Microsoft Word 1-ci m vzu- fh t snifati



Yüklə 7,25 Mb.
Pdf görüntüsü
səhifə166/228
tarix26.12.2016
ölçüsü7,25 Mb.
#3567
1   ...   162   163   164   165   166   167   168   169   ...   228
 
b.
 Şəhərlərin tikilməsi, sənaye binaları və qurğuların layihələşməsi və tikilməsi 
planlaşmasına olan tələbat 
 
Şə
hərlərin,  sənaye  binaları  və  qurğuların layihələşməsi  və  tikilməsi  zamanı  əsas 
tələbat aşağıdakılardan ibarətdir: 


 
186 
1)
 Şəhər  və  yaşayış  rayonlarının  respublikanın  bütün  ərazisində  bərabər 
yerləşdirilməli;  
2)
  Yaşayış  olan  şəhərlərin  böyüməsini  və  iri  şəhərlərin  tikilməsini 
məhdudlaşdırmalı; 
3)
  Şəhərin  əhali  məskunlaşmış  yerlərini  sahəsi  250  ha  çox  olmayan  yaşayış 
rayonlarına ayırıb eni 100 m-dən az olmayan yaşıl zolaqlar salmalı; 
4)
  Nəqliyyatın şəhərdən kənara çıxması üçün şəhər daxili küçələr salmalı;   
5)  Küçələrin  dəmir  yol  xətti  ilə  və  həmçinin  öz  aralarında  kəsişmə  yerləri  eyni 
səviyyədə  ehtiyat  keçidlərilə  əsas  yoldan  50  m-dən  az  olmayan  məsafədə  təmin 
olunmalı; 
6) Şəhərdaxili nəqliyyat yolu yaşayış məntəqələri və sənaye müəssisələri arasında 
sıx əlaqə yaratmaqla şəhər kənarına sərbəst çıxmaq üçün magistral xətlə əlaqələnməli; 
7) Tərtibat və texniki dəmir yol stansiyalarını, mümkün güclü dağıntı zonasından 
kənarda yerləşdirilməli; 
8)  Tramvay  və  trolleybus  parkları iri  şəhərlərdə hissə-hissə  şəhər  ətrafı  yerlərdə 
yerləşdirilməli; 
9)  Parklarda,  bağlarda,  bağçalarda  və  tam  tikilməmiş  meydançalarda,  yanğın 
söndürmək üçün süni su tutumları yaratmalı; 
10)  Mümkün  dağıntı  zonalarında  sənaye  binalarını  maksimum  dərəcədə  az 
mərtəbəli və yüngül materiallardan istifadə etməklə tikməli; 
11) Binaları yanmayan və çətin yanan materiallardan hazırlamalı; 
12) Texnoloji avadanlıqları mümkün qədər açıq meydançalarda yerləşdirməli; 
13)  Mümkün  dağıntı  zonasında  yerləşən  yeyinti  sənaye  binaları  və  qurğuların 
ə
rzaq anbarlarına, radioaktiv tozların və güclü təsirli zəhərli maddələrin keçməsinə qarşı 
tədbirlərin görülməli; 
14) Şəhərlərdə olan hamam və avtomobil yuma  məntəqələri elə qurulmalıdır ki, 
fövqəladə vəziyyət zamanı onlardan istifadə oluna bilsin;  
15)  Anbar  otaqları  zirzəmi  və  yarım  zirzəmilərdə  tikilməli  və  onların  qapı  və 
pəncərələri minimum qədər az olmalıdır.  

Yüklə 7,25 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin