Müqavilələr nəzəriyyəsi. Göstərilən nəzəriyyə korporasiyasının təşkilinin daxili strukturuna diqqəti nəzərə çarpdırır və bu zaman onun təşkilini müqaviləyə əsasın ehtimal edir. Korporasiya işçilər, idarəedicilər və sahibkarlar arasındakı münasibətlərin məcmusunu əks etdirir. Bir qayda olaraq, bu münasibətlər formal müqavilələrdə əks olunur. Hətta bu münasibətlər formal müqavilələrlə tənzimlənməsə belə malsatanlar və istehlakçılarla qarşılıqlı əlaqələr mövcuddur, işçilər və idarəedənlər arasındakı subordinasiya sistemi qeyri - formal kontraktlar sistemidir. Buna baxmayaraq bu münasibətlər hansısa bir dövr ərzində kifayət qədər stabildir və onların pozulması digər iştirakçılara qarşı müəyyən sanksiyalar tətbiq olunmasına gətirib çıxarır. Nəzəriyyə çərçivəsində 3 tip müqavilə fərqləndirirlər:
Klassik müqavilə. Tərəflər muxtariyyəti qoruyub saxlayır və mütərəddiliklə (dəyişkənlikdə) fərqlənirlər. Klassik kontrakt sərt və hüquqi sənəddir, müqavilə mətnində təsbit olunmayan heç bir razılaşmalar qəbul etmir (tanımır).
Neoklassik müqavilə. Bu zaman tərəflər arasında ortamüddətli və uzunmüddətli əsaslar üzrə yüksək qarşılıqlı asılılığa nail olunur. Bu müqavilə sərt hüquqi sənəddən daha çox gələcəkdə baş verə biləcək vəziyyətləri istismar edilməklə hər şeyi nəzərə alan əməkdaşlıq prinsipləri haqqında müqavilədir. Bu zaman şifahi müqavilələr yazılı müqavilələr siyahısında nəzərdən keçirilir.
İuplisit və ya əlaqəli müqavilə.Bu müqavilə uzunmüddətli, qarşılıqlı faydalı müqavilədir. Bu zaman müqavilə iştirakçılarının qarşılıqlı asılılığının mümkün maksimal dərəcəsi təmin olunur və qeyri formal şərtlər formal şərtləri üstələyir.
Müqavilənin bu 3 tipi iri biznes sahəsində getdikcə daha çox tanınmağa başlayır.
Korporasiyaların inkişafının sonrakı mərhələsi XX əsrin 80-90-cı illərinə təsadüf edir. Bu dövr korporasiyanın orqanizm kimi qəbul olunmasını rədd etməklə xarakterizə olunur. Hər şeydən əvvəl təsərrüfat həyatında dövlət tənzimlənməsinin güclənməsi korporasiyanın fəaliyyətinə orta yanaşmanın inkişafı zəruriliyinin dərk olunmasına gətirib çıxarmışdır. Hər bir korporasiya öz-özlüyündə xüsusiləşməmişdir, digər bazar institutları ilə birgə fəaliyyət göstərir. Bu dövrdə korporasiyanın “təşkilat” konsepsiyası tamamilə təsdiq olunur və korporasiyanın idarə olunması getdikcə çətinləşirdi. İlkin olaraq səhmdarların tələbatlarının təmin olunmasına tələblər irəli sürülür, bu isə korporativ mədəniyyətin və korporativ idarəetmə prinsiplərinin formalaşdırılması zəruriliyinin vacibliyini əks etdirirdi. Qeyd olunan mərhələyə aşağıdakı nəzəriyyə xarakterikdir.