Mövzu 1: Fənnin predmeti və vəzifələri


Şəkil 2.2. Səmərəli korporativ edarəetmənin üstünlükləri



Yüklə 248,44 Kb.
səhifə5/50
tarix19.06.2022
ölçüsü248,44 Kb.
#61794
1   2   3   4   5   6   7   8   9   ...   50
referat 3332 (1)

Şəkil 2.2. Səmərəli korporativ edarəetmənin üstünlükləri.
Korporativ idarəetmənin yüksək standartları - xarici kompaniyaların potensial partnyorlara məcburi tələbləridir. MkKinsey beynəlxalq konsaltinq kompaniyasının tədqiqatları göstərir ki, investorlar yüksək səviyyəli korporativ idarəetməyə malik müəssisələrin səhmlərinə əhəmiyyətli dərəcədə yüksək məbləğ ödəməyə hazırdırlar, xüsusilə də, Rusiyanın səmərəli korporativ idarəetməli müəssisələrin səhmlərinə orta məbləğ 38%, Çində 28%, Braziliyada 24%, ABŞ-da 14%, Almaniyada 13% təşki edir. Beləliklə 1500 korporasiyanın fəaliyyətinin tətbiqi (Harvard biznes məktəbinin professoru Pol Qompers tərəfindən) göstərir ki, korporativ idarəetmənin yüksək standartlarını tətbiq edən kompaniyada səmərəlilik və kapitallaşma göstəriciləri digər firmalardan yüksəkdir. Səmərəli korporativ idarəetmə kapitalın dəyərini azaldır. “Pricewaterhouse Coopers” audit firması tərəfindən 2003-cü ildə aparılmış tədqiqatlar səkkiz Asiya ölkəsi nümunəsində (Yaponiya və Rusiya daxil olmaqla) göstərdi ki, şəffalığın çatışmazlığı kapitalın dəyərini 700 bazis punktu qədər yüksəldir. Belə üsulla səmərəli korporativ idarəetmənin mahiyyəti ayrıca kompaniyanın səhmdarlarının hüquqlarına riayət olunması məsələsi çərçivəsindən çıxır. Artıq iqtyisadi artım investisiyaların cəlb olunmasını, güclü xüsusi sektorun yaradılmasını, qəbul olunmuş əsasların formalaşdırılmasını ön plana çəkir.
2.3. Korporativ idarəetmə sisteminin inkişafının müasir tendensiyalarına aşağıdakıları daxil edə bilərik:

  1. Başlıca olaraq, müstəqil direktorlardan (Nyu-York birjasının yeni tələblərinə əsasən direktorların yarıdan çoxu müstəqil olmalıdır) ibarət Direktorlar Şurasının yaradılması zəruriliyi.

  2. Direktorlar Şurasının üzvlərinə münasibətdə müstəqillik kriteriyalarının sərtləşdirilməsi.

  3. Top-menecerlərin mükafatlandırılması haqqında informasiyanın nəşr edilməsi.

  4. Yeni texnologiya və kommunikabelli texnologiyaların aktiv tətbiqi.

  5. Korporativ idarəetmənin mükəmməlləşdirilməsi üzrə xidmətlər bazarının inkişafı.

  6. Səhmdarların fəaliyyətinin aktivləşdirilməsi, həmkarlar ittifaqlarının cəlb edilməsi.

  7. Korporativ hesabatlılığın hormonizasiyası (Avropada 2005-ci ilin sonunda bütün korporasiyalar unifikasiya edilmiş standartlar əsasında hesabat təqdim etməli idilər).

2.4. Korporativ idarəetmə iri biznesin təşkilinin zəruriliyindən irəli gələrək formalaşmışdır. Şübhəsiz ki, buna korporasiyaların təşəkkülündəki uzunmüddətli inkişaf prosesi təkan vermişdir. Müəyyən bir mərhələdə beynəlxalq cəmiyyət yerləşməsindən asılı olmayaraq korporativ strukturların idarə olunması proseslərini sadələşdirməyə və vahid şəkilə salmağa imkan verən, vahid norma və standartların işlənib hazırlanmasına müraciət etməyə məcbur idi. Korporasiyaların təşəkkülünün ümumdünya tendensiyalarının təhlili əsasında mütəxəssislər 3 başlıca mərhələ ayırırlar. Hər mərhələ həmin dövr ərzində cəmiyyətdə formalaşan korporasiyaların başlıca cəhətlərini əks etdirir. XX əsrin başlanğıcında, sənaye inqilabı gedişində meydana gələn korporasiyalar sahiblərinin mülkiyyəti kimi qəbul olunurdu. Hesab olunurdu ki, bu korporasiyalar onlara qoyulmuş vəsaitlərin (qoyuluşların) əvəzini adevkat şəkildə təmin olunan məqsədinə xidmət edirlər. Korporasiya “maşın” kimi başa düşülürdü. İşçilər və idarəedən bu maşının hissələrini təşkil edirdilər. Bu dövr ərzində idarəetmənin mexanistik modeli hökmranlıq edirdi. Qeyd olunan mərhələ üçün aşağıdakı şərtlər xarakterik idi: - sahibkar işçilər üzərində qeyri-məhdud hakimiyyətə malikdir və onlar haqda qərar verməkdə sərbəstdir; - işçilərin ixtisaslaşdırılması çox zəyifdir və təkmilləşdirmə üçün stimul (həvəsləndirmə, motiv) yoxdur; -təhsil və sorğuların səviyyəsi çox aşağıdır, belə ki daim işsizliklə bağlı olan iqtisadi məhdudiyyətlər təhlükəsi mövcuddur. İqtisadi inkişafin qeyd olunan mərhələsi korporativ idarəetmənin nəzəri əsaslarının bazisini təşkil edən aşağıdakı ifadələrdə öz əksini tapmışdır: Korporativ idarəetmənin nəzəri əsasları firmanın idarəetmə elementlərini əks etdirir və firmanın istehsal və idarəetmənin müəyyən olunmuş təşkilati struktura malik olan çoxprofilli iri biznes səviyyəsinədək mümkün inkişaf tendensiyalarını modelləşdirir.

Yüklə 248,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin