Microsoft Word 1-ci m vzu- fh t snifati



Yüklə 7,25 Mb.
Pdf görüntüsü
səhifə148/228
tarix26.12.2016
ölçüsü7,25 Mb.
#3567
1   ...   144   145   146   147   148   149   150   151   ...   228
Sadə daldalanacaqlar 
 
Düşmənin  qəfil  basqını  zamanı  əhalinin  xeyli  hissəsi  mühafizə  qurğuları  ilə 
təmin  edilməyən  hallarda  müasir  qırğın  vasitələrindən  əhalinin  kütləvi 


 
157
mühafizəsini  qısa  müddətdə  təmin  etmək  üçün  sadə  daldalanacaqlar  həlledici 
əhəmiyyət kəsb edir.  
Sadə  daldalanacaqlara  üstü  açıq  və  örtülü  yarğanlar  (oyuq),  səngərlər 
(tranşeya) aiddir.  
Örtülü  yarğan  adamları  işıq  şüalnmasından  tamamilə  qoruyur,  zərbə 
dalğasının  təsirinin  2,  5-3  dəfə  zəiflədir,  nüfuzedici  radiasiyanın  və  radioaktiv 
şüalanmanın  (üst  örtükdəki  torpaq  qatının  qalınlığından  asılı  olaraq)  təsirinin  isə 
200-300 dəfə azaldır.  
Belə  yarğan  adamların  paltarlarının  və  dərisinin  səthinə  ZM  damcılarının, 
bakterial və yandırıcı maddələrin bilavasitə düşməsinin qarşısını alır.  
Lakin nəzərə almaq lazımdır ki, hətta üstü örtülü yarğan belə, ZM və bakterial 
vasitələrdən  mühafizəni  tamamilə  təmin  edə  bilmir.  Buna  görə  də  belə  halda 
əlehqazlardan  istifadə  etmək  lazımdır.  Çoxlu  adam  olan,  yaxud  onların  yığışacağı 
ehtimal edilən hər yerdə: bütün müəssisələrin, təşkilatların, idarələrin, kommunal 
təsərrüfatı  obyektlərinin  ərazisində,  yaşayış  salərində,  köçürmə  üzrə  toplanış 
məntəqələrində,  stansiyalarda,  aeroportlarda,  nəqliyyata  minmə  və  düşmə 
məntəqələrində,  aralıq  köçürmə  məntəqələrində  və  digər  yerlərdə  sadə 
daldalanacaqların tikilməsi nəzərdə tutulmalıdır.  
Belə daldalanacaqların üstün cəhətləri bundan ibarətdir: 
•  konstruksiyaları sadədir; 
•  tikinti materialları (əlaltında olan yardımçı materialları) asan əldə edilir; 
•  işlərin həcmi az olur; 
•  radiasiya  daldanacağının  mühafizə  xassələrini  sığınacağın  xassələri 
səviyyəsinə çatdırmaq mümkündür.  
Sadə daldalanacaqların tutumu 10-50 nəfər nəzərdə tutulur.  
Yarğanlar,  adətən,  uçqunlar  altına  düşməyəcək  ərazidəki  müxtəlif  yerlərdə: 
şəhərlərin  bağçalarında,  stadionlarda,  geniş  həyətlərdə,  kənd  yerlərində  isə 
bağlarda,  bostan  yerlərində,  geniş  küçələrdə  düzəldilə  bilər.  Belə  sahələr  elə 
seçilməlidir ki, oranı qar və yağış suları basa bilməsin.  
Yarğanlar  adamların  bir  və  iki  cərgədən  yerləşdirilməsi  üçün  nəzərdə  tutula 
bilər.  Adamlar  bir  cərgədə  yerləşdirilən  yarğan  dərinliyi  180-200sm,  eni  yuxarıda 
100-200sm  dibdə  isə  30-90sm  olan  xəndəktən  ibarət  olur.  Yarğanın  hər  adam 
üçün 0, 5- 0, 6m hesabı ilə müəyyən edilir.  


 
158
Örtülü yarğanın tikintisi iki mərhələdə yerinə yetirilir: birinci mərhələdə onun 
xəndək  hissəsi  qazılır  və  avadanlıqlaşdırılır,  ikinci  mərhələdə  üstü  örtülür  və 
torpaqla bərkidilir.  
Yarğan-hərəsinin  uzunluğu  10-15m  olan  bir-birinə  nisbətən  bucaq  altında 
yerləşən  bir  neçə  düzxətli  sahələrdən  ibarət  xəndəkdir.  Tikintinin  birinci 
mərhələsində  ərazidə  daldanacağın  yeri  müəyyən  edilib  nişanlanır  və  onun  planı 
çəkilir.  
Sonra  nişanlayıcı  qaytan  boyu  5-7  sm  dərinlikdə  qanovcuq  açırlar.  Xəndəyi 
onun  uzununa  oxunun  orta  hissəsindən  başlayaraq  qazır  və  tədricən  (xəndək 
dərinləşdikcə) onu nişanlanmış xəttədək genişləndirirlər. Qazılan torpağı xəndəyin 
hər iki tərəfinə (onun kənarlarından ən azı 50sm uzağa) atırlar. Xəndəyin bir (və ya 
hər  iki)  divarından  torpaqdan  oturacaq  yeri  düzəldirlər.  Xəndəyin  dibi  boyu  su 
axıdan qanovcuq qazırlar ki, o da giriş yerinin qarşısında su yığılan çala ilə qurtarır. 
Divarlarda həmçinin ərzaq, su qabları, dərmanlar saxlamaq üçün rəflər düzəldirlər.  
Divarlar taxtlar, çırpı, şüvül, qamış və s. materiallar vasitəsilə bərkidilir. Sonra  
xəndəyin  üstünü  tirlərlə,  şpallarla,  yaxud  kiçik  ölçülü  dəmir-beton  tavalarla 
örtürlər. Üstdən hidroizolyasiya qatı (tol, ruberoid, xlorvinil plyonka döşəməklə  və 
ya  gildən  suvaq  çəkməklə)  düzəldilir,  sonra  da  onun  üstünə  50-60sm  qalınlıqda 
torpaq tökürlər.  
Giriş yeri tərəfdə xəndəyin bir hissəsini taxta qapı və ya qalın pərdə vasitəsilə 
əsas hissədən ayıraraq orada çıxarıla bilən qapaqlı ayaqyolu düzəldirlər. Giriş yeri 
düzxətli  hissəyə  nisbətən  90º-li  bucaq  altında  qazılır,  bu  zaman  tutumu  20  
nəfərlik  olan  yarğanda  bir,  bundan  artıq  tutumlu  yarğanda  iki  iri  giriş  yeri 
(xəndəyin hər iki tərəfində) nəzərdə tutulur.  
Yarğana  giriş  yeri  qapısı  olan  pilləli  maili  eniş  formasında  düzəldirlər.  Onun 
uzunluğu 2-2, 5m götürülür və üstündə 70-80 sm enində sipər düzəldirlər.  
Yarğana  giriş  yerlərində  qoruyucu  qapılar  qoyulur.  Üst  örtük  və  divarların 
örtüyü  70-80  sm  qalınlıqda  torpaq  qatının  ağırlığından  yaranan  yükə,  torpağın 
yandan  təzyiqinə  və  zərbə  dalğasının  torpağın  göstərdiyi  0,5-1,0  kQ  sm
2
  izafi 
təzyiqə davam gətirilməlidir.  
Ventilyasiya xəndəyin baş tərəflərində qoyulan havaverici və sorucu qutular 
vasitəsilə təmin edilir. Qutular taxtadan düzəldilir, onların en kəsiyi 20 ×20sm olur. 


 
159
Havaverici  qutunun  aşağı  ağzında  siyirtmə  qapaq  və  tozəleyhinə    süzgəc 
quraşdırılır.  
Divarlarında  örtüyü  olan,  üstü  taxta  və  70-80  sm  torpaq  qatı  ilə  örtülən, 
adamlar  bir  cərgədə  yerləşdirilən  10  nəfərlik  yarğan  tikmək  üçün  tələb  olunan 
təqribi əmək sərfi və tikinti materialları norması belədir: əmək sərfi 80-10 adam-
saat; meşə materialı (eyni diametirli  şalban şəklində) -2 kub m; taxta - 1,3-1,5 kub 
m;  lif  (gəpiktə  və  ya  mamır)  -  3,  4kq;  tol  (ruberoid)  -  20  kv.m;  müxtəlif  ölçülü 
mismar - 0,3-0,5 kq; məftil – 2 - 3 kq. Texnikadan istifadə edilərkən: təxmini əmək 
sərfi  6-8  adam/saat,  ekskavatorunun  işi  -  0,  5-1  maş/saat;  avtokranın  işi  1 
maş/saat.  
Sadə daldalanacaqlarda işıq vasitələri olmalıdır.  
 
 

Yüklə 7,25 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin