Mövzu 12. Daxili audit sistemi və onun təşkili. Bazar iqtisadiyyatına keçid şəraitində yeni bir defisit növü yaranmış və özünü getdikcə daha artıq hiss etdirməyə başlamışdır. Bu və ya başqa konkret müəssisənin işgüzar nüfuzu haqqında mötəbər informasiya yox idi: müəssisənin yeni kommersiya banklarının, birjaların və digər bazar strukturlarının təsisçisi olmaq istəməsi qanuna uyğundurmu; müəssisə şok vəziyyətindən özünə gəlibmi və hissə-hissə oğurlamaqla artır müəssisənin axırına çıxmayıblarki; nəhayət o yaşamağa qabildirmi. Başqa sözlə, təsisçilər və səhmdarlar, müvafiq emitetlərin; qiymətli kağızlarının sahibləri və kreditorlar təşkilatların maliyyə vəziyyəti və ödəmə qabiliyyəti barədə düzgün məlumat, cari və perspektiv dövlət üçün əsaslandırılmış rəylər almaqla maraqlı idilər. Məhz bu şəraitdə dövlət nəzarətinə alternativ olan bir qurumu – bazar iqtisadiyyatı infrasturukturunun ayrılmaz ünsürlərindən biri kimi, müstəqil auditin inkişaf etdirilməsinə çox böyük zərurət yarandı. Audit aktivlərin, öhdəliklərin, xüsusi vəsaitlərin və maliyyə nəticələrinin düzgün, bütöv və dəqiq əks etdirilməsini müəyyənləşdirmək məqsədi ilə qüvvədə olan qanunvericiliyə uyğun surətdə iqtisadi subyektlərin tərtib etdikləri illik maliyyə hesabatlarının müstəqil yoxlanmasını nəzərdə tutur. Auditin əsasını dövlətin, müəssisənin müdriyyətinin və onun sahiblərinin (əmanətçilərin, səhmdarların) qarşılıqlı marağı təşkil edir. Bir sıra ölkələrdə audit dedikdə, müəssisələrin yoxlanılması və onun maliyyə hesabatı haqqında fikir söylənilməsi başa düşülür. Britaniya Audit Praktikasi Komitəsinin 1989-cu ildə verdiyi tərifə görə, Böyük Britaniyada audit “qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilmiş bütün qaydalara riayət olunmaqla, müəssisənin mühasibat hesabatı barədə peşəkar fikir ifadə etmək məqsədi ilə həmin hesabatın xüsusi təyin edilmiş auditor tərəfondən müstəqil öyrənilməsi deməkdir.” Qanuna əsasən ABŞ-da səhmləri qiymətli kağızlar birjasında qiymətləndirilməyə buraxılan bütün səhmdar camiyyətlərinin maliyyə fəaliyyəti auditdən keçməlidir. Qərbdə (ABŞ) auditə verilən ən məqbul təriflərdən biri aşağıdakı kimidir: Audit (auditing) elə bir prosesfir ki, onun vasitəsilə səlahiyyətli sərbəst işçi kəmiyyətcə qiymətləndirilə bilən və spesfik təsərrüfat sisteminə aid olan informasiyanın müəyyən edilmiş meyarlara uyğunluq dərəcəsini meəyyənləşdirmək və bunu öz rəyinə ifadə etmək üçün həmin informasiya haqqında sübutlar toplayır və onları qiymətləndirir. Amerika Mühasibat İşi Assosiasiyasının auditin əsas prinsipləri üzrə komitəsi auditə aşağıdakı tərifi vermişdir. “Auditin – iqtisadi hərəkətlər və hadisələr haqqında obyektiv məlumatlar alınmasının və qiymətləndirilməsinin, onların müəyyən meyara uyğunluğu səviyyəsinin müəyyənləşdirilməsinin və nəticələrin əlaqədar istifadəçilərə verilməsinin sistemli prosesidir.” Amerika mütəxəssislərinin qeyd etdikləri kimi audit iqtisafi obyektin (müstəqil təsərrüfat bölməsinin) fəaliyyətinə və vəziyyətinə dair faktların və ya bu cür fəaliyyət və vəziyyət barədə informəsiyanın toplanmasından və qiymətləndirilməsindən ibarət olan və müəyyən edilmiş meyarlar əsasında həmin fəailyyətə keyfiyyət cəhətdən rəy verəcək səlahiyyətli sərbəst şəxs təeəfinfən həyata keçirilən fəaliyyət növüdür. Deməli, audit dedikdə, maliyyə hesabatının müstəqil yoxlanması və bu barədə fikir ifadə olunması başa düşülür. Müəssisənin, təşkilatın hesabatının düzgünlüyünü, qüvvədə olan qanunvericiliyə əməl edilməsinin yoxlanılması və bu məsələ üzrə auditor rəyinin tərtib edilməsi sərbəst auditor tərəfindən yerinə yetirilir. Sərbəst auditorlar fəaliyyətinə dair aşağıdakı qaydalar mövcuddir: - təsərrüfat subyektinin auditoru (auditor təşkilatını) sərbəst seçməsi; - auditor (auditor təşkilatı) ilə sifarişçi arasında müqavilə münasibətləri; bu münasibətlər auditora öz sifarişçisini özünün seçməsinə və hər hansı dövlət orqanının göstərişlərindən asılı olmağa imkan yardır; - sifarişçi ilə auditor fəaliyyəti barədə müqavilə münasibətlərini aşan qohumluq və ya işgüzar əlaqələr olduqda auditor yoxlaması aparılmasının qeyri – mümkünlüyü; - audit, məsləhət xidmətləri və qanunvericiklə icazə verilmiş digər xidmətlər göstərilməsi ilə əlaqədar olmayan təsərrüfat, kommersiya və maliyyə fəaliyyəti ilə maşqul olmağın auditorlara və auditor firmalarına qadağan edilməsi. Auditin mahiyyətinin, əhəmiyyətinin və vəzifələrinin təhlili göstərir ki, bu “yeni inqilabın” əlində sadəcə olaraq “cəza qılıncı” deyil, xüsusilə mürəkkəb, sosial cəhətdən neytral iqtisadi alətdir. Müassir auditin coşğun inkişafa başlamasının obyektiv səbəbləri onunla izah edilir ki, yeni şəraitdə mülkiyyətlə onun idarə olunması münasibətləri sistemi mühüm, əsaslı dəyişikliklərə məruz qalmışdır: – Yəni əhlinin əmlakına görə differensasiyası, habelə saxta kapitalın inkişaf investorların tərkibində prinsipal irəliləyişə səbəb olmuşdur; – qeyri – obyektiv informasiyaya əsaslanan təsərrüfat qərarlarının qəbul edilməsi çox zaman mənfi iqtisadi nəticələrə və hətta bəzi təsərrüfat subyektlərinin müflisləşməsinə gətirib çıxarmışdır. – hesabatların düzgünlüyü haqqında peşakar mühakimə yürtməsi qabiliyyəti olan adamlar üçün xüsusi biliklər tələb olunmuşdr; – mülkiyyətçilərinin sayının xeyli artması ilə əlaqədar müəssisələrin müdriyyətinin (icraşı müdriyyətin) bilavasitə mülkiyyətçilərindən ciddi surətdə aralanması baş vermişdir; – kapitalın hərəkətinin müasir forması kimi, fond bazarının təşəkkül və inkişafı başlanmışdır. Auditor fəaliyyətinin əsas məqsədi təsərrüfat subyektinin mühasibat (maliyyə) hesabatlarının düzgünlüyü və onların apardıqları maliyyə və təsərrüfat əməliyyatlarının normativ aktlara uyöunluğunu müəyyən etmək deməkdir. Deməli, auditin təyin edilməsi aşağıdakı məqsədlə maliyyə hesabatlarının yoxlanması deməkdir: – hüsabatlarının düzgünlüyünün təsdiqi və ya onların qeyri – düzgün olmasının müəyyən edilməsi; – yoxlanılan dövürdə məsrəflərin, gəlirlərin və müəssisənin fəaliyyətinin maliyyə nəticələrinin uçotda və hesabatda dolğun, düzgün və dəqiq əks etdirilməsinin yoxlanılması; – uçot aparılması və hesabatların tərtibi qaydalarının tənzimləyən qanunvericiliyə və normativ sənədlərə, aktivlərin öhdəliklərin və xüsusi kapitalın qiymətləndirilməsi metodologiyasına əməl olunmasınanəzarət; - əsas və xüsusi dövriyyə vəsaitlərindən, maliyyə ehtiyatlarından və borc mənbələrindən daha yaxşı istifadə imkanlarının üzə çıxarılması. Auditin əsas məqsədinə sifarişçi ilə müqavilə əsasında şərtləşdirilmiş vəzifələr – maliyyə ehtiyatlarından daha yaxşı istifadə edilməsi imkanlarının üzə çıxarılması, vergilərin düzgün hesablanmasının təhlili, müəssisələrin maliyyə vəziyyətini yaxşılaşdırmaq, məsrəfləri və fəaliyyətin nəticələrini, gəlirləri və xərcləri optimallaşdırmaq üçün tədbirlər hazırlanması vəzifələri əlavə oluna bilər. Auditor yoxlanmasında balansın, mənfəət və zərər haqqında hesabatın tərtib olunmasının düzgünlüyünü, izahat məktubundakı məlumatların doğruluğu müəyyən olunur. Auditor mənfəət və zərər haqqında hesabatı balans mənfəətinin və vergi tutulan mənfəətin hesablanmasının düzgünlüyünü müəyyən etmək üçün yoxlayır. Əsas məqsədə çatmaq və rəy vermək üçün auditor aşağıdakı məsələlər üzrə rəy tərtib edir.
Hesabatın ümumi məqbulluğu; - hesabatın tələbata uyğunluğu.
Əsaslılıq; - hesabatda göstərilən məbləğləri daxil edilməsinin əsaslılığı.
Bitkinlik; - məbləğlərin aktiv və passivliyinin hansı müəssisəyə məxsusluğu.
Qiymətləndirmə; - düzgün qiymətləndirilibmi?
Təsnifat; - məbləği onun yazıldığı hesaba aid etməyə əsas varmı?
Ayrılma;
Səliqəlilik;
Açma; - kateqoriyaların hamısı mal hesabatına daxil edilibmi?
Auditin başlıca vəzifələrini sivil bazar müəyyənləşdirir.
Auditorlar (auditor təşkilatları) öz fəaliyyətləri prosesində həmçinin auditor xidməti göstərilməsi ilə bağlı aşağıdakı bir sıra vəzifələri həll edirlər.
mühasibat uçotunun aparılmasının və hesabatın tərtib edilməsinin, təsərrüfat əməliyyatlarının qanuniliyinin yoxlanılması;
mühasibat uçotunun təşkilində kömək göstərilməsi;
mühasibat uçotunun bərpasında kömək göstərilməsi;
mühasibat (maliyyə) hesabatının tərtibində kömək göstərilməsi;
vergilərin planlaşdırılmasına və hesablanmasına kömək göstərilməsi;
ekspert qiymətləndirmələri və təsərrüfat fəaliyyətinin nəticələrinin təhlili;
maliyyə bə hüquq məsələlərinin geniş dairəsi, marketinq, menecment, texnoloji və ekoloji məsələlər üzrə məsləhətlər verilməsi;
təsis sənədlərinin və başqa sənədlərin hazırlanması;
gələcək tərəfdaşlar haqqında informasiya verilməsi;
sifarişçilərə informasiya xidməti və s.
Auditorun xidmətinə tələbat aşağıdakı hallarla əlaqədar yaranmışdır:
1. Müdiriyyətlə informasiya istifadəçiləri (mükiyyətçilər, investorlar, kreditorlar) arasında ixtilaflar olduğu hallarda müdiriyyət tərfindən qeyri-obyektiv informasiya verilməsi;
2. Qəbul edilmiş qərarların nəticələrinin informasiyanın keyfiyyətindən asılılığı;
3. İnformasiyanı yoxlamaq üçün xüsusi biliklərin tələb olunması;
4. Çox zaman informasiyanı istifadəçilərinin onun keyfiyyətini qiymətlən-dirmək imkanının olmaması.
Bütün bu ilkin şərtlər müvafiq hazırlığı, ixtisası, təcrübəsi və bu cür xidmətlər göstərməyə icazəsi olan ekspertlərin (auditorların) xidmətlərinə ictimai tələbat yaranmasına gətirib çıxarmışdır. Auditor yoxlamaları dövlət orqanlarına, məhkəmələrə, prokurorluğa və müstəntiqlərə onları maraqlandıran maliyyə hesabatının düzgünlüyünü təsdiq etmək üçün lazımdır. Auditor xidmətlərini, bir qayda olaraq, təsərrüfat subyektlərinin müdiriyyəti sifariş verir. Lakin bu funksiyadan istifadə edənlər daha çoxdur. Bunlar aşağıdakılardır: əməkdaşlar, vergi orqanları, banklar və digər maliyyə təsisatları; potensial investorlar, ticarət tərəfdaşları və b.
Auditin aşağıdakı növləri vardır:
Məcburi və təşəbbüslə (könüllü) audit;
Daxili və kənar audit;
Təsərrüfat fəaliyyətinin auditi;
Uyğunluq auditi;
Maliyyə hesabatının auditi və xüsusi audit;
Əməliyyat auditi;
Dövlət orqanlarının tapşırığı ilə məcburi (icbari) audit;
Auditor xidmətinin başqa növləri.
Mövcud qanunvericiliyə görə səhmdar cəmiyyətləri, xarici investisiyalı müəssisələr, banklar və digər kredit təşkilatları, sığorta təşkilatları, məhdud məsuliyyətli cəmiyyətlər, investisiya fondları, maliyyə-sənaye qrupları üzrə audit məcburidir. Təşəbbüslə (könüllü) audit iqtisadi subyektiv qərarı üzrə auditor (auditor firması) ilə müqavilə əsasında həyata keçirilir. Belə yoxlamanın xarakterini və miqyasını sifarişçi müəyyən edir. Daxili audit idarəetmə nəzarətinin ayrılmaz və mühüm elementidir. Daxili auditə tələbat olnunla əlaqədardır ki, rahbarliyin yuxarı pilləsi təşkilatın və aşağı idarəetmə sturukturların fəaliyyətinə gündəlik nəzarətlə məşğul olmur. daxili audit bu fəaliyyət barədə informasiya verir və menecerlərin hesabatlarının düzgünlüyünü təsdiqləyir. Daxili audit başlıca olaraq ehtiyatların itkisinin qarşısını almaq və müəssisə daxilində zəruri dəyişikliklər aparmaq üçün lazımdır. Kənar audit təsərrüfat subyektlərinin mühasibat uçotunun və maliyyə hesabatının düzgünlüyünü qiymətləndirmək məqsədi ilə auditor formaları və sərbəst auditorlar tərəfindən müqavilə əsasında aparılır. Sərbəst auditorun sərbəstliyi həm qanunvericilik, həm də etik normalarla müəyyənləşdirilir. Daxili və kənar audit bir-birini tamamlayır və eyni zamanda bir-birindən ciddi surətdə fərqlənir. Təsərrüfat fəaliyyətinin auditi müəssisənin təsərrüfat fəaliyyətinin müəyyən məqsədlər üçün müntəzəm aparılan təhlilini nəzərdə tutr. Təsərrüfat subyektlərinin auditini bəzən işin və ya inzibati idarəetmənin səmərəliliyinin auditi adlandırırlar. Təsərrüfat fəaliyyətinin auditində müəyyən fəaliyyət növlərinin obyektiv tədqiqi, hər tərəfli təhlili nəzərdə tutulur.
Auditin bu növü 3 məqsəd daşıyır: - idarəetmənin səmərəliliyinin qiymətləndirilməsi; - təsərrüfat fəaliyyətini yaxşılaşdırmaq imkanlarının aşkara çıxarılması; - fəaliyyətin yaxşılaşdırılmasına və ya gələcək işlərə dair tövsiyyələr. Təsərrüfat fəalliyyətinin auditi həm müdriyyətin sifarişi ilə, həm də üçüncü tərəfin, o cümlədən dövlət orqanlarının tələbi ilə keçirilə bilir. Uyğunluq auditi subyektin müəyyən maliyyə və ya təsərrüfat fəaliyyətinin qpyulmuş şərtlərə, qaydalara və qanunlara uyğunluğunu müəyyənləşdirmək məqsədi ilə həmin fəaliyyəti təhlil etməkdən ibarətdir. Dövlət aktları ilə müəyyənləşdirilmiş tələblərə uyğunluq auditini bu aktların icrasına nəzarət edən dövlət orqanında işləyən müfəttişlər və ya bu cür nəzarətin tapşırıldığı kənar auditorlar aparırlar. Maliyyə hesabatının auditi subyektin hesabatının müəyyənləşdirilmiş meyarlara və mühasibat uçotunun hamılıqla qəbul edilmiş qaydalarına uyğunluğu haqqında rəy vermək məqsədilə həmin hesabatı yoxlamaqdan ibarətdir. Həmin audit hesabatları yoxlanılan şirkətin dəvət etdiyi kənar auditorlar tərəfindən aparılır. Adətən meyar olaraq hamılıqla qəbul edilmiş mühasibat prinsipləri götürülür. Maliyyə hesabatına ən ümumi halda mühasibat balansı, mənfəət və zərərlər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat və digərləri daxildir. Maliyyə hesabatının auditinin nəticələri dərc olunaraq istifadəçilərə göndərilir. Xüsusi audit təsərrüfat subyektlərinin fəaliyyətində müəyyən prosedurlara, normalara və qaydalara əməl olunmasının konkret məsələlərin yoxlanışıdır və adətən, müdirlərin fəaliyyətinin qanuniliyini, düzgünlüyüny və səmərəliliyini, vergi hesabatının tərtibinin, sosial fondlardan istifadənin düzgünlüyünü və sairəni təsdiqləmək məqsədi daşıyır. Əməliyyat auditi məhsuldarlığı və səmərəliliyi qiymətləndirmək məqsədilə təsərrüfat sisteminin fəaliyyət prosedurları və metodlarının hər hansı bir hissəsinin yoxlanılmasıdır. Bu audit başa çatdıqdan sonra adətən menecerə əməliyyatları təkmilləşdirməyə dair tövsiyyələr verilir. Bu auditdə yoxlamalar mühasibat uçotu ilə məhdudlaşmır. Yoxlamalar təşkilat sturukturunun, kompüter əməliyyatlarının, istehsal metodlarının, marketinq və auditorun ixtisaslı olduğu hər hansı başqa sahənin qiymətləndirilməsini əhatə edə bilər. Auditorlar (auditor təşkilatları) auditor yoxlamaları keçirməklə yanaşı, təsərrüfat subyektlərinə, sahibkarlara və fiziki şəxslərə məsələlərin geniş dairəsi üzrə məsləhətlər verilməsi şəklində xidmətlər göstərə bilər. Məsləhətlərin keçirilməsi praktikası göstərir ki, auditora müraciət olunan məsələlərin ən çoxu vergi qanunvericiliyi ilə bağlıdır. Hüquq məsələləri üzrə məsləhətlər verilməsi auditor xidmətlərinin xüsusi növüdür. Auditor firmaları qeyri-düzgün məsləhət üçün qanunvericiliyə görə əslində heç bir məsuliyyət daşımasalar da sifarişçiyə qeyri düzgün məsləhət verilməsi və bunun nəticəsindəki səhv sifarişçidə hər hansı nöqsanın yaranması auditor firmasının icminə mənfi təsir göstərir (əgər müqavilə yoxdursa). Beynəlxalq təcrübəyə əsasən bütün auditorları 2 qrupa (tipə) bölmək olar: 1. Kənar və ya sərbəst auditorlar; 2. Daxili auditorlar. Kənar və ya sərbəst auditorlara beynəlxalq təcrübədə aşağıdakılar aiddir: a) andlı mühasiblər (Böyük Britaniya) vəya diplomlu ictimai mühasiblər (ABŞ), mühasib-ekspertlər və ya hesab komissarları (Fransa), təsərrüfat nəzarətçiləri və kitab nəzarətçiləri (Almaniya) və s; b) auditor firmaları; c) dövlət idarələrinin auditorları. Daxili auditorlar, - onlar sturuktur təşkilat bölmələrinin təftiş etdikləri təsərrüfat sistemlərinin qulluqçularıdırlar, lakin müdiriyyətin tərkibində, yəni yoxladıqları, təftiş etdikləri bölmələrdən və fəaliyyət növlərindər asılı olmayaraq işləyirlər. Maliyyə hesabatlarının bir çoxu istifadəçiləri auditlə mühasibat uçotunu qarışdırırlar. Bu ondan irəli gəlir ki, əksər halarda audit mühasibat informasiyası ilə bağlıdır və auditorların bir çoxu mühasibat işlərində olduqca səriştəlidirlər. Bəzi ölkələrdə auditin əsas hissəsini yerinə yetirən şəxslərin “andlı mühasiblər” və ya “diplomlu ictimai mühasiblər” adlandırılması isə dolaşdığı daha da artırır. Mühasibat uçotu qərarlar qəbul etmək üçün informasiya hazırlanmasından ötrü məntiqin köməyi ilə iqtisadi hədisələrin yazılışı, təsnifatı və onlara yekun vurulması prosesidir. Mühasibat məlumatlarının auditi aparılarkən yazılış informasiyasının yoxlanılan dövrdə baş vermiş iqtisadi hadisələri düzgün əks etdirib-etdirmədiyi müəyyənləşdirilir. Mühasibat qaydaları mühasibat informasiyasının düzgün formalaşdırıldığını qiymətləndirmək üçün meyar olduğu üçün bu informasiya ilə məşğul olan hər bir auditor həmin qaydaları yaxşı bilməlidir. Auditor nəinki mühasibat uçotunu başa düşməlidir, həm də auditor sübutlarının yığılmasında və şərhində səriştəli olmalıdır. Auditoru mühasibdən fərqləndirən də budur. Auditlə təftişin fərqləri aşağıdakı kimidir: 1. Məqsədlərinə görə: Audit maliyyə hesabatının düzgünlüyü barədə fikrin ifadə olunmasını, sifarişçiyə xidmətlər, kömək göstərilməsi, onunla əməkdaşlığı əks etdirdiyi halda, təftiş nöqsanların aradan qaldırılmasını və müqəssirlərin cəzalandırılması məqsədini güdür.
2. Xarakterinə görə: Auditor sahibkarlıq fəaliyyəti olduğu halda, təftişçi icra fəaliyyəti, sərəncamların icraçısıdır. 3. Qarşılıqlı münasibətlərin əsasına görə: Auditdə-üfüqi əlaqələr, sifarişçi ilə qarşılıqlı münasibətlərdə hüquq bərabərliyi, onun qarşısında hesabat; Təftişdə-şaquli əlaqələr, yuxarı pillə tərəfindən təyinetmə, icra haqqında onun qarşısında hesabat. 4. Xidmətlərin ödəniş prinsipi: Auditdə sifarişçi, təftişdə yuxarı pillə və ya dövlət orqanı ödəyir. 5. Əməli vəzifələr: Auditdə-sifarişçinin maliyyə vəziyyətinin yaxşılaşdırılması, passivlərin (investorların, kreditorların) cəlb edilməsi, sifarişçiyə kömək və məsləhətlər, təftişdə-aktivlərin qorunması, sui-istifadələrin qarşısının alınması və profilaktikası. 6. Nəticələr: Auditdə-auditor rəyi, təftişdə-təftiş aktı yazılır. Qanuna görə audit – mal istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Təsərrüfat subyektlərində müqavilə əsasında maliyyə - təsərrüfat fəaliyyəti sahəsində yoxlama, ekspertiza, təhlil aparmaq və yazılı rəy vermək, mühasibat uçotu qurmaq, hesabat göstəricilərinin dürüstlüyünü təsdiq etmək və auditorun peşə fəaliyyətinə uyğun olaraq maliyyə - təsərrüfat münasibətləri sahəsində digər xidmətləri göstərmək auditor xidməti hesab edilir. Beynəlxalq təcrübədə auditorların peşə etikası məcəlləsi auditorların davranış normalarını və ümumi məqsədlərə nail olmaq üçün auditorlar tərəfindən riayət edilməli olan fundamental prinsipləri müəyyən edir. Auditor peşəsinin məqsədi camiyyətin tələbatının ödənilməsinə yönəldilmiş əməyin maksimum səmərəliliyinin əldə edilməsi üçün yüksək peşə səviyyəsini təmin etməkdir. Bunun üçün aşağıdakı dörd əsas tələbat yerinə yetirilməlidir: mötəbərlik, peşəkarlıq, xidmətlərin keyfiyyəti, etimad. Keyfiyyətə nəzarətin iki növü mövcuddur: daxili nəzarət; kənar nəzarət. Auditin keyfiyyətinə daxili nəzarət auditor təşkilatının rəhbərliyi və sərbəst auditorlar auditin planlaşdırılmasının, audit qayda və prosedurlarının tətbiqinin qüvvədə olan qanunvericiliyin və audit standartlarının tələblərinə uyğunluğunu və onlara riayət olunmasına təmin etməkdən ibarətdir. Daxili nəzarət iki formada həyata keçirilir: ümumi nəzarət, ayrı-ayrı audit prosedurları üzrə nəzarət. Daxili nəzarət müvafiq auditor təşkilatının rəhbərliyi və sərbəst auditorların özləri tərəfindən həyata keçirilir. Daxili nəzarət qaydaları auditor təşkilatı tərəfindən təsdiq edilir. Bu zaman aşağıdakılar nəzərə alınır: peşəkarlıq tələbləri, səriştəlilik, təyin etmə, səlahiyyətlər, məsləhətlər, sifarişçilər və onlarla əlaqə saxlanılması, yoxlama. Auditin keyfiyyətinə kənar nəzarət auditor təşkilatı və sərbəst auditor tərəfindən göstərilən auditor xidmətlərinin keyfiyyətinin və daxili nəzarət sisteminin qiymətləndirilməsindən ibarətdir.