Mövzu 1: Fənnin predmeti və vəzifələri


Korporativ münasibətlərin digər iştirakçıları



Yüklə 248,44 Kb.
səhifə27/50
tarix19.06.2022
ölçüsü248,44 Kb.
#61794
1   ...   23   24   25   26   27   28   29   30   ...   50
referat 3332 (1)

Korporativ münasibətlərin digər iştirakçıları. Sayca artan dövlət qanunvericilik normaları korporasiyaların direktorlar şurasına korporativ münasibətlərin səhm sahibləri olmayan (və səs hüququ. olmayan) müxtəlif iştirakçılarının maraqlarının nəzərə alınması imkanını verir. Hazırda əksər ştatlarda korporasiyaların sosial məsuliyyətini nəzərə alan qanunlar qəbul edilib. Məsələn, Ohayo ştatının qanunları aşağıdakıların nəzərə alınmasını direktorların ixtiyarına verir: 1) qulluqçuların, təchizatçıların, kreditorların və istehlakçıların maraqları; 2) ştat və ölkə iqtisadiyyatının ümumən maraqları; 3) yerli əhalinin sosial maraqları. Bununla yanaşı, bu kimi qanunvericilik aktlarının çoxusu səhmlərin nəzarət zərfinin başqa əllərə keçməsi hallarının yalnız məhdud kontekstində yaranır və onların heç biri korporasiyanın səhmdarı olmayanların maraqlarının nəzərə alınmasını direktorlar şurasının öhdəsinə qoymur. Belə öhdəliyin əleyhinə olan ən başlıca etiraz isə, hamıya tabe olan şuranın heç kimə hesabat verməməsi mülahizəsidir. Şübhə vardır ki, fəaliyyət üzrə «iştirakçılar»ın bütün qruplarının təmsil olunması şuranın siyasiləşməsinə gətirib çıxarar. Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyanın sabiq üzvü Cozef Qrandfestin rəyinə görə, «korporativ münasibətin elə onların öz maraqları naminə göstərilən fəaliyyətə nəzarət və ya etiraz etmək səlahiyyətləri olmayan iştirakçılarının adından digər vəziyyətdə dəstəkləmədiyi qərar həllini hazırlamağa məcbur olacaq».
Amerika modelində direktorlar şurası
ABŞ-da müstəqil direktorlar şuralarda sayca çoxluq təşkil edir. Adətən on iki nəfərlik şurada doqquz müstəqil direktor olur. Şirkətlərin əksəriyyətinin baş müdiri həm də onun sədri vəzifəsini icra edir və adətən, o, şuranın üzvü olur. Amerika qanunvericiliyi icraçılıq və rəhbərlik funksiyalarının diferensiasiyasından imtina edərək, şura üzvləri arasında da vəzifə bölgüsünü aparmır. Həm icraçı və həm də qeyri-icraçı direktorların hamısı bir şura üzvü kimi korporasiya və onun səhmdarlarının etimadlı şəxsi sifətində fəaliyyət göstərirlər. Etimadlı şəxsin məsuliyyəti konsepsiyası şirkətin səhmdarları tərəfindən ona həvalə edilən öhdəliklərin hökmən şərtsiz icrası məfkurəsinə əsaslanır. Səhmdarların göstərdiyi etimad belə şəxsin məsuliyyətini adi işgüzar davranış standartlarından xeyli kənara çıxarır. Korporasiyanın direktorları öz səhmdarlarının etimadlı şəxsi kimi adi işgüzar münasibətlərdə normal sayılan hərəkətlərə görə məsuliyyətə cəlb oluna bilər. Məsələn, başqa şirkətin aktivlərini satın alan korporasiya direktoru onların dəyərinin gözlənilən artımı barədə satıcını məlumatlandırmağa heç də borclu deyil. Direktoru olduğu korporasiyanın aktivlərini aldıqda isə, belə məlumatı aşkarlamalıdır. Əgər o bunu etməsə, öz səhmdarlarının etimadlı şəxsi kimi vəzifə borcunu yerinə yetirməmiş olur. O, bu hərəkətinin səbəblərinin və niyyətlərinin xarakterindən asılı olmayaraq məsuliyyətə cəlb oluna bilər. Qanuna görə korporasiya direktorları səhmdarlarının işləri üzrə etimadlı bir şəxs kimi onların maraqlarına namus və vicdanla xidmət etməlidir. Bu o deməkdir ki, şura üzvləri öz funksiyalarını korporasiyanın maraqlarına daha məqsədəuyğun hesab etdikləri şəkildə icra etməlidir. Bu zaman onlar, belə vəziyyətdə adi uzaqgörən adamın ehtiyatlandığı dərəcədə ehtiyat göstərirlər. Sağlam düşüncədən doğan ehtiyatlılıq ideyası ilk baxışdan göründüyü kimi heç də qeyri-müəyyən deyil, o direktorlar şurasının fəaliyyət şərtləri ilə «davamlılıq» sınağını keçir. Bu ideya direktoru öz vəzifəsinin icrası prosesində kifayət həcmdə məlumatdan istifadə etməyə, həmin məlumatı tənqidi öyrənməyə, daha sonra belə şəraitdə ehtiyatlı və uzaqgörən adi adamın edəcəyi əməllər çərçivəsində fəaliyyət göstərməyə vadar edir. Məsuliyyət hissi, korporasiyaya sədaqət direktorları yalnız şirkətin və onun səhmdarlarının maraqları dairəsində öz vəzifələrini icra etməyə vadar edir. Bu xüsusilə də, direktorun vəzifəsindən sui-istifadə edərək öz şəxsi məqsədlərini güdə biləcəyi sövdələşmələrə aiddir. Əgər bu və ya digər sazişdə belə hal gözlənilirsə, direktor qərar qəbul edən şəxslərə maraqların potensial konflikti barədə xəbərdarlıq etməlidir, bu əməliyyatın hazırlanması və aparılmasından imtina etməlidir. Bundan əlavə, maraqların konflikti barədə xəbərdarlıq və direktorun əməliyyatdan imtinası faktının özü hələ kifayət deyildir: əgər hər hansı sövdələşmə baş tutubsa, o korporasiyaya münasibətdə vicdanlı olmalıdır və onun vicdanlılıq dərəcəsi diqqətli və tənqidi araşdırma obyekti olmalıdır. Direktorlar tərəfindən bu öhdəliklərin yerinə yetirilməməsi onların qanun üzrə məsuliyyətə cəlb edilməsinə gətirib çıxarır. Direktorlara səhmdarların etimadlı şəxsi kimi öhdəliklərinin pozulmasına gətirib çıxaran əməllər üçün öz mövqelərindən istifadə etmək qadağan olunur. Amerika məhkəmələrində tez-tez korporasiya direktorlarının mənşələrini özləri də izah edə bilmədikləri, qeyri-qanuni və səhmdarları qarşısındakı öhdəliklərə zidd alınmış gəlirləri araşdırılır. Qanun məlumatın məxfiliyini mühafizə edir: korporasiyadaxili məlumata əsaslanan sövdələşmələr qadağandır, onların icrası isə məhkəmə icraatının yüksək dərəcəli ixtisaslaşmış və səmərəli sistemi, daxili normalar və inzibati qurumlar tərəfindən cinayət məsuliyyətinə cəlb edilməklə nəticələnir. Açıq tipli korporasiyalardakı daxili məlumatın kənara verilməsi üzrə ciddi və müxtəlif tələblər və eyni zamanda kollektiv iddia və ya direktorların məhkəməyə cəlb edilməsi tədbirləri səhmdarların maraqlarının səhlənkarlıq və saxtakarlıqdan müdafiəsinin səmərəli alətidir. Qanun səhmdarlara yalnız səhlənkarlıq və saxtakarlıqdan müdafiə təklif edə bildiyi halda, biznes ilə əlaqədar riskdən qorumaq imkanına qadir deyildir. İşgüzar qərarların qəbul edilməsi normaları bu halda direktorları fərasətsizlikdə ittiham olunmaqdan qoruyur. Onlar göstərirlər ki, şirkətin uğursuzluqları təkcə direktorların səhlənkarlığı və ya vicdansızlığı səbəbindən baş vermir: hər bir işgüzar əməliyyatın bağlı olduğu risk ən xoş niyyətləri belə uğursuzluğa düçar edə bilər. Nə qədər ki, direktorlar bu və ya digər sövdələşmədə maraqlı deyildir, onun predmeti barədə yaxşı məlumatlıdır və özlərinin ehtimal etdiyi kimi korporasiyalarının maraqları üzrə hərəkət edirlər, onlar «səbəb və nəticə» sxemi üzrə səhv ittihamlardan yaxşı qorunurlar.

Yüklə 248,44 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin