Kütləvi qırğın silahları Düşmən tərəfindən tətbiq edilən kütləvi qırğın vasitələrindən obyektlərin
müdafiəsi və nəticələrin aradan qaldırılması üzrə tədbirləri təşkil etmək və həyata
keçirmək üçün nüvə, kimyəvi, bakterioloji (bioloji) silahların və digər vasitələrin
təsir prinsipini bilmək lazımdır.
Düşmənin tətbiq etdiyi kütləvi qırğın vasitələrinin növündən asılı olaraq
nüvə, kimyəvi, bakterioloji (bioloji) zərbə ocağı və radioaktiv, kimyəvi, bakterioloji
(bioloji) yoluxma zonası yarana bilər. Adi qırğın vasitələri tətbiq olunması zamanı
belə zərbə ocağı əmələ gələ bilər. İki və daha çox kütləvi qırğın vasitələrinin tətbiqi
zamanı ikili kombinə edilmiş zərbə ocağı yaranır.