Mövzu 13.Korporasiyaların maliyyəsi və idarə edilməsi hesabatları Plan: 13.1. Korporativ maliyyənin mahiyyəti. 13.2. Korporativ idarəetmənin maliyyə alətləri. 13.3. Ümumi tələblər və korporasiyaların maliyyə hesabatları. 13.1. Korporativ maliyyə dövlətin maliyyə sistemi çərçivəsində fəaliyyət göstərir və onun əsasını təşkil edir. Korporativ maliyyə termini altında müəyyən kompaniya çərçivəsində kapitalın hərəkətinin idarə olunması başa düşülür. ”Korporativ” sözü idarəetmənin korporotiv formasını göstərir. Korporativ maliyyə - korporasiyaya daxil olan iştirakçıların - müəssisələrin pul resurslarının formalaşdırılması və onların bölüşdürülməsi, bu pul resurslarından korporasiyanın iştirakçıları qarşısında vəzifələrin (öhdəliklərin) yerinə yetirilməsi üçün istifadəsi, maliyyə - kredit siyasəti və dövlət, eləcə də ayrı-ayrı iştirakçılar və həmçinin bütövlükdə korporasiyanın fəaliyyət göstərməsinin təmin olunmasına istifadəsi ilə əlaqədar pul münasibətləridir.
Korporasiyanın (Səhəmdar cəmiyyətin) maliyyə münasibətləri aşaqdakı təsərrüfat subyektləri ilə yaranır:
Təsisçilərlə - nizamnamə kapitalının formalaşdırılması zamanı.
Səhmdarlarla - emisyalı qiymətli kağızlar üzrə dvidentlərin və faizlərin ödənilməsi, eləcə də vaxtından əvvəl ödənilməsi məqsədi ilə şəxsi səhmlərinin girovdan azad edilməsi.
Kreditorlarla - istiqrazların (borcların) və öhdəliklərin ödənilməsi zamanı.
Banklarla- ssudaların və onlara faizlərin alınması və ödənilməsi zamanı.
Qeyri - dövlət maliyyə vasitələri, məsələn, sığortaçılarla investisya fondları və kompaniyaları ,fond birjaları - profil əməliyyatların həyata keçirilməsi zamanı.
Qız və asılı cəmiyyətlərlə - əsas cəmiyyət tərəfindən onlara yetirilmiş zərərlərin ödənilməsi və asılı cəmiyyətlərin səhmlərinin alışı zamanı.
Dövlətlə - büdcə sisteminə vergi və yığımlar üzrə, büdcədənkənar fondlara ödəmələr, büdcədən ayrı-ayrı xərc növlərinin maliyyələşdirilməsi zamanı: kapital qoyuluşları, elmi tədqiqat və təcrübə - konstruktor işləri və s.
Korporasiyanın kapitalı müxtəlif cəhətlərinə görə təsnifləşdirilir:
mənsubiyyətinə görə -şəxsi və borc kapitalı;
istifadə istiqamətinə (məqsədlərinə) görə - istehsal, ssuda və bazar;
investisyalaşma obyektinə görə - əsas və dövriyyə;
mülkiyyət formasına görə- dövlət, şəxsi və qarışıq;
- fəaliyyətin təşkilati-hüquqi formalarına görə - səhndar və anbar (pay);
istehsal prosesində iştirakın xarakterinə görə - fəaliyyətdə olan və fəaliyyətdə olmayan;
sahibkarların istifadə xarakterinə görə-milli və xarici.
Kapitalın strukturunun optimallaşdırılması prosesi aşağıdakı ardıcıllıqla həyata keçirilir:
Mərhələlər üzrə kapitalın tərkibinin dinamikada təhlili, elecə də onun strukturunun dəyişdirilməsi tendensiyaları təhlili prosesində maliyyə müstəqilliyi əmsalları, borc, uzunmüddətli və qısamüddətli öhdəliklər arasındakı qarşılıqlı münasibətlər kimi parametrlər araşdırılır. Daha sonra aktivlərin və şəxsi kapitalın rentabellik və dövriyyə göstəriciləri öyrənilir.
Kapitalın strukturunu müəyyənləşdirən başlıca amillərin qiymətləndirilməsi. Bunlara daxildir:
Sadalanan amilləri nəzərə alaraq kapitalın strukturunu idarə olunması 2 məsələnin həllini nəzərdə tutur:
şəxsi və borc kapitalından istifadənin optimal proporsiyalarının təyin olunması;
zərurət halında əlavə daxili və ya xarici kapitalın cəlb olunmasının təmin olunması.
Şəxsi kapitalın gəlirliliyi kriteryası üzrə kapitalın strukturunun optimallaşdırılması. Korporativ maliyyə ilə idarəetmənin müvvəfəqiyyəti korporasiyanın özünün idarəetmə strategiyası və taktikasından asılıdır. Maliyyə strategiyası korporasiyanın ümumi strategiyasına daxil olmalı və məqsəd və vəzifələrinə görə ona adekvat olmalıdır. (Şəkil 13.1.)
Korporasiyanın inkişafı birbaşa olaraq düzgün təşkil olunmuş maliyyə fəaliyyətindən və ilk növbədə onun kredit və investisya fəaliyyətindən asılıdır. Nəzərə alsaq ki, koorporasiyaların yenidən strukturlaşdırılması və mürəkkəb korporativ strukturların yaradılması çoxlu sayda hüquqi şəxslərin qarşılıqlı təsirinə gətirib çıxarır, yüksək menecment maliyyə siyasətinin aşağdakı prinsiplərini nəzərə almalıdır;
vergilərə münasibətdə koorporasiyalarınin struktur bölmələrinin konsolidasiyası;
qovuşma və diversivikfasiya prosesinin sürətləndirilməsi nəticəsində əlavə istehsal güclərinin yaradılması;
digər tşkilatların kapitalında iştirakın mərkəzləşdirilməsi;
təşkilatın bütövlükdə vəzifələrinə nəzarətin vahid siyasətinin aparılması.