196
Təşkilat və müəssisələrdə zəlzələ zamanı bütün işlər dayandırılır, istehsalat və texnoloji avadanlıqlar
söndürülür. İşçilər təhükəsiz yerlərə çəkilirlər.
Zəlzələ baş verən zaman açıq sahədə olarkən, binalardan, divar diblərindən, pəncərələrdən, reklam
plakatlarından, uçqun kənarlarından, körpülərin üstündən və altından, elektrik dirəklərindən uzaq dayanmalı,
təhlükəsiz və etibarlı bir açıq sahəyə doğru gedilməlidir. Zəlzələ sona çatana qədər orada qalmaq məsləhətdir.
Torpaq sürüşməsi olan sahələrdən, daş və qaya parçalarının düşə biləcək dik qayaların yaxınlığından və dik
yamacların ətəklərindən uzaqlaşmaq lazımdır.
Zəlzələ baş verən zaman dəniz sahilində olarkən dərhal uzaqlaşaraq yüksək yerlərə doğru qaçmaq
gərəkdir. Torpaq altında olan elektrik və qaz xətlərində baş verə biləcək təhlükələrə və yanğınlara qarşı
hazırlıqlı olmaq lazımdır.
Nəqliyyatdan istifadə edərkən ani olaraq zəlzələ baş verdikdə, yolu bağlamadan sağa çıxıb avtomobil
dayandırılmalı, açar bağlanıb mühərrik söndürülməlidir. Təkanlar bitməyənədək avtomobildən enmək olmaz.
Fəlakət sovuşduqdan sonra açıq sahələrə getmək olar.
Avtomobillə yaşadığınız küçədə və ya binaların yaxınlığında hərəkət edərkən, dərhal avtomobili
dayandırmalı, qapıları bağlayaraq, dərhal özünüzü itirmədən hərəkət edərək açıq sahələrə gedilməlidir.
Avtomobil körpülərdən, keçidlərdən, binalardan, elektrik dirəklərindən, enerji xətlərindən, tunellərin
giriş və çıxışlarından, ağır tonnajlı yük maşınlarından və dəniz kənarlarından uzaq dayandırmalıdır.
Təhlükəli maddələri (zəhərli kimyəvi maddələri, tez alışan mayeləri) təhlükəsiz və yaxşı təcrid edilmiş
yerlərdə saxlamaq lazımdır.
Bütün sakinlər elektrik açarının, magistral qaz və su kranlarının yerini bilməlidir ki, lazım gələndə
asanlıqla tapa bilsinlər.
Yaxınlıqda uşaq varsa, onu öz gövdəniz ilə qorumaq gərəkdir.
Şamdan, kibritdən, alışqandan istifadə etdikdə – qaz sızması ola, nəticədə yanğın baş verə bilər.
Eyvanlardan, karnizlərdən, qırılmış məftillərdən uzaq durmaq lazımdır.
Zəlzələ zamanı evdən və işdən kənarda, məsələn dükan, teatr və ya sadəcə, küçədə olan zaman evə
tələsmək lazım deyil, sakit şəkildə müvafiq vəzifəli şəxslərin yaranmış vəziyyətdə fəaliyyətə dair göstərişlərini
dinləmək, bu göstərişlərə uyğun hərəkət etmək lazımdır. İctimai nəqliyyatda olan zaman onu hərəkətdə tərk
etmək olmaz, nəqliyyatın tam dayanmasını gözləmək və uşaqları, yaşlıları qabağa buraxıb sakitcə çıxılmalıdır.
Məktəblərin yuxarı sinif şagirdləri müəllimlərə və rəhbərliyə orta sinif şagirdləri arasında intizamın
saxlanılmasında köməklik göstərməlidirlər.
Zəlzələ bir neçə andan bir neçə günədək (periodik olan edən yeraltı təkanlarla) davam edə bilər.
Zəlzələdə sonra və baş vermə anında belə, zəlzələnin nəticələrinin aradan qaldırılması, zərərçəkmişlərə
köməyin göstərilməsi üzrə işlər həyata keçiriləcəkdir. İlk növbədə bu işləri MM qüvvələri həyata keçirəcəkdir.
Amma qalan əhali də yerli hakimiyyət və MM orqanının çağırışı ilə icrası təxirə salınmayan qəza-xilasetmə
işlərdə iştirak etməlidir.
Dostları ilə paylaş: