Əmək mühafizəsi qayda və normalarına riayət olunmasına nəzarəti aşağıdakı təşkilatlar aparır:
1. Sənayedə təhlükəsizlik işlərinin görülməsinə nəzarət və dağ – mədən nəzarəti komitəsi;
2. Dövlət energetika nəzarəti (elektrik qurğularına və istilikdən istifadə edən qurğulara təhlükəsiz xidmət göstərilməsini təmin edən tədbirlər üzərində nəzarəti həyata keçirir);
3. Dövlət sanitariya nəzarəti (müəssisələrin təşkilatların gigiyena normalarına riayət etməsinə nəzarəti həyata keçirir);
4. Dövlət yanğın nəzarəti (yanğın əleyhinə mübarizə tədbirlərinin yerinə yetirilməsinə nəzarət edir).
Əməyin mühafizəsi respublikada konstitusiya, əmək qanunları məcəlləsi, xüsusi qaydalar və normalarla müəyyən edilir. Əmək qanunları məcəlləsi 207 maddəni əhatə edir.
Bu sistemi tətbiq etməkdə məqsəd bütün iş sahəsində əməyin təhlükəsizliyini və yüksək məhsuldarlığını təmin etməkdədir.
1.1. Əməyin mühafizəsi nədir? Sualına Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsi ilə cavab verə bilərik.
Əməyin mühafizəsi - işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədilə Azərbaycan Respublikasının Əmək Məcəlləsində və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilə sistemidir.
MÖVZU 2
İstehsalatda bədbəxt hadisələrin təhqiq edilməsi və qeydə alınması. Peşə xəstəlikləri.
1.1.İşçinin səhhətinin pozulması zamanı İz fоrmasının tərtibi İstehsalatda işçilərə baş vermiş bədbəxt hadisələrin təhqiq edilməsi və uçota alınması Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli qərarı ilə həyata keçirilir.
Qərarın qüvvəsi mülkiyyət formasından asılı olmayaraq AR ərazisində fəaliyyət göstərən bütün hüquqi və fiziki şəxslərə, eləcə də xarici hüquqi şəxslərin nümayəndəliklərinə şamil edilir.
İşçinin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməli və qeydə alınmalıdır.
- əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), eləcədə müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən;
- müəssisənin nəqliyyatında işə gedərkən, yaxud işdən qayıdarkən;
- müəssisənin ərazisindən, yaxud başqa iş yerində iş vaxtı ərzində (fasilələrdə daxil olmaqla), işin başlanmasından əvvəl və iş qurtardıqdan sonra, geyimini, istehsalat alətlərini və s. (iş qurtardıqdan sonra geyimini) qaydaya salmaq üçün lazım olan vaxt ərzində;
- keçirildiyi yerdən asılı olmayaraq müəssisə tərəfindən iməcilik keçirilən müddətdə, eləcə də müəssisə tərəfindən hamililik tədbirləri keçirildiyi müddətlərdə;
- istehsal avadanlıqları və obyeklərində qəzalar zamanı;
- növbə istirahətində olan işçilər (bələdçi, növbədə olan sürücü, növbə ekspedisiya üsulu ilə işləyənlər və başqaları növbə vaxtı) qəsəbənin ərazisində, nəqliyyat vasitəsində olduqları vaxt;
fəaliyyəti xidmət obyetlərinin arasında hərəkət etməklə əlaqədar olan işçilərlə;
- fəaliyyəti xidmət obyetlərinin arasında hərəkət etməklə əlaqədar olan işçilərlə;
- iş vaxtı şəxsi minik nəqliyyatında (müdiriyyətin buna sərəncamı olduğu halda) yaxud müdiriyyətin tapşırığı ilə ondan istifadə edilərkən;
- iş vaxt başqa şəxs tərəfindən bədən xəsarətləri yetirildiyinə, yaxud işçinin əmək vəzifələrini yerinə yetirərkən qəsdən öldürüldüyünə görə baş vermiş bədbəxt hadisələr, itkin düşmələr, zədələnmələr, kəskin peşə xəstəlikləri və zədələnmələr, istivurmalar, yanıqlar, yanıqlar, donmalar, suda boğulanlar, ildırım vurmalar, heyvanlarla və həşəratlarla təmas nəticəsində dəymiş zərərlər, eləcə də təbii fəlakətlər (zəlzələlər, sürüşmələr, daşqınlar, qasırğalar və s.) zamanı.
İstehsalatda baş vermiş bədbəxt hadisələr nəticəsində xəsarətlərin dərəcələri təbii ekspert və ya səhiyyə müəssisəsi tərəfindən verilən rəylər əsasında müəyyən edilir.
Hər hansı bir xarici faktorun təsirindən toxumanın və orqanın anatomik tamlığının və ya fizioloji funksiyasının pozulması xəsarət adlanır.
Xəsarətlər yüngül, az ağır və ağır bədən xəsarətləri növlərinə bölünürlər.
İşçinin əmək qabiliyyətinin bir gündən artıq müddətə itirilməsinə və ya tibbi rəy əsasında bir gündən artıq müddətə başqa işə keçirilməsinə səbəb olduqda istehsalatda baş vermiş bədbəxt hadisə İZ formalı aktla rəsmiləşdirilir və qeydə alınır.
Təbii ölüm, özünə qəsd, intihar hadisələri, eləcə də zərəçəkənlərin cinayət törədərkən aldıqları zədələnmələr haqqında İZ formalı akt tərtib edilmir və belə hadisələr uçota alınmır.
Müəssisənin ərazisində yaxud başqa iş yerində işçilərlə müəyyən edilmiş fasilələr (nahar, texnoloji və s.) zamanı baş vermiş bədbəxt hadisələr üzrə İZ formalı aktın tərtib edilməsi haqqında qərar komissiya tərəfindən təhqiqat qurtardıqdan sonra qəbul edilir.
İstehsalatda bədbəxt hadisələrin vaxtında və düzgün təhqiq edilməsi və uçota alınmasına müəssisənin rəhbəri məsuliyyət daşıyır.
İstehsalatda bədbəxt hadisələrin vaxtında və düzgün təhqiq edilməsi və uçota alınmasına müəssisənin rəhbəri məsuliyyət daşıyır.
İstehsalatda baş vermiş yüngül və az ağır dərəcəli bədən xəsarətləri ilə nəticələnmiş bədbəxt hadisələrin təhqiqatı müəssisədə yaradılan komissiya tərəfindən aparılır.
İstehsalatda baş vermiş hər bir bədbəxt hadisə haqqında zərərçəkən yaxud hadisənin şahidi bilavasitə iş rəhbərinə məlumat verməlidir. Həmin vəzifəli şəxs zərərçəkənə təcili surətdə ilk yardım göstərilməsini və onun səhiyyə məntəqəsinə çatdırılmasını təşkil etməyə, hadisə barədə bölmənin rəhbərinə xəbər verməyə, təhqiqat komissiyası işə başlayanadək iş yerindəki şəraiti və avadanlığın vəziyyətini hadisənin baş verdiyi anda olduğu kimi saxlamağa (əgər həmin şərait və vəziyyət ətrafdakı işçilərin həyat və səhhəti üçün təhlükə törətmirsə, qəzaya səbəb olmursa) borcludur.
Bölmənin rəhbəri hadisə barədə müəssisənin rəhbərinə, əməyin mühafizəsi xidmətinə və həmkarlar ittifaqı komitəsinə dərhal məlumat verməyə borcludur.
“Dövlət dağ texniki nəzarət” komitəsinin nəzarəti altında olan obyektlərdə baş vermiş bədbəxt hadisə haqqında müəssisənin rəhbəri, onların yerli orqanlarına gün ərzində xəbər verməlidir.
Müəssisə rəhbəri hadisə baş verdikdən dərhal sonra öz əmri ilə sex rəisindən, əməyin mühafizəsi komissiyasının nümayəndəsindən ibarət olan komissiya yaradır. Komissiya üç gün ərzində bədbəxt hadisənin şəraitini və səbəblərini təhqiq edir, şahidləri və əmək mühafizəsi qaydalarının pozulmasına yol vermiş şəxsləri aşkar edir və dindirir, zərərçəkəndən izahat alır, bədbəxt hadisənin səbəblərini və onların aradan qaldırılması üzrə tədbirləri görməklə azı 5 (beş) nüsxədən ibarət İZ formalı aktı tərtib edir və təsdiq edilmək üçün müəssisənin rəhbərinə göndərir. İZ formalı akta şahidlərin, zərərçəkənin izahatları, iş yerinin (avadanlığın, qurğunun) vəziyyətini, təhlükəli və zərərli istehsalat amilləri xarakterizə edən planlar, sxemlər və başqa sənədlər, tibbi rəy və s. əlavə edilir.
“Dövlət dağ texniki nəzarət” komitəsinin nümayəndəsi bu komitəsinin nəzarəti altında olan obyektlərdə baş vermiş bədbəxt hadisəni təhqiq edən komissiyanın işində iştirak edə bilər.
Müəssisənin rəhbəri istehsalatda baş vermiş bədbəxt hadisənin doğurmuş səbəbləri aradan qaldırılması üçün tədbirlər görür, təhqiqat qurtardıqdan sonra 3 (üç) gün ərzində, beş nüsxədən ibarət İZ formalı aktı təsdiq edir və onun bir nüsxəsini zərərçəkənə (və ya onun mənafeyini təmsil edən şəxsə), sex rəisinə, təhqiqat materialları ilə birlikdə əməyin mühafizəsi xidmətinin rəisinə (mühəndisinə), Dövlət əmək müfəttişliyinə göndərilməlidir.
İZ formalı akt təhqiqat materialları ilə birlikdə bədbəxt hadisə qeydə alınmış müəssisədə 45 il müddətində saxlanılmalıdır.
Zərərçəkənin əmək qabiliyyətinin müvəqqəti itirilməsi vaxtı qurtaran kimi, hadisə baş vermiş sexin rəhbəri İZ formalı aktın bədbəxt hadisələrin nəticələri haqqında 14-cü bəndini doldurur və bu barədə əmək mühafizəsi xidmətinin rəisinə, Dövlət Əmək Müfəttişliyinə məlumat göndərir.
Müəssisədə başqa təşkilat tərəfindən göndərilmiş işçi ilə baş vermiş bədbəxt hadisə, hadisə baş vermiş müəssisə müdiriyyətinin yaratdığı komissiya tərəfindən, zərərçəkənin mənsub olduğu təşkilatın nümayəndəsinin iştirakı ilə təhqiq edilir. Bədbəxt hadisə zərərçəkənin mənsub olduğu təşkilat tərəfindən uçota alınır.
Bir müəssisənin başqa müəssisənin sahəsində iş görən işçisi ilə baş vermiş bədbəxt hadisə iş gördüyü müəssisə tərəfindən təhqiq edilir və uçota alınır.