Mövzu 6
KİMYƏVİ KƏŞFİYYAT CİHAZLARI
Kimyəvi maddələrin aşkarlanması üçün əsas istifadə olunan 4 metod vardır:
Lüminesensiya; İonlaşdırıcı; Kimyəvi; Biokimyəvi.
Lüminesensiya metodu zamanı tədqiq olunan maddənin (məsələn, tədqiq
olunan qazların parı) işıqlanması və ya həmin maddə ilə qatışdırılan xüsusi
lüminoforların işıqlanması müşahidə olunur. Lüminesensiya analizi üçün tətbiq
olunan aparatda lüminesensiyanın həyəcanlanma mənbəyi və qeydiyyat qurğusu
vardır. İşıq mənbəyi olaraq analizdə ksenon lampalar, havada qığılcım və ya
lazerlərdən istifadə olunur. Lüminesensiyanın qeydiyyatı əsasən vizual olaraq və
ya analizin dəqiqliyini artıran fotoelektron cihazlar vasitəsilə həyata keçirilir.
İ
onlaşdırma metodu zamanı hər hansı bir şüalanma və ya zərrəciklər seli ilə
maddəyə təsir göstərilir. Bu zaman kimyəvi maddənin molekulları ionlaşır və
onlardan yeni zərrəcilər seli yaranır ki, bunlar da öz növbəsində analizə göndərilir.
Məsələn, mass-spektrometriyada təsir göstərən sel elektronlar seli, ultrabənövşəyi
ş
üalanma ola bilər ki, bunlar da, tədqiq edilən maddənin ilkin molekulyar
ionlarının dağılması nəticəsində yeni molekulyar ion selini yaradır. Bu metod
vasitəsilə moleklyar kütləni aşkar etmək, maddəni müəyyən etmək, onun kimyəvi
quruluşunu təyin etmək və s. mümkündür.
Kimyəvi metod zəhərləyici kimyəvi maddə ilə reaktivin reaksiyası
nəticəsində onun rənginin dəyişməsinin qeydiyyatına əsaslanmışdır.
Biokimyəvi metod zəhərləyici kimyəvi maddələrdə asetilxolinin hidrolizini
həyata keçirən aktiv ferment – xolinesterazın sinir iflic edici təsirini
zəiflədilməsinə əsaslanmışdır.
Zəhərləyici və adi kimyəvi maddələri aşkar etmək üçün daha çox kimyəvi
kəşfiyyat cihazlarından istifadə olunur ki, bunlar da kimyəvi və biokimyəvi
metodlara əsaslanmışlar.
Havada, ərazida, texnikanın və başqa obyektlərin səthlərindəki zəhərləyici
maddələri (ZM), adətən, kimyəvi kəşfiyyat cihazları və qaz siqnalizatoru vasitəsilə,
yaxud nümunə götürüb onları kimya laboratoriyasında təhlildən (analizdən)
keçirməklə aşkar edirlər.
Müasir zəhərləyici maddələri hiss orqanları vasitəsilə (orqanolektik üsulla)
aşkar etmək heç də həmişə mümkün deyil. Onların bir çoxunun heç bir iyi, rəngi,
qıcıqlandırıcı xassələri yoxdur. Başlıcası isə bir sıra ZM-in zəhərliliyi o dərəcədə
yüksəkdir ki, onların iyinə və ya qıcıqlandırıcı təsirinə görə aşkar edilməsi cəhdi
ciddi zəhərlənmələrlə nəticələnə bilər. Müşahidə yolu ilə, yəni əşyanın səthindəki
ZM damcılarına və ləkələrinə, ZM-in yaratdığı buludun və zəhərlənmış bitki
yarpaqlarının rənginin dəyişməsinə görə bəzi zəhərləyici maddələri təxmini olaraq
aşkar etmək mümkündür.
Zəhərləyici maddələri çöl şəraitində aşkar və təyin etmək (indikasiya etmək)
üçün ən çox kimyəvi metoddan istifadə edilir. Bu üsul zəhərləyici maddə ilə ona
müvafiq seçilmiş digər bir xüsusi maddənin (reaktiv) qarşılıqlı təsiri sayəsində
müəyyən bir rəngə malik birləşmə yaranması hadisəsinə əsaslanır. Belə rəngin
meydana çıxması burada məhz həmin ZM-in olduğuna dəlalət edir. Bu rəngin
çalarını kağıza çəkilmiş rəng etalonları ilə müqayisə edərək ZM-in konsentrasiyası
və ya havanın zəhərlənmə dərəcəsi barədə qənaətə gəlmək mümkündür.
İ
stifadə etmək rahat olsun deyə, kimyəvi kəşfiyyat cihazlarında işlədilən
reaktivləri məsaməli maddəyə (süzgəc kağızına, salikakel maddasinə) yaxır, yaxud
ş
üşə ampulaya yığırlar. Reaktiv yaxılmış məsaməli maddəni (buna doldurucu
maddə deyilir) va müvafiq miqdarda ampulaları şüşə borucuğa yerləşdirirlər, ətraf
mühitin təsirindən qorumaq üçün borucuğun hər iki ucunu lehimləyirlər. Belə
borucuqlar indikator borucuğu adlanır. İndikator borucuğunu işlədərkən onun
uclarını kəsir, daxilindəki ampulanı qırır va zəhərli havanı xüsusi nasosla sorub
borucuqdan keçirirlər. Bu zaman havanın tərkibindəki ZM buxarları reaktivlə
reaksiyaya girərək məsaməli maddənin (doldurucunun) rəngini müvafiq surətdə
dəyişir. Bu rəngə və onun tündlüyünə (çalarına) görə ZM-in növü və havadakı
konsentrasiyası təxmini təyin edilir.
Kimyəvi kəşfiyyat cihazları və qaz siqnalizatorlarının: qoşun kimyəvi
kəşfiyyat cihazı (VPXR), yarımavtomat kimyəvi kəşfiyyat cihazı (PPXR), QSP-
1M və QSP-11 avtomat qaz siqnalizatorları və s. növləri olur. Bunların bir neçəsini
nəzərdən keçirək.
Qoşun kimyəvi kəşfiyyat cihazı (QKKC), ВПХР
Bu cihaz havada, ərazidə, texnikanın, avadanlığın və digər əşyaların
səthindəki ZM-i təyin etmək üçündür. Bu cihaz vasitəsilə havada, ərazidə,
texnikannı, müxtəlif sursatların səthində zarin, zoman, iprit; havada V-qaz, fosgen,
sianid turşusu, xlorsian olub-olmadığı tə'yin edilir.
Cihazın quruluşu. Cihaz qapağı olan xüsusi formalı qutudan (gövdədən)
ibarətdir. Qutuda əl nasosu, nasosun ucluğu, indikator borucuqları yığılmış kağız
kaset, tüstü süzgəcləri, qoruyucu qapaqlar, elektrik fənəri və 15 patronu olan
qızdırıcı yerləşdirilib (şəkil)
Cihazın dəstinə kürək, cihazın işlədilməsi, istismarı və zoman tipli ZM-i
təyin etmək qaydaları barədə təlimat - yaddaş vərəqəsi də daxildir. Cihazı daşımaq
üçün qaytanlı çiyin qayışı vardır. Cihazın çəkisi təxminən 2,2 kq-dır.
Ə
l nasosu - porşenlidir, yoxlanılan havanı indikator borucuqlarından vurub
keçirmək üçündür. Nasosu dəqiqədə 50 dəfə vurarkən indikator borucuğundan 2 l
hava keçir. Nasos başlıq, silindr, ştok və dəstəkdən ibarətdir və cihazın gövdəsində
quraşdırılmış metal boruda yerləşir. Borunun dibindəki yay, rəzəni (tutucunu)
açarkən nasosu basıb bayıra çıxarmaq üçündür. Nasos boruda dəstəyi bayıra tərəf
olmaqla yerləşdirilir.
Nasosun başlıq hissəsində indikator borucuqlarının ucları kəsmək (çərtmək)
üçün bıçaq və indikator borucuqlarını yerləşdirmək üçün yuvalar var. Başlığın
kəllə hissəsində borucuqların uclarını qırmaq üçün iki çökək yer də düzəldilib.
Bunlardan başqa nasosun başlıq hissəsində rezin klapan və klapanın yəhəri də
yerləşdirilib. Başlığın klapan tərtibatı ilə kip birləşməsi rezin araqat vasitəsilə
təmin edilmişdir.
VPXR : 1 – gövdə; 2 -qapaq; 5 – tüstüəleyhinə süzgəclər; 6 – nasosun
ucluğu; 7 –qoruyucu qapaqlar; 11 – bel.
VPXR: 3 - əl nasosu; 4 – kağız kasetlər; 8 – elektrik fənəri; 9 - qızdırıcı;
10 – qızdırıcının patronları; 12 – təlimat-cihazla işləmək üçün yaddaş;
13 – üzvü ZM aşkar edilməsi üzrə təlimat; 14 – çiyin qayışı.
Nasosun dəstəyində ampulaqıran və nüvə yerləşdirilmişdir. Ampulaqıran
indikator borucuqlarının içərisindəki ampulaları qırmaq, nüvə isə ampulaqıranı
nasosun dəstəyində bərkitmək üçündür. Dəstəyin yan tərəfindən ampulaqıran
millər işarələnmişdir (markalanmışdır). Üç yaşılq həşiyəli mil – üç halqavari
haşiyəsi olan borucuq üçün bir qırmızı haşiyəli və qırmızı nöqtəli mil isə bir
qırmızı haşiyəsi və qırmızı nöqtəsi olan borucuqlar üçündür.
Kaset eyni işarəli 10 indikator borucuğunu yerləşdirmək üçündür (şəkil)
Kasetin üz tərəfində havada ZM olarkən indikator borucuqlarındakı
doldurucu maddənin aldığı etalon rəng göstərilmiş və kasetdəki borucuqları
işlətmək qaydası barədə qısa göstərişlər yazılmışdır.
İ
ndikator borucuqlarını işlədərkən onun doldurucu maddəsinin aldığı rəngi
kasetin səthindəki rənglə tutuşdurmaqla havada olan ZM-in konsentrasiyasını
təxmini təyin etmək mümkündür.
Kasetin aşağı hissəsində indikator borucuqlarının hazırlanmasının tarixi və
yararlılığı müddəti göstərilmişdir.
Nasosun ucluğu cihazı tüstülü şəraitdə işlədərkən, habelə torpaqda, dənəvər
materiallarda, texnikanın, paltarların və başqa əşyaların üzərindəki ZM-i təyin
edərkən işlədilir.
Nasos ucluğunun gövdəsi dörd kəsimlə qıfvari hissəyə birləşdirilib, gövdəyə
ş
üşə silindr geydirilib. Qıfın aşağı hissəsindəki yiv və xüsusi qayka vasitəsilə ona
sıxıcı halqa bənd edilib ki, onu da rəzə ilə 1azımi vəziyyətdə bərkitmək
mümkündür. Şüşə silindrin - ucluğun gövdəsinə, o ucluğun isə nasosla birləşmiş
yerləri iki rezin araqatla kipləşdirilir.
İ
ndikatorun borucuqları - ZM-i təyin etmək üçündür, içinə doldurucu maddə
və reaktivli ampulalar yerləşdirilib, ucları lehimlənmiş şüşə borucuqlardan
ibarətdir. Borucuqlar rəngli halqa şəklində haşiyələrlə işarələnmişdir. Bu haşiyələr
həmin borucuq vasitəsilə hansı zəhərləyici maddənin müəyyən edildiyini göstərir.
Cihazın dəstində üç növ indikator borucuqları olur: bir qırmızı haşiyəli və qırmızı
nöqtəli borucuqlar zoman, zarin, V-qaz tipli ZM-i; üç yaşıl haşiyəli borucuqlar -
fosgen, sianid turşusu, xlorsian; bir sarı haşiyəli borucuqlar isə ipriti təyin etmək
üçündür. Hər kağız kasetdə eyni işarəli 10 indikator borucuğu yerləşir.
İ
ndikator borucuqlar
Tüstü əleyhinə süzgəclər - bir qat süzücü materialdan və bir neçə qat kapron
parçadan ibarətdir. Onlar tüstünün və ya turşu xarakterli maddə buxarları olan
havada ZM-i müəyyən etmək, həmçinin torpaqda və dənəvər materiallardakı
zəhərləyici maddələri müəyyənləşdirmək üçündür. Süzgəclər polietilen kisəcikdə
saxlanılır.
Qoruyucu qalpaqlar - nasos ucluğu qıfının daxili səthini davamlı zəhərləyici
maddələrlə çirklənmədən qorumaq, habelə torpağın və dənəvər maddələrin
nümunələrini (problarını) yerləşdirmək üçündür.
Qızdırıcı - soyuq havada zəhərləyici maddələri müəyyən edərkən indikator
borucuqlarını qızdırmaq (temperaturu müsbət 10-15°S-dən aşağı olan havada iprit
üçün borucuqları, 0°S-dən aşağı olanda isə zoman borucuqlarını), habelə
ampulaların donunu açmaq üçündür. Qızdırıcı gövdədən və patronlardan ibarətdir
(şəkil).
Qızdırıcının gövdəsi burulub bərkidilən dibə malik plastik kütləli üst
örtükdən ibarətdir. Onun daxilində bir-birinə lehimlənmiş dörd mis borucuqdan
ibarət nüvə və dairəvi plastik kütlə lövhəcik yerləşdirilmiş, ətrafı istilik-izolyasiya
materialı ilə örtülmüşdür.
Örtüyün xarici səthindəki iki çıxıntıda qızdırıcının patronunun apulasını
qırmaq üçün mil yerləşdirilir. Qızdırıcının patronu metal gilizdən, məhlul
ampulasından və plastik kütlə qalpaqdan ibarətdir. Gilizin dibinə maqnezium tozu
tökülmüş, üstü süzgəc kağızdan ibarət araqatla örtülmüşdür.
Plastik kütlə qapağın mərkəzində baca vardır; istifadə olunmamış patronların
bacası plyonka, yaxud polistrol materialla örtülü olur. Patrondan istifadə edilərkən
məhlul ampulasını qırmaq üçün mil məhz bu bacaya yeridilir.
Cihazın dəstəsində xüsusi metal kasetdə yerləşdirilmiş 10 ədəd patron
(bəzən, 15 patron) olur.
Ə
trafdakı havanın temperaturundan asılı olaraq qızdırıcının yan bacalarının
daxilində istilik aşağıdakı hədlərə çatır:
• mənfi 40°S-dən müsbət 35-85°S-dək, 7-8 dəqiqə ərzində müsbət 20-30°S-
dək soyumaqla;
• mənfi 20°S-dən müsbət 35-85°S, 7-8 dəqiqə ərzində müsbət 30-40°S-dək
soyumaqla.
Qızdırıcının temperaturu 15-20 dəqiqə ərzində müsbət 15-20ºS hədlərində
qalır.
Cihazı işlətməyin ümumi qaydaları.
Cihazı işə hazırlayarkən
• cihazda bütün əşyaların yerində olduğunu və sazlığını yoxlamaq;
• indikator borucuqları kasetlərini bu ardıcıllıqla yerləşdirmək ən yuxarıda -
qırmızı haşiyəli və qırmızı nöqtəsi olan borucuqlar; sonra - üç yaşıl haşiyəli
borucuqları ən altda - sarı haşiyəli borucuqları;
• tüstü süzgəclərini polietilen kisədən, istismar üzrə təlimatı isə cihazdan
çıxarmaq lazımdır.
Yürüş zamanı cihaz sol tərəfdə gəzdirilir və qaytan vasitəsilə bel
səviyyəsində bərkidilir. İşlətmək üçün cihazı ön tərəfə çəkirlər.
İ
ndikator borucuqlarını işlədərkən “Qoşun kimyəvi kəşfiyyat” cihazının
(QKKC) istismarı üzrə təlimatda və boru kasetlərinin üzərindəki göstərişləri rəhbər
tutmaq lazımdır. Nasosun işlədilməsi (vurulması) surəti 1 dəq-də 50-60 hərəkətə
bərabərdir.
İ
ndikator borucuqlarındakı doldurucular bir sıra hallarda yalnız nəzərdə
tutulduğu ZM-in təsirindən deyil, habelə havadakı digər maddələrin təsirindən də
rəng alır. Belə hallarda alınan rəng, adətən, ZM üçün nəzərdə tutulandan fərqli
olur. Buna görə də bütün hallarda indikator borucuğundakı doldurucunun aldığı
rəngi kasetin üzərindəki rənglə müqayisə etmək lazımdır.
Yüksək konsentrasiyalı neytral və zəhərli tüstülər indikator borucuğunda
ZM-in təsirindən yaranan rəngi dəyişdirə (maskalaya) bilir. Bunun qarşısını
almaqdan ötrü tüstü buludunda cihazla işləyərkən tüstü süzgəcli ucluqdan istifadə
edirlər.
İ
ndikator borucuqlarının uclarını belə ayırmaq lazımdır (şəkil):
•
sol əl ilə nasosu, sağ əl ilə indikator borucuğunu götürməli;
•
indikator borucuğunun ucunu nasosdakı bıçaq vasitəsilə çərtməli;
•
borucuğun çərtilmiş ucunu nasosun başlığındakı məqsəd üçün olan çökək
yerə basmaqla sındırmalı;
•
bu qayda üzrə borucuğun digər ucunu da açmalı;
İ
ndikator borucuğunun ampulasını qırmaq üçün:
indikator borucuğunun açılmış ucunu nasosdakı ampulaqıranın borucuğa
müvafiq rənglə işarələnmiş yuvasına yerləşdirməli; bu zaman nasos başı aşağı
tərəfə olmaqla saxlanmalı, yuvadakı qırıcı mil isə borucuğun içərisinə keçməlidir;
İ
ndikator borucuqları vasitəsilə havada ZM - in müəyyən edilməsi.
• borucuğu yüngülcə ampulaqırandakı milə basmaqla ampulanı qırmalı
(əzməli);
• indikator borucuğunu ampulaqıran yuvadan çıxarmalı və onun işarələnmiş
ucundan tutub bərk silkələməli.
Tüstü süzgəcini nasosun ucluğunda bərkitmək üçün:
• cihazdan ucluğu götürməli, onun gövdəsini sola burmaqla qıf ilə sıxıcı
halqa arasında 2-3 mm-lik ara məsafə yaratmalı;
• tüstü süzgəcini bu ara məsafəyə yerləşdirərək sıxmalı.
Soyuq havada indikator borucuqlarının həssaslığı zəifləyir, qırmızı haşiyə və
nöqtəli borucuqlarda isə ampuladakı məhlul donur. Buna görə də qış vaxtı
borucuqları işlədərkən qızdırıcıdan istifadə edilir.
Qızdırıcını işə hazırlamaq üçün (şəkil):
• patronu qızdırıcının mərkəzi yuvasına yerləşdirib sonadək aşağı basmalı;
• əllə milin başlığında təzyiq edərək patrondakı ampuları qırmalı, mili
sonadək aşağı basmalı, fırlatmalı və buxarlanma dayanmayınca patrondan
çıxarmamalı.
Qızdırıcını işə salmaq (onun patronunu dəyişmək) qaydası
Patrondan buxar çıxması qızdırıcının normal işinə dəlalət edir. Qızdırıcının
işinin səmərəsi ətrafdakı temperaturdan asılı olur. Müsbət temperaturda qızdırıcı
daha səmərəli işlədilir, hətta bəzən mayenin patrondan kənara sıçraması da
mümkündür. Buna görə də 10-15°S-dən yuxarı temperaturda xüsusi ehtiyac
olmadan qızdırıcıdan istifadə etmək məsləhət deyil. Cihazın fənərindən qaranlıqda
işləyərkən istifadə edilir.
|