194
Zəhərli maddələrin təsiri nəticəsində insanların, heyvanların və bitkilərin zədələnməsi baş vermiş və ya baş
verə biləcək ərazi kimyəvi zədələnmə ocağıdır.
Müasir zəhərləyici maddələr yüksək toksikliyə malikdirlər. Uçan təyyarənin arxası ilə tünd tez yayılan zolağın
qalması, aviasiya bombasının partlaması ilə ağ və ya açıq rəngli buludun əmələ gəlməsi havadan zəhərli
maddələrin (ZM) olmasına əsas verir. Bundan əlavə ZM damcıları asfaltın, binaların divarlarının, bitkilərin
yarpaqlarının və d. əşyaların üzərində olması dərhal seçilir. ZM olmasını yaşıllıqların və güllərin solması,
quşların ölməsi ilə də mühakimə etmək olar.
Düşmən tərəfindən kimyəvi silahının tətbiqi aşkar edildikdə (“Kimyəvi həyəcan” siqnalı ilə) dərhal əleyhqaz,
ehtiyac duyulduqda dəri mühafizə vasitələrini geymək, əgər yaxınlıqda sığınacaq və ya daldalanacaq varsa ora
sığınmaq lazımdır. İçəri daxil olmazdan öncə dəri mühafizə vasitələrini və üst paltarı çıxarmaq və girişdəki
tamburda yerləşdirmək gərəkdir (əleyhqaz içəri daxil olduqdan sonra çıxarılır).
Kimyəvi zədələnmə ocağından çıxarkən xüsusi yol nişanları və ya Mülki müdafiə postları istiqamətində hərəkət
etmək lazımdır, əgər nişanlar yoxdursa, həmin ərazidən küləyə perpendikulyar istiqamətdə çıxmaq vacibdir.
Belə ərazidə tez hərəkət etmək, lakin qaçmamaq və toz qaldırmamaq, binalara və ətrafdakı əşyalara
toxunmamaq, görünən ZM-lərə ayaq basmamaq lazımdır.
Zəhərlənmiş ərazidə əleyhaqzları çıxarmaq qadağandır (əgər zəhərli olub olmamasına dair hər hansı bir şübhə
varsa, həmin yerdə zəhərli ərazidəki kimi davranmaq lazımdır).
Bağlar, bostanlar, əkin sahələri, parklar olan ərazidə xüsusilə ehtiyatlı olmaq lazımdır, çünki budaq və
yarpaqlarda ZM ola bilər və onlara toxunduqda ZM-in paltara və ya ayaqqabıya keçmək ehtimalı mövcuddur.
Mümkün qədər sulu ərazilərdən (göllər, çaylar və s.) uzaq gəzmək məsləhətdir, belə yerlərdə ZM-in
buxarlarının durması ehtimalı vardır.
Dostları ilə paylaş: