190
Zədələnmə kriteriyası Z
kr
nüvə partlayışının hər hansı bir zədələnmə amilinə görə
(başqa amillərin eyni zamanda təsiri nəzərə alınmadan), obyektin dayanıqlılığını
qiymətləndirməyə imkan verir. Məsafə kriteriyası R
kr
nüvə partlayışının zədələyici
amillərinin eyni zamanda bir neçəsinin təsirinə görə dayanıqlılığın qiymətləndirilməsinə
imkan verir və bu zaman təhlükəli halı seçmək mümkün olur.
Beləliklə, bütün verilənləri öyrəndikdən sonra FH şəraitində
obyektin
dayanıqlılığının qiymətləndirilməsi hər bir zədələyici amilə qarşı aşağıdakı ardıcıllıqla
aparılır:
1)
obyektdə yerləşən sexlərin, sahələrin və b. qurğuların sayı, həmçinin
elementləri və onların mümkün zədələyici amillərə qarşı həssaslığı;
2)
obyekt elementlərinin dayanıqlı işi pozulmayan hal üçün parametrlərin
maksimal qiymətinin təyini;
3)
obyektin dayanıqlı işinə təsir edə bilən ən zəif (zərif) elementinin təyini;
4)
zəif elementin dayanıqlılığının artırılaraq, əsas elementlərin dayanıqlılıq
həddinə çatması;
5)
obyektin zəif elementinin dayanıqlılığını yüksəltmək üçün hesabat və
tədbirlərin aparılması və işlənməsi.
Qeyd etmək lazımdır ki, burada daha incə məsələlərin həlli zamanı da (məsələn,
ayrı-ayrı cihazların, aqreqatların, aparatların idarəetmə sistemlərinin və s.
dayanıqlılığının qiymətləndirilməsində) işin ardıcıllığı dəyişmir.
Bir çox hallarda ayrı-ayrı elementlərin dayanıqlılığını müəyyən edərək onun üçün
ə
n təhlükəli zədələyici amili təyin etmək üçün bu elementə eyni zamanda təsir edən bir
neçə zədələyici amilə görə dayanıqlılığı qiymətləndirilir. Bu məqsəd üçün R
kr
kriteriyasından istifadə etmək daha məqsədə uyğun hesab edilir. Bu zaman əgər R
kr
–də
obyekt elementlərinin çoxunu sıradan çıxara bilən zədələyici amilin apriorunu ayırmaq
mümkün olarsa (məsələn, zərbə dalğasının), onda obyekt elementlərinin başqa
zədələyici amillərə qarşı dayanıqlılığının qiymətləndirilməsində onları parametrlərinin
R
kr
məsafədə aparmaq olar. Dayanıqlılığın bu cür qiymətləndirilməsi üçün aşağıdakıları
təklif etmək olar:
1)
Cihazın (elementin) vəzifəsinə və təyinatına görə onun istifadə olunma şərtinin
təyin olunması (açıq ərazi, sex, işçi bina, zirzəmi otaqları, mühafizə qurğuları);
2)
Hər bir zədələyici amilin cihaza təsir edəcək parametrlərinin qiymətinə əsasən
onun dayanıqlılığı haqqında ümumi nəticə çıxarmaq;
3)
Cihazın hər bir zədələyici amilinə qarşı dayanıqlılığın artırılması üçün
təkliflərin hazırlanması.
Dostları ilə paylaş: