Korporativ idarəetmənin Alman modelinin əsas xüsusiyyətləri. Alman-holland modelində iri səhm zərfləri şirkətin əməkdaşlıq etdiyi bank və partnyorlarında mərkəzləşir, fond bazarı isə köməkçi rolunu oynayır. Alman-holland modelində səhmdarlar şirkətin fəaliyyətinin strateji planlaşdırılmasında həlledici rol oynayırlar.
ALMAN modeli: MÜŞAHİDƏ ŞURASI TƏSİSÇİLƏR İCRA ŞURASI Avropa modeli dualizm (ikililik) prinsipinə söykənir. Yəni, təsərrüfat-cəmiyyətlərində təşkilati-sərəncamverici və nəzarət funksiyalarını ayrı-ayrı orqanlar həyata keçirir. Bu model özlüyündə iki varianta ayrılır: Alman variantı və Fransız variantı. Alman variantında 3 pilləliidarəetmə sistemi mövcuddur:
a) Ümumi Yığıncaq;
b) Müşahidə Şurası-nəzarət funksiyasını həyata keçirən orqan;
c) İcra orqanı- təşkilati-sərəncamverici funksiyanı həyata keçirən orqan. Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq şirkətlərdə korporativ idarəetmənin Avropa modelinin Alman variantından istifadə edilir.
Alman modeli- Almaniya, Hollandiya və başqa ölkələr üçün səciyyəvidir.
Alman modelinin əsas xüsusiyyəti odur ki, bu modeldə şirkətin “nəzarət” və “idarəetmə” funksiyaları bir-birindən aydın şəkildə ayrılmışdır: müşahidə şurası təşkilatın cari fəaliyyətini idarə edən icra orqanı – İdarə heyətinin fəaliyyəti üzərində nəzarəti həyata keçirir. Korporativ idarəetmənin anqlo – amerikan modeli ilə alman modeli arasında digər fərqlər də vardır. Anqlo-amerikan modelində əmlak “sovrulur”, Kİ-də təsisçilərin maraqları təmsil olunmur, kənar şəxslərin korporativ nəzarətdə iştirakı üçün kifayət qədər stimulları yoxdur, rəqib şirkətlərə satılmaq tendensiyası geniş yayılıb və s. Bunun əksinə, alman modeli isə mülkiyyətin konsentrasiyası, maraqlı tərəflərin (təsisçilərin) maraqlarının qorunması, maraqlı tərəflər – banklar, partnyorlar və əməkdaşlar tərəfindən nəzarətin həyata keçirilməsi, rəqiblərə satılma hallarının olmaması və s. ilə səciyyələnir. Korporativ idarəetmənin amerikan və alman modeli əslində 2 əks qütb nöqtəsinə bənzəyir ki, bü qütblər arasında Kİ – nin başqa ölkələrdə tətbiq edilən yüzlərlə modelinə rast gəlmək mümkündür ki, bu modellərdən bir çoxu hər 2 modelinin ünsürlərini özündə birləşdirir. ABŞ-dan fərqli olaraq Almaniyanın səhmdar kapitalının böyük hissəsi başqa korporasiyaların mülkiyyətindədir: səhmlərə sahiblik üzrə şirkətlərin qarşılıqlı iştirak sistemi Almaniyanın səhmdar kapialının ümumi həcminin yarıdan çoxunu əhatə edir. Fərdi investorların (alman korporasiyalarının səhmlərinin 20%-i onlara məxsusdur) Almaniyada səhmdarların ikinci iri qrupunu təşkil etməsinə baxmayaraq, onların səhmlərinin çox hissəsi təqdimat sertifikatıdır. Fərdi səhmdarların səhmlərinin çox hissəsinin təmərküzləşdiyi banklar səhmdarların tapşırığı ilə həmin sertifikatları idarə edirlər. Buna görə də, Almaniya korporasiyalarının azad mübadilədə olan səhmlərinin ən iri payını (90%-dən çox) investor-təşkilatlar (halbuki, onların bu səhmlərə birbaşa sahibliyi mütləq deyil ) təmsil edir. Bu rəqəmlər yalnız tarixçənin başlanğıcıdır: eləcə də alman korporasiyalarının səhmdar kapitalı yüksək dərəcədə təmərküzləşib. 1988-ci ilin göstəricilərinə görə, 40 aparıcı şirkətin 27-nin reyestrində zərfində ümumi kapitalın 10%-dən çox səhmi olan heç olmasa bir səhmdar möcuddur. Əksər hallarda isə üç iri səhmdar birlikdə öz korporasiyalarının səhmlərinin 50%-dən çoxuna sahib olub. Almaniyanın 14 aparıcı şirkətinin reyestrində hər biri öz şirkətinin 10%-dən çox səhminə sahib olan 22 səhmdar vardı. Beləliklə, alman mülkiyyətçilərinin və onların kapitalını idarə edən maliyyə institutlarının, amerikalı həmkarlarından fərqli olaraq, öz korporasiyaları ilə daha sıx işgüzar əlaqələri vardır. Bunun nəticəsində, onlar öz mülkiyyət hüquqlarından fəal istifadə etməkdə və korporasiya fəaliyyəti üzərində nəzarətdə iştirakda daha çox maraqlıdırlar. Bundan əlavə, alman sistemi çərçivəsində korporasiyaya fəal daxili nəzarət sadəcə zəruridir: öz amerikalı həmkarlarından fərqli olaraq alman səhmdarları fond birjalarının xidmətinə nadir hallarda müraciət edirlər. Alman iqtisadiyyatının iri həcmli və qüdrətli olmasına baxmayaraq, ölkədə 600-dən bir qədər çox açıq tipli şirkət fəaliyyət göstərir. Bunların ancaq beşdə biri London fond birjasının siyahısına daxildir və yalnız onda biri ABŞ-da tanınır. Bundan əlavə, bu tipli maliyyələşdirmənin əhəmiyyətinin bir qədər artmasına baxmayaraq, səhmdar kapitalı alman şirkətləri üçün əsas fond mənbəyi deyildir. Şirkətlər xarici maliyyələşdirmə mənbəyi kimi ənənəvi olaraq bankların xidmətinə müraciət edirlər. Nəticədə isə, alman səhmdarları fond bazarının fəaliyyəti ilə çox az maraqlanırlar. Bundan əlavə, Almaniyada korporativ nəzarət bazarı əslində yoxdur . Onun yoxluğu heç də korporasiyaların və maliyyə bazarının sabitliyində deyil, səhmdar kapitalın özünün tərkibi və onun idarəedilməsi sisteminin qoyduğu daha mühüm məhdudiyyətlərdən irəli gəlir. Alman qanunları korporasiyalar tərəfindən bir səhmdarın payına düşən səs hüququnun məhdudlaşdırılmasına icazə verir. Adətən, səhmdar kapitalın bank payı da satılmır. Korporasiyanın idarəedilməsi prosesində əməkdaşların oynadığı rol kənar partiya üçün səhmlərin nəzarət zərfinin satın alınmasını cəzbedici etmir. Çünki, satın alınma aktından sonra, adətən baş verən korporasiyanın tərkibinin yenidənqurulması imkanı son dərəcədə qeyri-müəyyən olur . Bütün bunlar səhmdarların korporasiyanın aktivlərindən öz kapital paylarını çıxarması üçün ciddi çətinliklər doğurur. Kapitalın belə çıxarılmasının sosial nöqteyi-nəzərdən son dərəcədə xoşa gəlməyən hal olduğu barədə isə danışmağına dəyməz. Ona görə də, təqribən bir əsr öncə Qeorq Simensin qeyd etdiyi kimi: “əgər sata bilmirsənsə, narahat olmağa başla”. Bu narahatçılıq sosial iqtisadiyyat kimi alman iqtisadiyyatının ənənələrində dərin kök salıb. Burada müxtəlif sosial qruplar millətin rifahının yüksəldilməsi üçün fəal əməkdaşlıq edir. “Qarşılıqlı şərtlənmə” bu konsepsiyanın təməlində duran ən məşhur prinsipdir. Bu prinsip korporasiyanın bu və ya digər qərarından asılı olan qruplara həmin qərarların qəbulunda iştirak etmək imkanını verir. Ən ümumi mənada bu prinsip özəl mülkiyyət üzərinə ictimai öhdəlikləri qoyur. Bu öhdəliklərin hüdudları bu və ya digər korporasiyanın ölkə iqtisadiyyatı üçün mühümlüyündən asılıdır. Kiçik şirkətlərin öz sahiblərindən başqa praktiki heç kimin qarşısında öhdəliyi yoxdur. İri şirkətlər isə öz əməkdaşları, təchizatçıları, istehlakçıları, yerli əhali və ümumiyyətlə ictimaiyyət qarşısında məsuliyyət daşıyır. Bu məsuliyyət bu və ya digər şəkildə müəssisənin təşəkkülünə yardım edən və bununla da onun fəaliyyətinin “həmiştirakçı”sı olan şəxslərin hüquq və mənafeyinin açıq şəkildə etiraf edilməsi yolu ilə gerçəkləşdirilir.