Microsoft Word 1-ci m vzu- fh t snifati



Yüklə 7,25 Mb.
Pdf görüntüsü
səhifə165/228
tarix26.12.2016
ölçüsü7,25 Mb.
#3567
1   ...   161   162   163   164   165   166   167   168   ...   228
 
a.
  Xalq təsərrüfatı obyektlərinin yerləşməsinə olan tələbat 
 
Müasir şəraitdə mümkün dağıntılar və itkilərin qarşısını almaq və azaltmaq üçün 
ə
n  effektli  və  real  tədbir,  respublikanın  məhsuldar  gücünü  maksimal 
seyrəkləşdirməkdən və iri şəhərlərin əhalisinin artmasının qarşısını almaqdan ibarətdir. 
Bundan  irəli  gələn
 
normativ  sənədlərdə  xalq  təsərrüfatı  obyektlərinin  yerləşməsinə 
aşağıdakı tələbatlar müəyyən edilmişdir: 
1)
 Yaşayış məntəqələri və xalq təsərrüfatı obyektləri bütün respublika ərazisi üzrə 
bərabər yerləşməli və paylanmalı; 
2)
  Mümkün güclü dağıntı zonalarında olan iri şəhərlərdə əhalini cari təmin edən 
ə
rzaq  anbarları,  sərnişin  və  yük  daşıyan  dəmir  yol  stansiyaları  şəhər  ətrafında  bərabər 
qaydada yerləşdirilməlidir; 
3)
  Mümkün  zəif  dağıntı  zonalarında,  az  əhəmiyyətli  müssisələr,  anbarlar  və 
dəmir yol stansiyaları yerləşə bilər; 
4)
  Çox əhəmiyyətli müəssisələr, bazalar, anbarlar, düşərgə və ruhi xəstəxanalar, 
istirahət  evləri,  sanatoriyalar,  düşərgə  və  sağlamlıq  mərkəzləri  mümkün  dağıntı 
zonalarından kənarda yerləşdirilməlidir;  
5) Su basmasına  məruz qala bilən fəlakət zonalarında,  mühüm  əhəmiyyətli xalq 
təsərrüfatı obyektlərinin və sağlamlıq düşərgələrinin yerləşdirilməsi qadağandır; 
6)  Xüsusi  əhəmiyyətli  obyektlərin,  təbii  və  süni  yeraltı  boşluqlarda 
yerləşdirilməsi məsləhətdir; 
7) Uçucu, tez alışan maddələr və güclü təsirli mayelər istehsal edən müəssisələr, 
suyun  axarı  istiqamətində,  yaşayış  məntəqələrindən  mümkün  qədər  aşağı  ərazidə 
yerləşdirilməlidir. 

Yüklə 7,25 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin