Mövzu 1: Fənnin predmeti və vəzifələri


İCRA ORQANI ÜZVLƏRİNİN MÜKAFATLANDIRILMASI



Yüklə 248,44 Kb.
səhifə15/50
tarix19.06.2022
ölçüsü248,44 Kb.
#61794
1   ...   11   12   13   14   15   16   17   18   ...   50
referat 3332 (1)

4.2. İCRA ORQANI ÜZVLƏRİNİN MÜKAFATLANDIRILMASI
4.2.1. İdarə Heyəti üzvlərinin gördükləri iş müqabilində cəmiyyətdən aldıqları ödənişin növü, məbləği və ödənilmə mexanizmi cəmiyyətə peşəkar menecerləri cəlb etməyə və saxlamağa imkan verməlidir. Bundan əlavə, əməyin ödənişi zamanı İdarə Heyətinin maraqları səhmdarların maraqları ilə uzlaşdırılmalıdır. Cəmiyyət İdarə Heyətinin fəaliyyətinin qiymətləndirilməsi və mükafatlandırılması sistemini tətbiq etməlidir. 4.2.2. İdarə Heyətinin əməyinin ödəniş sistemi - (muzdu, bonusları, səhmləri) uzunmüddətli strateji baxışları (yanaşmanı) təşviq edən formada qurulmalıdır. Bu sistem cəmiyyətin daxili sənədlərində əks olunmalıdır. 4.2.3. Müşahidə Şurası tərəfindən İdarə Heyətinin fəaliyyətinin qiymətləndirilməsi sistemini tətbiq edilməlidir.
Şərh:
Mükafatlandırma aşağıdakı prinsiplərdən biri üzrə həyata keçirilə bilər:

İcra orqanının cəmiyyətin mənafeyi naminə fəaliyyət göstərmək stimulunun gücləndirilməsi baxımından mükafatın cəmiyyətin gəlirindən asılı olaraq müəyyən edilməsi daha məqsədəmüvafiqdir. Bununla yanaşı, cəmiyyətin fəaliyyət xüsusiyyətlərindən və sair amillərdən asılı olaraq mükafatlandırma zamanı digər meyarlar da əsas götürülə bilər.
4.3. İCRA ORQANI ÜZVLƏRİNİN MƏNAFELƏRİNİN TOQQUŞMASI VƏ AİDİYYƏTİ ŞƏXSLƏRLƏ ƏQDLƏR
4.3.1. Müşahidə Şurası ilə olduğu kimi, icra orqanı üzvlərinin hər hansı birinin cəlb olunduğu potensial mənafelər toqquşması mövcud olduqda, həmin üzv bu cür halları Ümumi Yığıncağa və Müşahidə Şurasına açıqlamalı, habelə müvafiq məsələlərin müzakirəsində və onlara dair səsvermədə iştirak etməməlidir. 4.3.2. Mövcud və ya potensial mənafelər toqquşmasına və ya aidiyyəti şəxslərlə hər hansı əqdə cəlb olunmuş icra orqanının üzvü bu barədə icra orqanının rəhbərini məlumatlandırmalı və müvafiq məsələyə dair qərar qəbul edilərkən səsvermədə iştirak etməməli və digər üzvlərə hər hansı təsir etməməlidir. 4.3.3. Ümumi Yığıncaq İdarə Heyəti üzvlərinin maraqlarının toqquşmasına gətirib çıxaran əqdlərin siyahısını, habelə həmin əqdlərlə bağlı qərarın qəbul edilməsini və açıqlanmasını tənzimləyən daxili sənəd (İcra orqanları üzvlərinin Davranış Qaydaları) qəbul etməlidir.


Yüklə 248,44 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin