Güclü təsirli zəhərli maddələrin yayılması zamanı əhalinin davranış və fəaliyyət qaydaları
Bəzi zavod və fabriklərdə, istehsalat obyektlərində güclü təsirli zəhərli maddələrin (GTZM) istehsalı,
istifadəsi, saxlanılması, bəzi ərazilərdə isə daşınması həyata keçirilir. Bu ilk növbədə kimyəvi, neft emalı, neft-
kimyəvi sahələrdə, soyuducu qurğuları, soyuducu kimi istifadə olunan maddələrdən - ammonyak, xlor istifadə
edilən təmizləyici maddələr istehsal edən müəssisələrdə istifadə olunur.
Fövqəladə hallar zamanı GTZM saxlanılan tutumlardan bu maddələrin daşması, sızması, axması baş verir.
Axıntılar zamanı ikinci dərəcəli zədələnmə ocaqları (düşmənin kimyəvi silahlı hücümü zamanı yaranan birinci
dərəcəli zədələnmə ocağından fərqli olaraq) yaranır.
201
GTZM bir damcısından tutmuş buxarlarına qədər insana təsir göstərə bilər. Yaşayış məntəqələrində
GTZM-ın yayılmasının dayanıqlılığı, açıq sahələrdəkinə nisbətdə daha çox olacaqdır. Belə ki, açıq sahələrdə
dövran edən külək bu maddələrin daha tez buxarlanmasına səbəb olacaqdır.
GTZM yayılan ərazidə insanların davranış və fəaliyyət qaydaları kimyəvi silahın tətbiqi zamanı davranış və
fəaliyyət qaydalarından çoxda fərqlənməyəcəkdir. Belə ki, hər iki halda əsas müdafiə vasitəsi kimi MM
sığınacaqlarından, müxtəlif əleyhqazlardan, və bəzi hallarda dəri mühafizə vasitələrindən istifadə olunur.
Amma GTZM yayılmış ərazidə əhalinin fəaliyyətinin müəyyən xüsusiyyətləri mövcuddur. Məsələn, bəzi
maddələr (ammonyak, oksidləşdirilmiş kömür və d.) az süzülmək-əleyhqazın süzücü filtrinə yapışmaq
qabiliyyətinə malikdirlər, bu səbəbdən xüsusi sənaye və təcridedici əleyqazlardan istifadə edilməli olacaqdır.
GTZM yayılmış ərazidən ilk öncə əleyhqazı olmayan işçilər çıxmalıdırlar. Çıxdıqdan sonra qısa yolla,
küləyin istiqaməti nəzərə alınmaqla təcili həmin ərazidən uzaqlaşmaq gərəkdir.
Dəriyə düşmüş üzvü fosfor maddəli GTZM zərərsizləşdirmək üçün fərdi kimyəvi maddələrə qarşı nəzərdə
tutulmuş paketlərdən istifadə olunur. Bu paketlər olmasa, sabun vasitəsilə həmin hissəni çoxluca isti su ilə
yumaq lazımdır.
Qəzaların nəticələrinin aradan qaldırılması üzrə tədbirlər çətin və əziyyətli proses hesab olunur. Əsas iş
GTZM-in axmasının qarşısının alınmasından (bəndərin tikilməsi, dağılan tutumların bərpası) və zərərçəkmişlərə
yardım göstərilməsindən ibarət olur.
|