Microsoft Word 1-ci m vzu- fh t snifati


Şəkil. Fərdi sarğı paketi        181  Mövzu 11



Yüklə 7,25 Mb.
Pdf görüntüsü
səhifə158/228
tarix26.12.2016
ölçüsü7,25 Mb.
#3567
1   ...   154   155   156   157   158   159   160   161   ...   228
ŞəkilFərdi sarğı paketi 
 
 


 
181 
Mövzu 11 
 
FÖVQƏLADƏ HADİSƏLƏRDƏ OBYEKTLƏRİN İŞİNİN 
DAYANIQLILIĞI 
 
Fövqəladə vəziyyət şəraitində obyektlərin iş dayanıqlılığının əsasları, 
mahiyyəti və onlara təsir edən amillər. 
 
Sülh dövründəki fövqəladə hallarda – güclü təbii fəlakətlər və istehsalat qəzaları 
baş  verərkən,  eləcə  də  müharibə  vaxtı  ən  vacib  müəssisələrdə,  təsərrüfatlarda  işin 
dayanıqlılığının  (sabitliyinin)  təmin  edilməsi  ölkənin  iqtisadiyyatı  ilə  əlaqədar  vacib 
məsələdir.  Bu  həmçinin  mülki  müdafiənin  qarşısında  duran  əsas  vəzifələrdən  biri 
sayılır. 
Sülh  vaxtı,  təbii  fəlakətlərdən,  iri  sənaye  qəzalarından,  fəlakət  və  başqa 
səbəblərdən  əmələ  gələn  fövqəladə  vəziyyət  (FV)  məhdud  xarakterli  olub  müəyyən 
obyekti, şəhəri və regionu əhatə edir. Müharibə vaxtı, kütləvi qırğın silahının və müasir 
qırğın  vasitələrinin  təsirindən  yaranan  FV  isə  böyük  bir  ərazini  –  bütün  respublikanı 
ə
hatə edə bilər. 
Respublikamızın  ərazisindəki  hər  bir  obyekt,  müxtəlif  kortəbii  hadisələrin,  o 
cümlədən  də  bunlardan  ən  fəlakətlisi  olan  zəlzələnin  təsir  dairəsinə  düşə  bilər.  Yalnız 
onu  qeyd  edək  ki,  ölkəmizin  ümumən  hər  yeri  8  baladək,  ərazinin  ¼  -i  qədəri  də  9 
baladək  zəlzələ  ehtimallı  sahələr  sayılır.  Yalnız  9  ballıq  zonada  əhalinin  20%-i,  sel 
təhlükəli  rayonlarda  isə  5%-dən  çoxu  yaşayır.  Şəhər  və  rayonlarımızdakı  bir  çox 
kimyəvi, yanğın, partlayış qorxulu istehsalatlarda qəza ehtimalı da mövcuddur. 
Burada  biz  yaranmış  FH-dən  asılı  olaraq  ölkənin  müxtəlif  sahələrinin  və 
iqtisadiyyat obyektlərinin dayanıqlılıq işini təmin etməyə çalışmalıyıq. 
İş
in  dayanıqlılığının  yüksəldilməsi  isə,  obyektlərin  məhz  bu  qabiliyyətinin  və 
imkanlarının 
artırılıb 
müvafiq 
normativ 
sənədlərin 
tələbləri 
səviyyəsinə 
çatdırılmasından  ibarətdir.  İşin  dayanıqlılığının  artırılması  üçün  obyektlərdə  hələ 
ə
vvəlcədən  mühəndis-texniki,  texnoloji  və  təşkilati  tədbirlər  kompleksi  işlənib 
hazırlanır  və  vaxtında  həyata  keçirilir.  Belə  tədbirlərin  görülməsində  əsas  konkret 
məqsədlər aşağıdakılardır: 

Yüklə 7,25 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin