Sanitar drujinaları dəstəsi 4 – 5 sanitar drujinasından ibarətdir və kütləvi
zədələnmə ocağında zərər çəkmiş adamlara ilk tibbi yardım göstərmək üçün nəzərdə
tutulur. Dəstənin şəxsi heyəti bir iş növbəsində 2200 – 2700 şəxsə ilk tibbi yardım
göstərə bilər. Dəstə zədələnmə ocağında MM-nin xilasedici bölmələri ilə birgə
işləyir.
Sanitar drujinaları 5 manqadan ibarətdir. Kənd təsərrüfatı və orta təhsil
müəssisələrinin, bazası əsasında yaradılır. Drujinalar zərər çəkmiş şəxslərə
zədələnmə ocağında ilk tibbi yardım göstərmək üçündür.
Ətraf mühitdəki obyektlərin radioaktivliyini müşahidə postları vasitəsilə və
obyektlərdə radioaktiv, kimyəvi və bakterioloji vəziyyəti müşahidə etmək, sahələrdə
zəhərlənmə başladığını vaxtında aşkara çıxarmaq və bu barədə obyektin mülki
müdafiə qərargahına məlumat vermək üçündür.
|