Mövzu 14: Risklərin idarə edilməsi, hesabatvermə və nəzarət Müşahidə Şurası mühüm daxili və kənar əməliyyatlarla bağlı risklərin, o cümlədən maliyyə, qanunvericiliyə uyğunluq və digər risklərin qiymətləndirilməsini və stabil daxili mexanizmlərlə adekvat idarə olunmasını təmin edən risklərin idarə edilməsi prosesinə görə məsuliyyət daşıyır. Müşahidə Şurası cəmiyyətin öz məqsədlərinə nail olmaq üçün hansı riskləri qəbul edib-etməməsinə dair qərar verir. Müşahidə Şurası cəmiyyətdə potensial riskləri müəyyən etməyə və qiymətləndirməyə, onların təsirini ölçməyə və bu riskləri azaltmaq üçün tədbirlər görməyə imkan verən prosesləri təmin etməlidir. İdarə heyəti risklərin idarə edilməsi qaydalarının layihələrinin hazırlanması, tətbiqi və monitorinqini həyata keçirməli, habelə onların cəmiyyətin gündəlik fəaliyyətində istifadə edilməsinə görə Müşahidə Şurasına hesabatlı olmalıdır. Risklərin idarə edilməsinin əsas məqsədi cəmiyyətin qarşılaşa biləcəyi potensial problemləri qabaqcadan müəyyən edib tədbir görməkdən, bu problemlərin cəmiyyətin fəaliyyətinə mənfi təsirinin qarşısını almaqdan ibarətdir. Risklərin idarə edilməsi risklərin təhlili və qiymətləndirilməsini, o cümlədən risk səviyyəsinin göstəricilərinin təhlilini, maliyyə hesabatlarının yoxlanılması prosedurunun öyrənilməsini, cəmiyyətin müxtəlif sahələrinə cavabdeh olan vəzifəli şəxslərinin hesabatlarının dinlənilməsi və yoxlanılmasını ehtiva edir. Qeyd edilən məqsədlərə nail olmaq üçün cəmiyyətdə risklərin qiymətləndirilməsi və onlara nəzarət sistemi yaradılmalıdır. Bununla əlaqədar Müşahidə Şurası tərəfindən aşağıdakı tədbirlər görülməlidir:
- risklərin idarə edilməsi sistemini tənzimləyən siyasətləri qəbul etmək;
- risklərin idarə edilməsi sistemi üzərində monitorinq və nəzarəti həyata keçirmək;
- müntəzəm olaraq risklərin idarə edilməsi prosedurunun effektivliyini təhlil etmək, qiymətləndirmək, onun yüksəldilməsi istiqamətində tədbirlər görmək;
- cəmiyyətin işçiləri tərəfindən risklərin idarə edilməsi proseduruna riayət edilməsini stimullaşdırmaq;
- risklərin idarə edilməsi üsullarını müəyyənləşdirmək;
- risklərin idarə edilməsinə cavabdeh olan şəxsləri təyin etmək;
- risklərin idarə edilməsi barədə məlumatı açıqlamaq.
Mahiyyət etibarı ilə cəmiyyətin fəaliyyəti prosesində yaranan və ya yarana biləcək risklər müxtəlif layihələrin maliyyələşdirilməsi, əqdlərin bağlanması və menecmentlə bağlı ola bilər. Məhz bu risklərin mahiyyətindən asılı olaraq onların idarə edilməsi üsulu müəyyənləşdirilməlidir. Cəmiyyətdə risklərin effektiv idarə etmə sisteminin formalaşdırılması cəmiyyətin bütün maraqlı şəxslərinin mənafeyinə cavab verməklə onun fəaliyyətinin səmərəliliyin təmin edilməsi istiqamətində ciddi addımdır.
Risklərin idarə edilməsi aşğıdakı daimi (müntəzəm) fəaliyyətləri nəzərdə tutur:
Riskin identifikasiyası - kompaniyanın biznes-prosesləri anlaşmalardan irəli gələcək maliyyə itkilərinin mümkünlüyünü meydana cıxaracaq.
Riskin qiymətləndirilməsi - riskin miqdarı qiymətləndirməsinin pulla ölçülə bilməsi (pulla ölçülə bilən riskin miqdarının qiyməti).
Riskin monitorinqi - kompaniya, mütəxəssislərinin kontragentlərin mal, pul, valyuta və fond bazarlarının maliyyə vəziyyətinin dəyişikliklərinə nəzarət üzrə fəaliyyətinin məcmusu.
Riskin nəzarəti - təyin olnmuş məhdudiyyətlərə riayət olunmasının daimi yoxlanılması və müvafiq idarəedici hesabatın hazırlanmasının həyata keçirilməsi.
Riskin tənzimlənməsi - risk vəziyyətlərinin limitlərinin (hədlərinin) təyin olunması, risklərin hedcinq (sığorta) olunması, əvvəlcədən stress-ssenari ilə işlənib hazırlanmış qərarların qəbulu daxil olmaqla maliyyə risklərinin tam və ya qismən aradan qaldırılması məqsədilə həyata keçirilən kompleks tədbirlər.
Kompaniyanın maliyyə risklərinə kredit, bazar riski və likvilik (ləğv olunma) riskini aid edirlər.
Bazar riski - kompaniya məhsulularının qiymətlərinin valyuta kurslarının, maliyyə vasitələrinin və ya faiz dərəcələrinin, arzuolunmaz dəyişiklikləri zaman kompaniyanın mövqeyinin (portfelinin məhsul ehtiyatlarının) dəyərinin azalması nəticəsində zərər əldə etmək imkanıdır.
Bazar riskinə aiddir:
qiymət riski - kompaniya məhsullarına mənfi qiymət dəyişikləri ilə əlaqədar itki ehtimalı
valyuta riski - kompaniyanın öhdəlikləri və maliyyə tələblərinə valyuta kurslarının dəyişikliklərlə əlaqədar olan zərə ehtimalı
faiz riski - bazarda faiz dərəcələrinin mənfi hərəkəti nəticəsində mümkün zərə riski
fond riski - kompaniyanın udulmaya (qovuşmaya) qədər saxlamaq istəmədiyi qitmətli kağızlar portfeyinin mövcudluğu halında qiymətli kağızlar baarında qiymətlərin mənfi hərəkəti ilə əlaqədar zərə ehtimalı.