MM-nin xəbərdarlıq siqnalları. MM siqnallarının verilməsində məqsəd – düşmən tərəfindən bilavasitə nüvə,
kimyəvi, bakterioloji silahlar və başqa silah işlədilməsi qorxusu yarandığı barədə və
dərhal mühafizə tədbirləri görmək lazım olduğu haqqında şəhərlərin və kənd yerlərinin
əhalisini vaxtında xəbərdər etməkdir.
Siqnallar MM orqanları tərəfindən növbədən kənar verilir, bu məqsədlə
radiodan, televizordan, bütün rabitə vasitələrindən, səs və işıq siqnalı vasitələrindən
istifadə olunur. Lakin siqnal və xəbər verməyin əsas vasitəsi – məftilli radioveriliş
şəbəkəsidir. Müharibə və sülh dövrlərindəki FH-da hər hansı bir xəbər və məlumatdan
əvvəl səs sirenaları, habelə müəsissələrin, nəqliyyat vasitələrinin fit səsləri vasitəsilə
“Hamının diqqətinə” siqnalı verilir. Ümumi “hamının diqqətinə” siqnalı verilməsində
məqsəd əhalinin diqqətini cəlb etmək və bu siqnalın ardınca elan ediləcək şifahi xəbər,
məlumat və göstərişlərin hamıya çatdırılmasına nail olmaqdır.
Müharibə dövründə “Hamının diqqətinə” siqnalından sonra yaranmış vəziyyətə
görə mülki müdafiənin bu siqnalları (xəbərləri) verilə bilər: “hava həyəcanı”, “hava