Microsoft Word 1-ci m vzu- fh t snifati



Yüklə 7,25 Mb.
Pdf görüntüsü
səhifə147/228
tarix26.12.2016
ölçüsü7,25 Mb.
#3567
1   ...   143   144   145   146   147   148   149   150   ...   228
Konstruktiv həll 
RD-nin xarici mühafizəedici konstruksiyaları ərazinin radioaktiv zəhərlənməsi 
zamanı  ionlaşdırıcı  şüalanmanın  zədələyici  təsirindən  ehtimal  olunan  zəif 
dağıntılar  zonasında  isə  zərbə  dalğasının  təsirindən  əhalinin  mühafizəsini  təmin 
etməlidir.  
Daldalanan  adamların  ionlaşdırıcı  şüalanmadan  mühafizə  dərəcəsi  radiasiya 
daldanacağının  layihələndirilməsi  tapşırığında  göstərilən  radiasiyadan  mühafizə 
əmsalına uyğun olaraq hesablama nəticəsində müəyyən edilir.  
Xarici  mühafizəedici  konstruksiyalardakı  daldanacağın  giriş  çıxış  yolları  üçün 
istifadə  olunmayan  oyuqlar  binanı  daldalanma  rejiminə  keçirərkən  hörülüb 
bərkidilməli və bu zaman aşağıdakı şərt nəzərə alınmalıdır: 
 
ß = S/V  ≥ 0.006 ,  
 


 
153
Burada  S-xarici  çəpərləyici  konstruksiyalardakı  oyuq  bacaların  sahəsi;  V-
radiasiya daldanacağı otağının həcmi.  
Hörgünün  hər  1  kv.m-nin  çəkisi  mühafizəedici  konstruksiyanın  müvafiq 
çəkisinə bərabər olmalıdır.  
Hörgü üçün, adətən, torpaq (qum), kərpic, dəmir-beton lövhələr, yaxud tirlər 
işlədilir.  Oyuqları  bərkidən  hörgünün  1,  7  m  maksimal  hündürlüyü  daldalanan 
adamların  oyuqlardan  birbaşa  şüalanmasının  qarşısının  alınması  üçün  müəyyən 
edilmişdir. İki və üçmərtəbəli taxtlar qoyulan hallarda oyuqları bərkidən hörgünün 
hündürlüyü yuxarı taxtın hündürlüyündən 20sm artıq olmalıdır.  
Pəncərənin  hörgüsüz  yuxarı  hissəsindən  keçən  radioaktiv  maddələrlə 
daldanacağın əsas otaqlarının çirklənməsinin qarşısını almaq üçün bu pəncərələrə 
pərdələr çəkmək, həmin otaqlara bitişik və onun üstündəki otaqların pəncərələrini 
isə yüngül asma qapaqlarla (lövhələrlə) örtmək nəzərdə tutulmalıdır.  
Zirzəmilərdə,  yerüstü  yaşayış  binalarında,  ictimai  binalarda  və  digər  bina  və 
ya qurğularda düzəldilən RD-nin mühafizə xassələrinin bu yollarla yaxşılaşdırmaq 
nəzərdə tutulur: 
•  yerüstü  binaların  xarici  divarları  qarşısında  hündürlüyü  döşəmə 
səviyyəsindən 1, 7m olan və daşdan, kərpicdən, torpaq doldurulmuş kisələrdən və 
s. -dən ibarət divaryanı ekranlar (əlavə divarlar) düzəltmək; 
•  zirzəmilərin,  döşəməaltı  boşluqların  yerdən  yuxarı  hissələrini  bütün 
hündürlüyü boyu torpaqla örtmək; 
•  örtüyün  üstünə  əlavə  torpaq  qatı  tökmək  və  bununla  əlaqədar,  içəridə 
tavanı dirək (tir) və dayaqlarla bərkitmək; 
•  mühafizəedici  konstruksiyalarda  artıq  oyuqları  hörüb  bərkitmək,  giriş  və 
çıxış yerlərinin qarşısında divar-ekranlar (çəpərlər) düzəltmək.  
RD-nin  mühafizə  xassələrinin  yüksəldilməsi  məsələlərini  daha  müfəssəl 
nəzərdən keçirək: 
1.
 Zərbə  dalğasının  təsiri  zonalarında  yerləşən  və  RD  üçün  uyğunlaşdırılan 
yerüstü binaların pəncərələrini döşəmə səviyyəsindən ən azı 1, 7 m hündürlükdə 
hörgü  ilə  (torpaq  doldurulmuş  kisələr,  daş,  kərpicdən  ibarət  quru  hörgü) 
bərkitmək.  Pəncərənin  (oyuğun)  yuxarı  hissəsində  0,  3m  hündürlükdə  işıq  bacası 
saxlayırlar,  o  da  uzanmaq  üçün  nəzərdə  tutulan  yerlərdən  ən  azı  0,  2m  yuxarıda 
olmalı və pərdə ilə bağlanmalıdır; 
2.
 Daşdan,  kərpicdən,  torpaq  kisələrdən,  ya  torpaqdan  döşəmə 
səviyyəsindən 1, 7m hündür səthi suvanmış divar – ekranlar düzəltmək; 


