184
obyektlərin, təsərrüfat sahələrinin sülh və müharibə dövründəki fövqəladə hadisələrdə
işinin dayanıqlılığının artırmaqdan ibarətdir.
Mülki müdafiənin mühəndis–texniki tədbirlərinin layihələndirilməsi normaları
aşağıdakıları əhatə etməlidir:
-
əhalinin həyat fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsini;
-
mümkün itki və dağıntıların azaldılmasını;
-
obyektlər və xalq təsərrüfatı sahələrinin dayanıqlı işinin təmin edilməsini;
-
dağılmış sənaye mərkəzlərində xilasetmə işlərinin tez və keyfiyyətli yerinə
yetirilməsi üçün lazımi şəraitin yaradılmasını.
Fövqəladə hallarda obyektdə işin dayanıqlılığını artıran tədbirlər kompleksində
mühəndis–texniki tədbirlərin yerinə yetirilməsi xüsusən böyük əhəmiyyətə malikdir.
Yuxarıda deyildiyi kimi, belə tədbirlər bina və qurğuların, kommunikasiyaların müxtəlif
dağıdıcı təsirlərə fiziki davamlığını artırmaq üçün görülür.
Mülki müdafiənin mühəndis–texniki tədbirlərinin yerinə yetirilməsi, planlı
surətdə MM-nin maddi-texniki bazasının möhkəmlənməsi və öz vəzifəsini yerinə
yetirmək üçün daim hazırlığını artırmaqdan ibarətdir.
Bu tələbatlar bütün respublika ərazisində yayılır. Bunlara bütün nazirliklər və
idarələr, layihə və quruculuq təşkilatları rəhbərlik edir.
Ümumi tələbata uyğun olaraq nazirlik və idarələr, fövqəladə vəziyyət zamanı
dayanıqlılığını artırmaq üçün görüləcək tədbirlərin ardıcıllığını, həcmini və xarakterini
müəyyən edən göstərişlər işləyib hazırlayırlar.
Qeyd edək ki, mühəndis–texniki tədbirlərin həcmi və xarakteri obyektin
vacibliyindən, sülh və müharibə dövrlərindəki fövqəladə hallarda yarana biləcək
təhlükənin dərəcəsi baxımından harada yerləşdiyindən, fəhlə və qulluqçuların sayından
və digər şərtlərdən asılı olur.
Mühəndis–texniki tədbirlərin hazırlanması üçün verilən məsələlər, şəhər və
obyektlərin layihələşdirilməsi və rekonstruksiyası üçün qoyulan məsələlərin əsas tərkib
hissəsi olmaqla, uyğun MM qərargahları ilə razılaşdırılır. İri şəhərlər və mühüm
ə
həmiyyətli obyektlər üçün, düşmən tərəfindən müharibə vaxtı nüvə zərbəsi gözlənilən
ə
razidə dağılma zonası müəyyənləşdirilir. Bu zona nüvə zərbəsinin, zərbə dalğasının
izafi təzyiqinin qiyməti 10 kPa və daha çox olan ərazidir.
Bütün mümkün dağılma zonası iki zonaya ayrılır:
-
Dostları ilə paylaş: