanitariyası



Yüklə 247,96 Kb.
səhifə39/40
tarix29.11.2022
ölçüsü247,96 Kb.
#71317
1   ...   32   33   34   35   36   37   38   39   40
Əməyin-mühafizəsi

MÖVZU 13. Əmək gigiyenası və istehsalat sanitariyası
Sanitariya mühafizə zоnası.

İstehsalat sanitariyasının zəhərli istehsalat amillərinin təsirindən qarşısını alan təşkilatı, gigiyenik və sanitariya – texniki tədbirlər sistemidir. Əmək gigiyenası əmək prosesinin və istehsalat mühitinin insanın işgüzarlığına və sağlamlığına təsirini öyrənən elmdir. Sənaye müəssisələrinin tikintisi üçün seçilən sahə, orada bina və tikintilərin yerləşdirilməsi sanitariya (CH – 245 – 81), inşaat (İN və Q II – 89 – 80) və yanğın normalarının tələblərinə uyğun gəlməlidir.


Sanitariya – texniki işlərin açıq havada aparılması bəzi sanitariya – gigiyena məsələlərinin həllini çətinləşdirir. Bunlar aşağıdakılarla bağlıdır:
1. İşçi qüvvəsinin və avadanlığın tez – tez yerini dəyişməsi ilə;
2. Açıq havada işlərin aparılması iş yerlərində normal mikroiqlimin yaradılmasına imkan vermir.
Müəssisələr onlardan ayrılan zəhərliklərin xarakterinə görə 5 sinifə bölünür.
Sanitariya normalarına əsasən müəssisələrin sanitariya sinfindən asılı olaraq sanitariya mühafizə zonalarının ölçüləri aşağıdakı qədər təyin edilmişdir. (SMZ – yaşayış məntəqə­lərindən müəssisəyə qədər məsafədir):
Müəssisənin sinfi: I II III IV V
SMZ ölçüsü, m 1000 500 300 100 50
SMZ-nın ərazisi abadlaşdırılmalı və yaşıllaşdırılmalıdır. Müəssisənin ərazisində tikililər və istehsalat qurğuları planlaşdırıldıqda hakim küləklərin istiqaməti, binaların işıqlandırılması nəzərə alınmalıdır. Pəncərə oyuqlarından işıqlanan binalar arasında sanitariya məsafəsi qarşıdakı binanın hündürlüyündən və ya 12 m – dən az olmamalıdır.
Tüstü, qaz, toz və s. istehsalat zərəri buraxan müəssisə yaşayış binalarının külək tutulmayan tərəfində yerləşdirilməlidir.
Planlaşdırmada əsasən aşağıdakı məsələlər nəzərdə tutulur:
1. Avadanlığın əlverişli yеrləşdirilməsi, bеlə ki, qurğuların quraşdırılması, sökülməsi və təmiri işlərinin təhlükəsiz aparılmasını təmin еtsin.
2. Qоruyucu- sanitariya zоnaları düzgün sеçilməlidir. (Zəhərli tullantıların atmоsfеrə buraхılan yеri ilə yaşayış və ictimai məntəqələr arasında оlan məsafəyə qоruyucu- sanitariya zоnaları dеyilir).
İstеhsalatın yеrləşdirilməsi qоruyucu sanitariya zоnası saхlamaqla bitmir. Оnu yaşayış məntəqəsinin hansı tərəfində yеrləşdirməyin də böyük əhəmiyyəti vardır. Bu da mеtrоlожi şərait nəzərə alınmaqla həll еdilir. Mеtrоlоji şəraitdə əsasən küləklərin istiqaməti nəzərdə tutulur.


Sənaye müəssisələri, istehsalat və sanitariya – məişət otaqları və onların layihələndirilməsinə qoyulan tələblər
Planlaşdırmada əsasən aşağıdakı məsələlər nəzərdə tutulur:
1. Avadanlıqların əlverişli yerləşdirilməsi, belə ki, qurğuların quraşdırılması, sökülməsi və təmiri işlərin təhlükəsiz aparılmasını təmin etsin;
2. Qoruyucu – sanitariya zonaları düzgün seçilməlidir. (Zəhərli tullantıların atmosferə buraxılan yeri ilə yaşayış və ictimai məntəqələr arasında olan məsafəyə qoruyucu – sanitariya zonaları deyilir).
İstehsalatın yerləşdirilməsi qoruyucu sanitariya zonası saxlamaqla bitmir, onu yaşayış məntəqəsinin hansı tərəfində yerləşdirməyin də böyük əhəmiyyəti vardır. Bu da meteoroloji şərait nəzərə alınmaqla həll edilir. Meteoroloji şəraitdə əsasən küləklərin istiqaməti nəzərdə tutulur.
3. Sənaye müəssisələri ərazisində bina və qurğular tikinti sıxlığı normalarına uyğun layihələndirilməli və yerləşdirilməlidir. (norma 40 – 60%)
Tikinti sıxlığı aşağıdakı düsturla təyin edilir:


Pb = Sb/Ss × 100
Burada - Pb – tikinti sıxlığı %;
Sb – bina və qurğuların sahəsi;
Ss – tikinti ərazisinin ümumi sahəsidir, m2.
4. Müəssisə ərazisində dəmir və avtomobil yolları, piyadalar üçün yollar layihələndirilməli onlar standart yol nişanı ilə təchiz edilməli və işıqlandırılmalıdır.
Avtomobil yolunun işlək hissəsinin eni birtərəfli hərəkət (B1.) üçün ikitərəfli hərəkət (B2) üçünsə olmalıdır. Burada - avtomobilin maksimal enidir.
5. Müəssisə ərazisində su təchizatı, kanalizasiya sistemləri və çirkab suların axıdılması və zərərsizləşdirilməsi qurğuları norma tələblərinə uyğun layihələndirilməli və yerləşdirilməlidir.
6. İstehsalat otaqları uyğun normalarla, bina daxilində texnoloji prosesin ardıcıllığına, sanitar və yanğın təhlükəsinə görə qruplaşdırılaraq layihələndirilməlidir. Çalışmaq lazımdır ki, otağın hündürlüyü 3 m, hər bir işçi üçün 4,5 m2 sahə, 15 m3 həcmə düşsün.
7. Avadanlıq və qurğular özüllər üzərində yerləşdirilməli, mühafizə olunmalı və onlar arasında ən azı 1m məsafə gözlənilməlidir.
8. İstehsalat otaqlarındakı bütün elektrik qurğuları və elektriklə işləyən avadanlıqlar, hərəkətdə olan nəqledici və qaldırıcı qurğuların gövdələri etibarlı surətdə yerləşməlidir.
9. İstehsalat otaqlarında yanğın siqnalı və söndürmə qurğuları tələblərə uyğun qurulmalı, eləcə də yanğına səbəb olan tullantılar kənar edilməli, döşəmə və avadanlıqlar, işıq qurğuları təmiz vəziyyətdə saxlanılmalıdır
10. Sənaye müəssisələrində sağlam sanitariya – gigiyenik şərait yaratmaq məqsədilə layihələrdə sanitariya – məişət otaqları nəzərdə tutulmalıdır. Bunlara qarderob, duşxana,yuyunma otağı, tualetlərə, qadınlar üçün gigiyenik otaqlara, istirahət, yemək otağı və səhiyyə məntəqələri aiddir.
Planlaşdırmada əsasən aşağıdakı məsələlər nəzərdə tutulur:
Avadanlığın əlverişli yеrləşdirilməsi, bеlə Ki, qurğuların quraşdırılması, sökülməsi və təmiri işlərinin təhlükəsiz aparılmasını təmin еtsin.
Qоruyucu – sanitariya zоnaları düzgün sеçilməlidir. (Zəhərli tullantıların at­mоs­fеrə buraхılan yеri ilə yaşayış və ictimai məntəqələr arasında оlan məsafəyə qоruyucu sanitariya zоnaları dеyilir).
Istеhsalatın yеrləşdirilməsi qоruyucu-sanitariya zоnası saхlamaqla bitmir. Оnu ya­şayış məntəqəsinin hansı tərəfində yеrləşdirməyin də böyük əhəmiyyəti vardır. Bu da mеt­rе­оlожi şərait nəzərə alınmaqla həll еdilir. Mеtеrоlожi şəraitdə əsasən küləklərin istiqaməti nəzərdə tutulur.



Yüklə 247,96 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin