Mühafizə qurğularının fövqəladə hallarda istismarı
162
Sülh dövründə xalq təsərrüfatı ehtiyacları üçün istifadə edilən qurğuların
daldalanma rejiminə keçirilməsi işləri obyektin rəhbərinin göstərişinə əsasən, bu
qurğuya xidmət edən qrup və ya manqa tərəfindən yerinə yetirilir. Orada müxtəlif
materialları, əmlak və avadanlığı çıxarıb otaqları boşaltmaq, eləcə də çatışmayan
taxt və kürsüləri düzəltmək üçün xidmət manqalarına kömək olaraq xüsusi
komandalara ayrıla bilər.
Qəza içməli su tutumları həcm normalarınadək su ilə doldurulur. Dizel
elektrik stansiyası konservasiyadan çıxarılır, ehtiyat bakların yanacaq və yağla
doldurulur. Ərzaq malları saxlanılan otaqlara qida maddələri ehtiyatları yığılır.
Tibb məntəqəsinə kollektiv apteçkalar və müvafiq normalar üzrə dərman
komplektləri toplanır.
Mühafizə qurğusunun otaqları yanğından mühafizə vasitələrilə tam
avdanlıqlaşdırılır. Tez gözə çarpan yerlərdə aşağıdakı lövhələr asılır:
• mülki müdafiənin xəbərdarlıq siqnalları;
• fərdi mühafizə vasitələrindən istifadə qaydaları;
• giriş və çıxış qapılarının, dizel elektrik stansiyasının, süzücü ventilyasiya
qurğusunun, sanitariya məntəqələrinin, su paylama məntəqəsinin, sanitariya
məntəqəsinin və tibb məntəqəsinin yerlərini nişan verən göstəricilər.
Sığınacağa radiasiya və kimya kəşfiyyatı cihazları qoyulur.
Rabitə və xəbərdarlıq vasitələrinin şəbəkəyə düzgün qoşulduğu yoxlanılır.
Obyektin (şəhərin) MM qərərgahı ilə rabitə yaradılır.
Adamlar bu siqnallar üzrə mühafizə qurğularında daldalanırlar:
• Hava həyəcanı;
• Radiasiya təhlükəsi;
• Kimyəvi həyəcan;
Adamlar taxtlarda istehsalat sahəsi və ya yaşayış yeri üzrə (sex, sahə,
briqada, ev) qruplarla yerləşdirilir. Qrupların yerləşdiyi yerlər lövhəciklə nişanlanır
və hər bir qrupa başçı təyin edilir. Uşaqlılar ayrıca bölmədə , yaxud onlar üçün
xüsusi ayrılımış yerlərlərdə yerləşdirilir.
Uzanmaq üçün yerlərdən istifadə üzrə növbə müəyyən edilir. Sığınacağın
qoruyucu-hermetik və hermetik qapıları, habelə radiasiya daldanacağının xarici
qapıları obyekt rəhbərinin komandası üzrə və ya qurğu tutumuna görə müəyyən
163
olunmuş sayda adamla dolandan sonra qurğuya xidmət edən qrup (manqa)
komandirinin göstərişi üzrə bağlanır.
Hər bir adam mühafizə qurğusunun fərdi mühafizə vasitəsini də götürüb
gəlməlidir.
Yaşayış yeri üzrə daldalanan əhali özlərilə lazimi ərzaq ehtiyatı da
götürməlidir.
Mühafizə qurğusunda daldalanarkən bunlar qadağan edilir:
Siqaret çəkmək, spirtli içki içmək, mühafizə qurğusuna ev heyvanları
gətirmək, daldalanma yerlərinə tezalışan, partlayış təhlükəli, kəskin iyli maddələr,
habelə iri əşyalar gətirmək, səs salmaq, bərkdən danışmaq, qurğuda boş-boşuna
gəzmək, qapıları açmaq və qurğudan çıxmaq, radioqəbulediciləri, maqnitafonları
qoşmaq, açıq alovlu işıq mənbələrindən istifadə etmək, komendantın icazəsi
olmadan sığınacaqdan çıxmaq.
Mühafizə qurğusunda, ona xidmət edən dəstənin şəxsi heyəti tərbiyəvi iş
aparmalıdır. Belə işlərin əsas məqsədi bunlardır: ruh yüksəkliyinin saxlanması,
adamların mətanətli və təmkinli olmağına yardım, yoldaşlıq və qarşılıqlı yardım
hissi yaratmaq, mütəşəkkil və intizamlı olmaq, vahimə və çaxnaşmanın qarşısını
almaq, qurğuda davranış qaydalarının daldalananlara izah etmək, qurğuda olarkən
və zədələnmə ocaqlarından çıxarkən təhlükəsizlik qaydalarını izah etmək,
mühafizə qurğusuna xidmət edən qrupun (manqanın) öz vəzifələrinin icrası üzrə
dəqiq fəaliyyətini təşkil etmək.
Mühafizə qurğularında mühəndis-texniki avadanlıqlar onların texniki
sənədlərinin və təlimatlarının tələblərinə uyğun surətdə istismar edilir.
Sığınacaqlara hava süzücü ventilyasiya sistemi vasitəsilə təmiz ventilyasiya və
süzücü ventilyasiya rejimlərində verilir. Bəzi hallarda havanın regenarasiya
(bərpası) da nəzərdə tutulur.
Radiasiya daldalanacaqlarına hava mexaniki surətdə təsirləndirilən təbii
ventilyasiya hesabına verilir.
Zədələyici vasitələr təsir göstərənədək və radioaktiv toz çökən dövrdə
sığınacaqlara hava təmiz ventilyasiya rejimi (1-ci rejim) üzrə verilir.
Nüvə partlayışından sonra 1-ci rejim üzrə ventilyasiya sistemi bir saat ərzində
dayandırılır.
164
Bundan sonra sığınacaqdan kənardakı (bayırdakı) vəziyyət aydınlaşdırılır və
həmin vəziyyətin tələb etdiyi ventilyasiya rejimində sığınacaqda hava verilməsi
bərpa olunur.
Düşmən kimyəvi və bakterioloji silah işlədilən hallarda sığınacaqlar süzücü
ventilyasiya rejiminə (2-ci rejim) keçirilir.
Sığınacaq regenerasiya rejiminə (3-cü rejim) kütləvi yanğınlar baş verərkən və
ya sığınacağın yaxınlığında güclü təsirli zəhərli maddələrin (GTZM) təhlükəli
konsentrasiyası yaranarkən keçirilir.
Xarici şəbəkədən elektrik təchizatı kəsilərkən mühafizə qurğusunda
qurğusunda qəza işıq mənbələrini işə qoşurlar.
Qurğuya elektrik enerjisinin verilməsi kəsilərkən havanı içəriyə əl
ventilyatorları vasitəsilə verilir.
Sığınacağın su təchizatı sistemi sıradan çıxan hallarda əlüzyuyanlara və ayaq
yoluna gələn suyu dərhal kəsir və qəza içməli su ehtiyatına sərfinə ciddi nəzarət
edirlər.
Mühafizə qurğusunda baş verən yanğın yanğınsöndürmə vasitələrilə
söndürülür. Bu zaman havanın tərkibində oksigenin, karbon qazının və karbon
oksidinin miqdarına daim nəzarət edilir. Kəşfiyyat aparmaq üçün sığınacaqdan
ventilyasiyalı tambur vasitəsilə çıxır və geri qayıdırlar. Sığınacaqdan çıxan adamlar
əlehqaz və mühafizə paltarı geyməli və fərdi dozimetr götürməlidirlər.
Kəşfiyyatçılar zəhərli sahələrdən sığınacağa (RD-yə) qayıdarkən ventilyasiyalı
tamburda (dəhlizdə) qismən dezaktivasiya və deqazasiyadan keçirilir. Üst
mühafizə paltarları tamburda qalmalıdır.
Daldalanan adamlar mühafizə qurğularından bu hallarda çıxarılırlar:
• Hava həyəcanıı qurtardı siqnalına əsasən (qurğunun yaxınlığındakı vəziyyət
dəqiqləşdiriləndən sonra);
• qurğuda müəyyən olunmuş qalma müddəti qurtaranda;
• qurğunu növbə üzrə tərk etmək məcburiyyəti yarananda.
Məcburiyyət bunlardır:
• Sakit halda olarkən nəbzin bir dəqiqədə 120, ya da bundan artıq və ya 35-
dən az olması;
• Bədənin temperaturu 38ºS və bundan artıq olması.
165
Hər iki halda səhhət üçün yaranan təhlükə nəzərə alınmaqla qərar qəbul
edilir.
Daldalanan adamlar qurğudan çıxarılıb köçürülərkən köçürülmə qaydası,
təhlükəsizlik tədbirləri və marşurutlarda hərəkət qaydaları izah edilməlidir.
|