Tənəffüz orqanlarını mühafizə edən fərdi mühafizə vasitələri
Əleyhqazlar. Müasir əleyhqazlar adamın tənəffüs orqanlarını və gözlərini
havadakı zəhərləyici maddələrin (buxar, duman, qaz, tüstü, ZM damcılarının)
radioaktiv maddələrin təsirindən, həmçinin aerozol halındakı yoluxdurucu
patogen mikroorqanizm və toksinlərdən mühafizə etmək üçün kifayət dərəcədə
yüksək qoruyucu xassələrə və istismar göstəricilərinə malikdir. Bu əleyhqazların
təcridedici və süzücü növləri vardır. Süzücü əleyhqazlar (ümumqoşun, mülki, uşaq
əleyhqazları) daha geniş yayılmışdır; onların quruluşu – içərisində fəallaşdırılmış
(katalizator) kömür və aerozol əleyhinə (tüstü əleyhinə) süzgəclər olan süzücü-
uducu qutunun daxili qatlarından keçərkən zəhərli havanın süzülüb təmizlənməsi
prosesinə əsaslanır. Süzücü-uducu qutunun mühafizəedici qatları karbon 2-oksidi
(dəm qaznı) udub saxlaya bilmir, buna görə də, tənəffüs orqanlarının karbon 2-
oksiddən mühafizəsinin təmin edilməsi üçün xüsusi (hopkalit) patrondan istifadə
olunur ki, bu patron əleyhqazın birləşdirici borusu (üzlük hissəsi) ilə süzücü-uducu
qutusu arasında yerləşdirilir (qutuya burulub birləşdirilir).
168
Hazırda ölkəmizin MM sistemində yaşlı əhalinin mühafizəsi üçün QP-5. QP-
5 m, QP-7 (QP-mülki əleyhqaz) əleyhqazlarından; uşaqların mühafizəsi üçün DP-6
m (uşaq əleyhqazı, 6-cı tipi, kiçik ölçülü), DP-6, PDF-7 (süzücü uşaq əleyhqazı, 7-ci
tipi), PDF-D (süzücu uşaq əleyhqazı, məktəbəqədər yaşlılar üçün) və PDF-Ş
(süzücü uşaq əleyhqazı, məktəblilər üçün) süzücü əleyhqazlardan istifadə oluna
bilər. Bunlardan əlavə, 1.5 yaşadək olan körpələrin mühafizəsi üçün KZD-6 (uşaq
mühafizə kamerası, 6-cı tipi) uşağı mühafizə cihazı vardır.
Tabeldənkənar
əleyhqazlara
sənaye
əleyhqazları,
xüsusən
kimya
müəssisələrində işlədilən əleyhqazlar aiddir. Bu əleyhqazların qutuları
xüsusiləşdirilmişdir, yəni müəyyən bir zəhərli maddədən mühafizə üçün nəzərdə
tutulmuşdur, ona görə də qutunun tərkibində müxtəlif uducular və aerozol
süzgəcləri ola bilər.
Süzücü əleyhqaz süzücü-uducu qutudan və üzlük hissədən ibarətdir.
Əleyhqazın komplektinə (dəstinə) həmçinin onun çantası və tərləməyən
plyonkalar olan qutucuq, yaxud əleyhqazın üzlük hissəsindəki gözlüyün şüşələrini
tərdən qoruyan xüsusi qələm də daxildir
QP-5 və QP-5M əleyhqazları kiçik ölçülü (QP-5 tipli) süzücü uducu qutu və
şlemmaska tipli üzlük hissə ilə komplektləşdirilir. QP-5m əleyhqazının
şlemmaskasında membranlı qutu var (qutuda danışıq tərtibatı yerləşdirilmişdir).
QP-5 və QP-5m əleyhqazlarının üzlük hissələrində birləşdirici boru olmur, onlar
bilavasitə süzücü-uducu qutuya birləşdirilir. Şlemmaskalar beş ölçüdə (membranlı
şlemmaskalar 4 ölçüdə) buraxılır. Şlemmaskanın ölçüləri onun çənəaltı hissəsində
rəqəmlərlə göstərilir (şəkil).
169
Süzücü əleyhqaz QP-5:
1 - əleyhqaz qutusu; 2- tərləməyən plyonkalar olan qutu; 3 -şlem-maska; 4 -
çanta.
QP-5 tipli əleyhqazların üzlük hissəsini seçərkən başı: yanaqlar-çənəaltı
hissədən keçən dairəvi xətt üzrə ölçürlər. Alınan nəticəni 0.5 sm-ə qədər
yuvarlaqlayırlar.
Alınan kəmiyyət 63 sm-ə (membranlı şlem-maska üçün 61 sm-ə) qədər
olarsa – “0” ölçülü; 63.5-dən 65 sm-ə (61.5-dən 64 sm-ə) qədər olarsa - 1-ci;
65.5-dən 68 sm-ə (64.5-dən 67 sm-ə) qədər olarsa – 2-ci, 68,5-dən 70.5 sm-ə
(67.5-dən artıq) olarsa - 3-cü; 71 sm –dən artıq olarsa - 4-cü ölçülü şlem-maska
lazımdır (şəkil).
Süzücü əleyhqaz QP-5-in üzlük hissəsini
seçmək üçün adamın üzünün ölçülməsi
QP-7 tipli əleyhqazlar iki növdə buraxılır: QP-7 və QP-7V, onlar bir-birindən
üzlük hissələri ilə fərqlənir. QP-7 əleyhqazı danışıq tərtibatlı və suiçmə tərtibatı
olmayan MQP tipli üzlük hissə ilə komplektləşdirilir. QP-7V əleyhqazı isə danışıq
tərtibatı və ordu su qabından (flyaqa) içmək üçün suiçmə tərtibatı olan MQP tipli
üzlük hissə ilə komplektləşdirilmişdir ki, bu da zəhərli atmosferdə işləyərkən
adamın su içə bilməsinə imkan yaradır (şəkil).
170
Süzücü əleyhqaz QP-7
QP-7 (QP-7V) əlehqazlarının üzlük hissələrini santimetr bölgülü lent
vasitəsilə başın üfuqi və şaquli çevrilmələrini ölçüb təyin etməklə seçirlər. Üfüqi
çevrənin kəmiyyətini tapmaq üçün başı qabaqda - qaşların üstündən, yanlarda -
qulaqların seyvanından 2-3 sm üstdən, arxada isə, kəllənin ən çox çıxımlı
hissəsindən keçən qapalı xətt üzrə ölçürlər.
Şaquli çevrə - başı, kəllə-yanaqlar-çənəaltı hissə üzrə keçən dairəvi xətt ilə
ölçməklə müəyyən edilir.
Süzücü əleyhqaz QP-7-nin üzlük hissəsinin seçilməsi;
a) üfüqi; b) şaquli
|