 
154
3.
 Zirzəmilərin  yerdən  yuxarı  hissələrini  bütün  hündürlüyü  boyu  torpaqla 
örtmək, pəncərə yerlərini taxta və ya lövhə ilə bərkitmək; 
4.
 Örtüyün  üstünə  əlavə  torpaq  qatı  tökmək,  içəridə  tavanı  saxlayan  dirək 
(tir) və dayaqlar qoymaq; 
5.
 Giriş  yerlərinin  qarşısında  döşəmə  səviyyəsindən  1,  7  m  hündür  olan, 
suvaqlı  torpaqdan,  daşdan,    kərpicdən  və  s.  materiallardan  ibarət  əlavə  divar-
ekranlar düzəltmək.  
6.
 Radioaktiv  çöküntülər  keçməsin  deyə,  daldanacağa  bitişik  və  onun 
üstündəki otaqların pəncərə yerlərini qapaqlar, lövhələr və ya pərdələrlə örtmək.  
Belə hallarda, radiasiya daldanacağının radiasiyadan mühafizə əmsalını 0, 8-ə 
(0, 45-ə) vurmaq tələb olunmur.  
7.
 Mühafizəedici konstruksiyalardakı artıq oyuq-bacaları bağlayıb-bərkitmək.  
Sadalanan  bütün  tədbirlər  binaların  daldalanacaq  rejiminə  keçirilməsi 
dövründə yerinə yetirilməlidir.  
Mövcud  bina  və  qurğuların  birinci  və  kürsü  mərtəbələrinin  yüngül  beton  və 
yüngül  kərpicdən  hörülmüş  divarları  ionlaşdırıcı  şüalanmanın  təsirindən  kifayət 
qədər  mühafizə  xassələrinə  malik  deyildir.  Məsələn,  24sm  qalınlıqlı  keramzit 
beton  lövhələrdən  ibarət  divarlar  radioaktiv  maddələrlə  çirklənmiş  ərazidə  γ- 
şüalanmanın  yalnız  7  dəfə  zəiflədə  bilirsə,  mövcud  biritpli  üst  örtüklərin  ilkin 
şüalanmanı 4-5 dəfə, ikinci şüalanmanı isə 30 dəfə zəiflədir.  
RD  birinci  mərtəbələrdə  yerləşdirilərkən  daşdan,  kərpicdən,  torpaq 
doldurulmuş  kisələrdən  ekran  düzəltməklə  divarların  mühafizə  xassələrini 
artırmaq olar.  
Üst örtüklərinə torpaq tökmək mümkün olmayan hallarda, ilkin şüalanmanın 
təsirindən  mühafizə  üçün  birinci  mərtəbənin  divarlarındakı  oyuqları  hörüb 
bərkitmək  lazımdır.  Binaların  birinci  mərtəbələrində  və  ya  avtomobil  nəqliyyatı 
üçün giriş darvazası olan yeraltı qurğularda giriş yerlərinin qarşısındakı ekranlayıcı 
divar düzəldilməsi nəzərdə tutulmalıdır. Ekranın hər 1m
2
-nin daldanacağının xarici 
divarının  1  m
2
-nın  çəkisindən  az  olmamalı,  yaxud  şüalanmanın  zəiflədilməsi 
hesablanmaqla müəyyən edilməlidir.  
Ekranlayıcı  divarların  qoyulacağı  yer  binanın  istismar  şərtlərilə  müəyyən 
edilir.  Giriş  yerindən  ekranadək  məsafə  giriş  qapısının  (darvazasının)  enindən  0, 
6m  artıq  olmalıdır.  Ekranlayıcı  divar  döşəmə  səviyyəsindən  1,  7m  hündür 
olmalıdır.  
Ekranlayıcı divar yerli materiallardan düzəldilir.  


 
155
Daldalanan  adamları  giriş  yerlərindən  keçən  ionlaşdırıcı  şüalanmadan 
qorumaq  üçün  giriş  yollarını  90º-li  döngələr  şəklində  yerləşdirmək  mümkündür, 
bu  zaman  giriş  qapısının  qarşısındakı  divarın  qalınlığı  hesablama  yolu  ilə  təyin 
edilir.  
Daldalanacaq kimi düzəldilən binalara aşağıdakı tələblər verilir: 
•  bina  və  qurğuların  xarici  mühafizəedici  konstruksiyaları  ionlaşdırıcı 
şüalanmanın lazımi qədər (dəfə) zəiflədilməsini təmin etməlidir; 
•  divarlardakı  oyuqlar  və  digər  binanı  daldalanma  rejiminə  keçirərkən 
hörgülərlə bərkidilmək üçün hazır olmalıdır; 
•  daldalanacaqlar  orada  mühafizə  olunacaq  adamların  iş  və  ya  yaşayış 
yerlərinin yaxınlığında yerləşdirilməlidir.  
 
        Radiasiya daldalanacaqlarının mühəndis-texniki avadanlığı 
 
RD-nin mühəndis-texniki avadanlıqlarına bu sistemlər daxildir: 
•  ventilyasiya; 
•  isitmə; 
•  su təchizatı; 
•  kanalizasiya; 
•  elektrik təchizatı və rabitə.  
RD-də  təbii  və  ya  mexaniki  ventilyasiya  tətbiq  edilə  bilər.  Mexaniki 
ventilyasiya  zirzəmilərdə  yerləşdirilən  tutumu  50  nəfərdən  artıq  olan 
daldalanacaqlarda,  eləcə  də  birinci  və  kürsü  mərtəbələrdə  yerləşdirilən  həmin 
tutumlu daldalanacaqlarda təbii ventilyasiya kifayət etmədikdə düzəldilir.  
Sənayedə hazırlanan süzücü –ventilyasiya qurğuları olmadıqda əlaltında olan 
materiallardan düzəldilən ən sadə hava təchizatı vasitələrindən geniş istifadə edilə 
bilər.  
RD-nın  otaqları  binanın  lazimı  hallarda  açılan  ümumi  isitmə  sistemindən 
qızdırılır.  
Su  təzhizatı  daxili  və  xarici  kəmərlərdən  nəzərdə  tutulur,  belə  su  kəmərləri 
olmayan hallarda hər adam üçün sutkada 2 l hesbı ilə səyyar su qabları qoyulması 
nəzərdə tutulmalıdır.  


 
156
Kanalizasiya  olan  binalarda  çirkab  suları  xarici  şəbəkəyə  axıtmaqla,  yuyulan 
ayaqyolu düzəldilməlidir. Xarici kanalizasiya xətti tutularkən binanı çirkab sulardan 
qorumaq üçün hökmən bağlayıcı tərtibat qoyulmalıdır.  
Lazımi hallarda kanalizasiya sistemində vurucu stansiya düzəldilməsi nəzərdə 
tutulur.  
RD  xarici  elektrik  şəbəkəsindən,  ya  da  səyyar  elektrik  fənərləri  vasitəsilə 
elektrik  enerjisi  ilə  təchiz  edilir.  Səhiyyə  idarələrinin  cərrahiyyə  profili 
xəstəxanalarında  və  doğum  evlərində  yerləşdirilən  RD-dən  biri  digərindən  asılı 
olmayan iki müstəqil elektrik mənbəyindən elektrik enerjisi ilə təchiz edilməlidir.  
Evin  zirzəmisini  RD  kimi  istifadə  etmək  üçün  onun  üst  örtüyünün  lazımi 
hallarda  əlavə  aşırım  tirləri  və  dirəklərlə  möhkəmləndirmək  artıq  pəncərə 
oyuqlarını  və  digər  boşluqları  qum  kisələri,  kərpiclə  hörmək  və  ya  torpaq  töküb 
bağlamaq  lazımdır.  Örtüyün  üstünə  hesablanmış  qalınlıqla  əlavə  torpaq  (qum, 
şlak) qatı tökür, xarici divarların dibini üst örtük səviyyəsinədək torpaqla örtürlər. 
Zirzəminin  girişində  hermetik  qapılı  tambur  (dəhliz),  otaqlarda  isə  oturmaq  və 
uzanmaq  üçün  kürsü,  ya  da  taxtlar  düzəldilməlidir.  Zirzəmilərdə  həmçinin  hava 
sorucu  qutular  formasında  təbii  ventilyasiyaya  tərtibatı  düzəldilir.  Bunları  taxta, 
asbest-sement,  saxsı  və  ya  metal  borulardan  düzəldirlər.  Qutunun  aşağı  ağzı  kip 
siyirmə  qapaqla  (dönən  qapaq)  bağlanır.  Qutunun  digər  ağzı  (ucu)  150-200  sm 
hündürlükdə çölə çıxarılmalıdır.  
Mənzil (evi) radioaktiv maddələrlə çirklənmədən mühafizə etmək üçün qapı 
və  pəncərə  çərçivələrindəki  bütün  boşluqları,  bacaları  bərkitmək  (suvamaq, 
tıxaclamaq,  yapışdırmaq),  qapı-pəncərə  yerlərinə  qalın  pərdələr  asmaq,  tüstü 
bacalarını  bağlamaq,  ərzaq  mallarını  və  suyu  radioaktiv  maddələrlə,  təhlükəli 
aerozollarla, habelə bakterial vasitələrlə çirklənmədən qorumaq lazımdır.  
 
                                    

Yüklə 7,25 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin