Mövzu 1: Fənnin predmeti və vəzifələri


Şəkil 1. 1.Firmanın idaretmə tsikli



Yüklə 248,44 Kb.
səhifə2/50
tarix19.06.2022
ölçüsü248,44 Kb.
#61794
1   2   3   4   5   6   7   8   9   ...   50
referat 3332 (1)

Şəkil 1. 1.Firmanın idaretmə tsikli.
Bir qayda olaraq, belə sxemi Mekson Albert və Xedouri təklif edirlər. Ancaq belə təsəvvür (təqdimat) həddən artıq yarımçıq (natamam, qısaldılmış) hesab olunur və korporasiya kimi iri birləşməyə uyğun gəlmir. Korporativ idarə olunan müəssisə üçün 7 mərhələdən ibarət genişləndirilimiş idarəetmə tsiklindən istifadə olunur. (Şəkil 1.2.) Şəkil 1.2.- də göstərilən idarəetmə tsikillərinin həyata keçirilməsi üçün idarəedən kompaniya tabe olan təşkilatlar (müəssisələr) ilə fəaliyyət haqqında informasiyanın srukturu, həcmi və siyahısını müəyyənləşdirməli və razılaşdırmalıdır. İdarəedən kompaniya korporasiyanın bütövlükdə siyasətini, müəssisələrin rəhbərləri isə ümumi siyasət və maralara müvafiq olaraq öz müəssisələrinin fəaliyyət istiqamətlərini müəyyənləşdirirlər. 1.3. Tez-tez korporativ idarəetmə və korporativ menecment anlayışları eyniləşdirilir. Qeyd edək ki, menecment korporativ idarəetməyə daxil olan daha məhdud anlayışdır. Bundan başqa, korporativ menecment yalnız korporasiya menecmenti (yüksək idarəetmə həlqəsi), korporativ idarəetmə isə korporasiyanın bütün idarəetmə orqanları (səhmdarlar, direktorlar şurası, baş direktor və menecment) tərəfindən həyata keçirilir.

Şəkil 1.2. Korporasiyanın idarəetmə tsikli
Korporativ idarəetmə strateji xarakter daşıyır və xarici mühitdə kompaniyanın uğurlu fəaliyyətinə istiqamətlənmişdir (səhmdarların hüquqlarının müdafiəsi, hökumət orqanları ilə, kreditorlarla qarşılıqlı əlaqələr).
1.4. Korporativ idarəetmənin yaranması, inkişafı və təşkilində əhəmiyyətli (mühüm) mərhələləri ayırmaq olar:

  1. XVII əsrdə Ost-Hind kompaniyasında (East İndia Company) 24 nəfərdən ibarət ilk Direktorlar Şurası yaradılmışdır. İlk dəfə olaraq mülkiyyət və idarəetmə funksiyalarının ayrılması baş vermişdir.

  2. 1776-cı ildə Adam Smit “Millətlərin sərvətinin təbiəti və səbəblərinin araşdırılması (tədqiqi)” adlı elmi işində qeyd etmişdir: “Dağınıq mülkiyyət idarəetmə problemi yaradacaq”- menecerlərə nəzarət mexanizminin və idarəedicilər üçün stimulunun zəifliyini qeyd edir.

  3. 1844-cü il. Səhmdar cəmiyyətlər haqqında ilk qanun qanunvericiliyə yeni növ mülki məsuliyyət - kompaniya sahibkarlarının onun öhdəlikləri üzrə məsuliyyəti daxil olur (Böyük Britaniya).

  4. 1931-ci ildə A. Berli və Q. Minz “Müasir korporasiya və xüsusi mülkiyyət” işini nəşr etdirirlər (ABŞ), burada ilk dəfə nəzarət funksiyasının mülkiyyət funksiyasından ayrılması problemi ətraflı olaraq öyrənilmişdir (tədqiq edilmişdir).

  5. 1933-1934 cü illər ABŞ: 1933-cü ildə qəbul olunmuş qiymətli kağızlar haqqında qanun ilk dəfə fonda bazarının tənzimlənməsinə daxil edilmişdir.

  6. 1968-ci il. Avropa Şurası “Kompaniyalar haqqında qanunvericilik”-ə direktivlər qəbul etmişdir.

  7. 90-cı illərin əvvəlləri - sahibkarlıq imperiyalarının iflası. Qalmaqallar seriyası Böyük Britaniyanın iqtisadiyyatını sarsıtdı. Bir sıra kompaniyaların dağılması, investorların maraqlarının müdafiəsi məqsədilə korporativ idarəetmə təcrübəsinin mükəmməlləşdirilməsinin zəruriliyini şərtləndirən səhmdarların aldadılması.

  8. 1992-ci il, Kedberi Komitəsi korporativ idarəetmənin maliyyə aspektləri üzrə ilk kodeksi nəşr edir. 1993-cü ildən Böyük Britaniyanın fond birjalarında yer tutan kompaniyalar kodeksin necə yerinə yetirilməsi haqqında hesabat verirdilər.

  9. 1992-2003 - korporativ idarəetmənin ayrı-ayrı problemləri üzrə məruzələr qəbul olunmuşdur, onların başlıca olanları aşağıdakılardır:

  1. Korporasiyanın iştirakçılarının maraqlarının hərtərəfli hesabatı (uçotu) haqqında Kinq məruzəsi (CAR).

  2. Daxili nəzarət və maliyyə hesabatı haqqında Kutman məruzəsi (Böyük Britaniya).

  3. Vəzifəli şəxslərin mükafatlandırılması haqqında Qrinber məruzəsi (Böyük Britaniya).

  4. Korporativ idarəetmə haqqında Hempel məruzəsi (Böyük Britaniya).

  5. Korporativ idarəetmənin başlıca prinsipləri haqqında Veno məruzəsi (Fransa).

  6. Korporativ idarəetmənin ümumi standartlarının pozulması üzrə məsuliyyət haqqında Piters məruzəsi (Niderland).

  7. Audit üzrə komitənin tərkibinə maliyyə ekspertlərinin daxil edilməsi haqqında Sarbeyns-Oksli qanunu (ABŞ).

  8. İcraedici olmayan direktorlar haqqında Xiqqs məruzəsi (Böyük Britaniya). Rusiyada korporativ idarəetmənin təşkilinin müəyyən mərhələləri fərqləndirilir:

  1. 1987-ci ilədək olan mərhələ - Dövlətin iqtisadiyyatı mərkəzləşdirilmiş idarəetmənin inzibati-amirlik metodları makro iqtisadi vəziyyətin tələblərinə cavab vermirdi. Şəxsi əmək fəaliyyəti haqqında qanun (1985-ci il) sahibkarlığın inkişafına təkan verdi. Bu mərhələdə korporativ mühit partiya-təsərrüfat aktivləri sisteminə bənzəyirdi.

  2. 1987-1991-ci illər - monopoliyalaşmış, mərkəzləşdirilmiş iqtisadiyyatın tamamilə dağılması. Rusiyada iqtisadiyyatın bank və sığorta sektorunda maliyyə kapitalı yarandı və inkişaf etməyə başladı.

  3. 1991-1994-cü illər - çeklərin özəlləşdirilməsinin aktivləşməsi, bunun gedişində mülkiyyətin xüsusilə də direktorlar korpusu arasında ilkin bölgüsü baş verir. İlkin səhmdar cəmiyyətlər yaranmağa başlayır, səhmdar hüququ isə işlənməmiş qalırdı.

  4. 1994-cü ilin avqustu - 1998-ci il - pulun xüsusiləşməsi mərhələsi. Səhmdar cəmiyyətlər haqqında, qiymətli kağızlar haqqında Rusiya Federasiyası qanunları, Rusiya Federasiyasında vətəndaş kodeksi qəbul olunur. Bazar infrastrukturu formalaşır, ilk investisiya fondları, pensiya, auditor və konsaltinqbfirmaları, iri xarici kompaniyalar öz filiallarını və nümayəndəliklərini yaradır.

  5. 1998-2001-ci illər: defolt, ümumi maliyyə resurslarının çatışmazlığı. Rusiyadan kapital axını, korporativ qiymətli kağızlar bazarının kifayət qədərinkişaf etməməsi, mülkiyyətin gələcək bölüşdürülməsi və kapitalın konsalidasiyası. Ancaq bunların hamısı artıq öz hüquqlarını başa düşən səhmdarların timsalında baş verir. Konkret korporasiyalar çərçivəsində korporativ idarəetmə inkişaf etməyə başlayır.


Yüklə 248,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin