Microsoft Word 1-ci m vzu- fh t snifati



Yüklə 7,25 Mb.
Pdf görüntüsü
səhifə159/228
tarix26.12.2016
ölçüsü7,25 Mb.
#3567
1   ...   155   156   157   158   159   160   161   162   ...   228
-
  istehsalat qəzalarının qarşısını almaq; 
-
  fövqəladə hadisələr zamanı baş verə biləcək itki və zərəri azaltmaq; 
-
  fəlakətlərin,  qəzaların,  eləcə  də  düşmən  hücumu  nəticələrinin  tez  aradan 
qaldırılmasına şərait yaratmaq; 
-
  pozulmuş  istehsal  prosesinin  qısa  müddətdə  bərpa  edilməsi  imkanı  əldə 
etmək; 


 
182 
-
  böhran  şəraitində  işçilərin,  onların  ailə  üzvlərinin  normal  həyat  şəraitini 
təmin etmək. 
Fövqəladə  hallarda  sənaye  obyektlərində  və  sahələrində  işin  dayanıqlılığının 
artırılması  çox  vacib  olduğu  qədər,  həm  də  geniş  sahəli  və  mürəkkəb  bir  problemdir. 
Buraya  istehsalatların  ərazidə  düzgün  yerləşdirilməsi,  əvəzedici  istehsalat  və 
müəssisələrin yaradılması, etibarlı maddi-texniki təchizatın, nəqliyyat əlaqələrinin təmin 
olunması,  əlavə  yanacaq  növünə,  digər  xammal  və  texnologiyalara  keçmək  üçün 
hazırlıq  tədbirlərindən  başlamış,  obyektlərdə  fəhlə  və  qulluqçuların  mühafizə 
edilməsinə, fəlakət nəticələrinin aradan qaldırılmasınadək müxtəlif işlər aiddir. Bunların 
bir  qisminin  hələ  obyektlərin  layihələşdirilməsi  və  tikilməsi  vaxtı,  digərlərinin  isə 
sonradan  yerinə  yetirilməsi  nəzərdə  tutulur.  Bütün  bu  tədbirlər  səlahiyyətli  orqanlar 
tərəfindən təsdiq edilmiş normativ sənədlərə uyğun olaraq icra edilir. 
FH  zamanı  həm  sülh  vaxtı,  həm  də  müharibə  vaxtı  iqtisadiyyat  obyektlərinin 
dayanıqlı  işinin  təmini  ölkə  mülki  müdafiəsi  qarşısında  qoyulan  əsas  və  mürəkkəb 
məsələlərdən biridir. 
Bu məsələnin həlli üçün əvvəlcədən ölkə daxilində müxtəlif kompleks mühafizə 
tədbirlərinin  hazırlanması,  şəhər  və  yaşayış  məntəqələrində,  iqtisadiyyat  obyektlərinin 
bütün  sahələrində,  o  cümlədən  quruculuq  sənayesində  FH  zamanı  onların  dayanıqlı 
fəaliyyət  göstərmələri  istiqamətində  məqsədyönlü  işlər  görülməlidir.  Burada  məqsəd 
sülh  və  müharibə  vaxtı  FH  zamanı  yarana  biləcək  nəticələri  maksimum  azaltmaqdan 
ibarətdir. 
FH-lar  zamanı  iqtisadi  obyektlərin  dayanıqlı  işinin  təmin  edilməsi  üçün  ölkənin 
mülki  müdafiə  xidmətləri  aşağıdakı  tədbirlərin  görülməsinə  xüsusi  diqqət 
yetirməlidirlər: 

Yüklə 7,25 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin