Zərbə dalğası partlayış mərkəzindən hər tərəfə çox yüksək sürətlə yayılan
çox güclü sıxılmış hava, torpaq, su qatından ibarətdir. Zərbə dalğasının zədələyici
təsirini xarakterizə edən əsas parametrlər dalğanın ön həddindəki izafi təzyiq,
havanın sürət təzyiqi və izafi təzyiqin təsir müddətidir. İzafi təzyiq hər kvadrat
santimetrə düşən kiloqram qüvvə ilə ifadə edilir. Zərbə dalğasının zədələyici təsiri
sursatın gücündən, partlayışın növündən və partlayış mərkəzindən olan
məsafədən, yerin relyefindən və s. asılı olur. Məsələn, 20 kilotonluq nüvə zərbə
dalğası 1 km məsafəyə 2 saniyə, 2 km məsafəyə 5 saniyə, 3 km məsafəyə isə 8
saniyəyə çatır; 3 meqatonluq partlayış zamanı isə bu müddətlər müvafiq surətdə
0.5, 2 və 3 saniyə olur. Mühafizə olunmayan adamlar 0,2-0,4 kqq/sm
2
(20-40 kPa)
izafi təzyiq zamanı yüngül zədələnməyə, 0,4-0,6 kq q/sm
2
(40-60kPa) nəticəsində
orta dərəcəli zədələnməyə, 0,6-1kqq/sm
2
(60-100 kPa) nəticəsində ağır dərəcəli
zədələnməyə, 1 kqq/sm
2
(100 kPa) artıq olan izafi təzyiq nəticəsində çox ağır
dərəcəli zədələnmələrə məruz qalırlar. Belə zədələnmələr, adətən, ölümlə
nəticələnir. Nüvə silahından qorunmaq üçün düzəldilmiş sığınacaq və
daldalanacaqlar adamları zərbə dalğasının təsirindən qoruyur. Bu məqsədlə
xəndəkdən, yeraltı binalardan, habelə yerin relyefindən də (çala, dərə, meşə)
müəyyən dərəcədə istifadə etmək mümkündür.
Zərbə dalğası özünün yayılması istiqamətində rast gəldiyi binaları və başqa
yerüstü tikililəri dağıdır və zədələyir.
İşıq şüalanması nüvə partlayışı zamanı meydana çıxan od kürəsinin saçdığı
gözə görünən ultrabənövşəyi və infraqırmızı güclü şüalanma selidir. Təsir müddəti
nüvə yükünün gücündən asılı olaraq 10-20 saniyə olur. İşıq şüalanmasının
zədələyici təsiri işıq impulsundan, yəni işıq şüalarına nisbətən şaquli yerləşmiş
səthin hər bir kvadrat santimetrinə bütün şüalanma ərzində düşən işıq enerjisinin
miqdarından asılı olur. İşıq impulsunun ölçü vahidi olaraq kal/m
2
qəbul edilmişdir.
Müxtəlif sahələrdə yaranmış işıq impulsunun kəmiyyəti nüvə partlayışının
gücündən, növündən, məsafədən və hava şəraitindən asılı olur. Təsirin qısa
müddətinə baxmayaraq, işıq şüalanması xeyli məsafələrdə bədənin yanıqlarına,
gözlərin müvəqqəti və ya daimi korluğuna, müxtəlif materialların alovlanmasına,
kömürləşməsi və əriməsinə, yaşayış məntəqələrində, meşələrdə, mədənlərdə
yanğına səbəb ola bilər. Məsələn havada gücü 1mln. tonluq nüvə partlayışı zamanı
19 km məsafədə 4kal/sm
2
, 15 km məsafədə 10 kal/sm
2
, 10 km məsafədə 16
kal/sm
2
işıq impulsu mövcud olur ki, nəticədə müvafiq surətdə bədənin açıq
hissələrində yüngül, orta və ağır yanıqlar baş verə bilər. İşıq şüalanması qeyri-
şəffaf materiallardan (divar, taxta, bina və s.) keçə bilmir. İşıq şüalanması yaşayış
məntəqələrində, meşələrdə, tarlalarda güclü yanğınlar törədə bilir.
İşıq şüalanmasının təsiri meteoroloji şəraitdən çox asılı olur. Qatı duman,
yağış və qar onun təsirinin 10-20 dəfə azaldır. Sığınacaq və daldalanacaqlar işıq
şüalanmasının təsirindən qorunmaq üçün ən etibarlı yerlərdir.
Zərbə dalğası və işıq şüalanması
Dostları ilə paylaş: |