FH-da obyektlərin iş sabitliyini yüksəltmə yolları və üsulları
191
Xarakterinə görə belə tədbirlər qruplaşdırılır, bunlara bəzən, işin dayanıqlılığının
yüksəldilməsi yolları və ya istiqamətləri də deyilir. Bunlar aşağıdakılardır:
a)
fəhlə və qulluqçuların mühafizəsinin təmin edilməsi;
b)
obyektin ən vacib elementlərinin, bina və qurğularının möhkəmliyinin
artırılması;
c)
maddi-texniki təchizatın dayanıqlılığının artırılması;
d)
ekstremal şəraitdə obyektin idarəetmə sisteminin etibarlılığının yüksəldilməsi;
e)
ikinci zədələyici amillər törəməsi ehtimalını və onların zərərini azaltmaq üzrə
tədbirlərin işlənib hazırlanması;
f)
obyektdə istehsalın bərpa edilməsi üçün hazırlıq görülməsi.
Bu tədbirlər əsasən əvvəlcədən işlənib yerinə yetirilir. Bilavasitə FH yaranarkən
görülməli olan əməliyyatlar isə qabaqcadan planlaşdırılır və onların dərhal icrası üçün
hazırlıq görülür.
Həmin tədbirlərin mahiyyətini qısaca nəzərdən keçirək:
a)
fəhlə və qulluqçuların mühafizəsi - hər hansı bir obyektdə işin dayanıqlılığını
yüksəltməyin ən vacib amilidir, çünki aydındır ki, işçi qüvvəsi olmadan heç bir
istehsalat mümkün deyil. Bu məqsədlə görülən mühəndis-texniki tədbirlərin ən başlıcası
bütün fəhlə və qulluqçuların mülki müdafiə mühafizə qurğuları ilə təmin edilməsidir;
b)
obyektin ən vacib elementlərinin, bina və qurğularının möhkəmliyinin
artırılması – buradakı avadanlığı, dəzgahları, texnoloji xətləri mühafizə üçün vacibdir.
Məlum olduğu kimi tikilən sənaye binaları və qurğularının ümumi dayanıqlılığı
hissələrin ağırlığına və külək nəticəsində yaranacaq əlavə yüklərə hesablanır. Bu zaman
tutaq ki, zərbə dalğasının, yaxud zəlzələnin törədə biləcəyi hər cür təsiri dəqiq nəzərə
almaq heç də həmişə mümkün olmur. Bununla belə, sonradan konstruksiyalarda əsaslı
dəyişiklik aparmaqla binaların möhkəmliyini artırmaq adətən lazımı nəticə vermir, həm
də böyük xərclər tələb edir. Buna görə də bina və qurğuların dayanıqlılığını artıran əlavə
tədbirlər yalnız elə hallarda məqsədəuyğun sayılır ki, onların bütün istehsal prosesini
təmin edən ayrı-ayrı vacib elementləri digər elementlərə nisbətən az davamlıdır. Onda
belə hissələrin, həmçinin əlahiddə fəaliyyət göstərməklə dərhal işlədilə bilən məhsul
buraxmaq qabiliyyətinə malik sahələrin dayanıqlılığını artırmaq lazımdır.
c)
maddi-texniki təchizatın dayanıqlılığının artırılması – obyektdə təchizatın
sabitliyi xammal, material, avadanlıq və yanacaq ehtiyatları yaratmaqla artırılır.
d)
ekstremal şəraitdə obyektin idarəetmə sisteminin etibarlılığının yüksəldilməsi
– rəhbər heyətin fəaliyyətində əsas və ən məsuliyyətli işdir.
e)
müəssisələrdə istehsalat qəzalarını və ikinci zədələyici amillər törəməsi
ehtimalını və onların zərərini azaltmaq üzrə tədbirlərin işlənib hazırlanması adətən birgə
hazırlanır. Yanacaq, güclü təsirli kimyəvi maddələr istehsal edən və digər yüksək
təhlükəli zavodlarda bu tədbirlər sülh dövrü üçün obyektin mülki müdafiə planında
nəzərdə tutulur.
192
f)
obyektdə istehsalın bərpa edilməsi üçün hazırlıq görülməsi – yuxarıda
deyildiyi kimi, obyektin məhsul buraxmağa qısa müddətdə hazırlanması imkanı onun
işinin dayanıqlılığının vacib göstəricisidir.
Beləliklə, sülh və müharibə dövürlərindəki ekstremal şəraitdə sənaye
obyektlərində işin dayanıqlılığının yüksəldilməsi üzrə tədbirlər –işçilərin etibarlı
mühafizəsinə, xilasetmə işlərinin qısa müddətdə icrası, istehsalın bərpa olunmasına
yönəldilməklə bərabər, həmçinin sülh dövründə də istehsalat qəzaları ehtimalının
azaldılması və qəza nəticələrinin məhdudlaşdırılması üçün böyük əhamiyyətə malikdir.
|