Mülki müdafiə tədbirlərini, dəstələrin hazırlığını və zədələnmiş (zəhərlənmiş)
yerlərdə iş görərkən onların düzgün idarə olunmasını təmin etmək üçün, yerli şəraiti və
müvafiq bazanın olmasını nəzərə alaraq, Rayon (şəhər) İcra Hakimiyyətinin qərarı ilə
rayon xidmətləri yaradılır.
Rabitə xidməti - rayon (şəhər) rabitə kontorunun bazası əsasında təşkil olunur.
Rabitə xidmətinin işçiləri: icra hakimiyyətinin nümayəndəsinə, idarələrin,
müəssisələrin vəzifələri şəxslərinə və rayonun bütün əhalisinə fövqəladə hadisələr
təhlükəsi barədə vaxtında xəbər verir; MM siqnallarının verilməsini təşkil edir, rayonun
bütün obyektləri ilə rabitə yaradır və onu daim fəaliyyətə hazır saxlayır; rayonun
ərazisində fəaliyyət göstərən mülki müdafiə qüvvə və vasitələrinin idarə olunmasını
təmin edirlər.