Qar uçqunu zamanı əhalinin davranış və fəaliyyət qaydaları
Əgər uçqun çox hündürdən gəlirsə, cəld qaçaraq uçqunun yolundan çəkilmək və təhlükəsiz bir yerə,
qayaların altına sığınmaq (kiçik ağacların altında gizlənməyə dəyməz) lazımdır. Əgər uçqundan qaçmaq
mümkün deyilsə, üfüqi vəziyyətdə dizləri qarına sıxaraq, gövdəni uçqunun hərəkəti istiqamətində əymək
lazımdır. Burunuzu və ağzınızı əlcək, şərf, yaxalığınız ilə bağlamaq gərəkdir.
Uçqunun mümkün qədər üst hissəsinə çıxmaq vacibdir. Uçqun dayanan kimi üz və sinə ətrafında əl ilə
boş zona yaratmağa çalışmaq gərəkdir; bu nəfəs almağa kömək edə bilər. İmkan olarsa, yuxarı tərəf hərəkət
etməyə çalışmaq lazımdır (yuxarı istiqaməti ağızdan tökülən tüpürcək vasitəsi ilə təyin etmək mümkündür).
Qar uçqununa düşdükdə əllər və ayaqlarınızla üzmə hərəkətləri etmək olar, bu qarın səthində qalmağa kömək
edər.
Uçqunun altında qalanda qışqırmaq olmaz. Çünki qar səsi keçirmir və bu kimi digər hərəkətlər yalnız
gücün, oksigenin və istiliyin itirilməsinə səbəb olacaqdır. Yuxulamaq olmaz, belə ki, axtarışlar başlayacaqdır
(uçqun altından 3 və hətta 5 gündən sonra xilas olunmuş insanlar var.)