Mövzu 1: Fənnin predmeti və vəzifələri


Korporasiyanın “həmiştirakçı”ları



Yüklə 248,44 Kb.
səhifə32/50
tarix19.06.2022
ölçüsü248,44 Kb.
#61794
1   ...   28   29   30   31   32   33   34   35   ...   50
referat 3332 (1)

Korporasiyanın “həmiştirakçı”ları. Almaniyada səhmdarların direktorlar şurasında bu və ya digər şəkildə nümayəndəliyini müəyyənləşdirən xüsusi norma və qaydalar yoxdur (korporasiyanın fəaliyyətində digər «həmiştirakçı»ların mütləq təmsilçiliyini təsbit edən məhdudiyyətlər istisna olmaqla). Lakin çox hallarda təşkilatlara, xüsusilə də banklara təmsilçilik hüququ verilir. Buna görə, alman korporasiyalarında səhmdarların təmsilçiliyi səhmlərin iri zərfləri şəklində gerçəkləşir. Səhmdarların ümumi iclaslarında isə öz sahiblərinə səs hüququ verən səhmlərin əksəriyyəti iştirak edir. Digər ölkələrdə olduğu kimi səhmdarların belə iclasları daha çox rəsmi xarakter daşıyır. Səhmdar kapitalın (və səs hüququnun) təmərküzünün səhmdarların nisbətən birbaşa təmsilçiliyinə gətirib çıxarmasına baxmayaraq, biz bunu fərdi səhmdarların öz qrup maraqlarını qoruması qabiliyyəti ilə qarışdırmamalıyıq. Əslində çox zaman korporasiyanın digər «həmiştirakçı»larının (digər şirkət və səhm sahibləri, kreditorlar, qulluqçular, təchizatçılar, alıcılar və ümumiyyətlə cəmiyyət) maraqları bu maraqlardan üstün olur. Təmsilçiliyin çoxsəviyyəli sisteminin əsas qayğısı korporasiyanın tərkibindəki qurumların birinin maraqlarının digərlərindən üstün tutulması və bir qrupun maraqlarının digərlərinin təcavüzündən qorunması deyildir. Bu əsas qayğı daha çox, korporasiyanın daim rəqabət qabiliyyətli olmasına yardım edən və hamı üçün ümumi olan maraqların tanınmasından ibarətdir. «Çoxsəviyyəli korporasiya – ümumi maraq» prinsipi direktorlar şurasının öhdəliklərinin təməlində durur. Şirkətin maddi nemətlər istehsal etmə qabiliyyətinin şövqləndirilməsi və inkişaf etdirilməsi yolu ilə onun tam təşəkkül tapmasına yardım etmək direktorlar şurasının məqsədidir. Conatan Çarkhem qeyd edib ki, belə öhdəlikləri olan direktorlar şurasının «qabaqcadan ehtiyatkarlıq hissi mənfəət ardınca düşməkdən üstün olur». Bundan əlavə, bu öhdəliklər qanundan daha çox əhəmiyyət kəsb edir. Onlar korporasiyanın bütün «iştirakçı»ları tərəfindən yekdilliklə dəstəklənirlər. Buna görə də, korporasiya fəaliyyətinin qısamüddətli nəticələrinə nisbətən az diqqət yetirilir. Onlar üçün dividendlərin səviyyəsi prinsipial rol oynamır, mənfəətə isə bütün fəaliyyətin məqsədi kimi yox, rəqabət qabiliyyətinin təmin edilməsi vasitəsi kimi baxılır . Almaniya qanunlarına müvafiq olaraq korporasiyanın bütün «iştirakçı»larının, o cümlədən qulluqçuların təmsilçilik hüququna zəmanət verilir (ən xırda şirkətlər istisna olmaqla). Bu hüquqların bütün əsas «həmiştirakçı»lara verilməsi üzrə ənənə yaranıb (məsələn, alman şirkətləri çox zaman öz şuralarında bankların nümayəndələri, əsas istehlakçılar, təchizatçılar, ictimai təşkilatların nümayəndələri üçün ehtiyat yer saxlayırlar).

Yüklə 248,44 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin