İstehsalat qəzaları zamanı əhalinin davranış və fəaliyyət qaydaları İstehsalat qəzaları müxtəlif ola bilər. Onların baş verməsinə səbəb təbii fəlakət (zəlzələ, torpaq
sürüşməsi və s.), və həmçinin, istehsalat texnologiyasının və təhlükəsizlik qaydalarının pozulması ola bilər.
Qəzalar nəticəsi olaraq, partlayışlar, yanğınlar, subasmalar, uçqunlar, ətraf mühitin zəhərlənməsi və
çirklənməsi baş verə bilər.
Müəssisədə çalışan hər biş əməkdaşın işi – qəzalar, zamanı davranıış qaydalarını bilmək, yaranmış
şəraitdə fəaliyyət göstərməyi bacarmaqdır. Qəza zamanı əsas məsələ qəzanın baş verməsi barədə
xəbərdarlıdır. İstənilən obyektin hər bir əməkdaşı və işçisi xəbərdarlıq vasitələrindən istifadə etməyi,
yanğınsöndürmə xidmətini çağırmağı bacarmalıdır.
İstehsalat qəzalarının aradan qaldırılması və zərərçəkmişlərin xilasedilməsi üçün ilk növbədə xüsusi
dəstələr cəlb olunur, ehtiyac duyulduqda digər əməkdaşlarn köməyindən də istifadə olunur.