Müəssisənin müdiriyyəti İZ formalı aktlara əsasən AR Dövlət Statistika Komitəsinin müəyyən etdiyi formalar üzrə istehsalatda bədbəxt hadisələr nəticəsində zərərçəkənlər haqqında hesabat tərtib edir və müəyyən edilmiş qaydada müvafiq təşkilatlara təqdim edilir.
Müəssisənin rəhbəri istehsalatda baş vermiş bədbəxt hadisələrin səbəblərinin təhlilini, onların sex və digər bölmələrin kollektivlərində müzakirəsini, istehsalat zədələnmələrinin qarşısının alınması üzrə tədbirlərin hazırlanmasını və həyata keçirilməsini təmin etməyə borcludur.
Müəssisənin rəhbəri bədbəxt hadisələrin xüsusi tədqiqat materiallarını nəzərdən keçirməyə, komissiya tərəfindən təklif edilmiş tədbirlərin yerinə yetirilməsi və əməyin mühafizəsi tələblərinin pozulmasına yol vermiş şəxslərin cəzalandırılması barədə müvafiq əmr (sərəncam) verməyə borcludur.
Müəssisənin rəhbəri xüsusi təhqiqat komissiyasının təklif etdiyi tədbirlərin yerinə yetirilməsi barədə Dövlət Əmək Müfəttişliyinə, dövlət nəzarət orqanlarının nəzarəti altında olan obyektlər üzrə onların yerli orqanlarına, həmçinin təhqiqatda iştirak edən texniki əmək inspektoruna məlumat verməlidir.
Bir adamla baş vermiş ağır xəsarətlər, qrup halında və ölümlə nəticələnən bədbəxt hadisələrlə bağlı məsələlər müvafiq yuxarı təsərrüfat orqanlarında, Dövlət Əmək Müfəttişliyində və digər dövlət nəzarəti orqanlarında müzakirə edilməlidir.
Ağır nəticələri (iki və artıq adamın həlak olduğu) bədbəxt hadisə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində AHİK-lə birlikdə müzakirə olunur və lazım gəldikdə AR Nazirlər kabinetinə məlumat verilir.
Prokurorluq orqanları istehsalatda baş vermiş bədbəxt hadisələrlə əlaqədar işlərin gedişi və onların nəticəsi barədə, lazım gəldikdə Dövlət Əmək Müfəttişliyinə, müvafiq dövlət nəzarəti orqanına və müəssisə rəhbərlərinə məlumat verirlər.
Nümunə İSTEHSALATDA BAŞ VERMİŞ BƏDBƏXT HADİSƏ HAQQINDA AKT İZ forması
"Təsdiq edirəm"
AzMİU-nun rektoru Abdulayev Faiq Məmməd oğlu (müəssisənin adı, təsdiq edən
vəzifəli şəxsin soyadı, adı,
imzası, möhür
İSTEHSALATDA BAŞ VERMİŞ BƏDBƏXT HADİSƏ HAQQINDA