Nüvə silahı, məlum olan digər kütləvi qırğın silahlarına görə güclü zədələyici
xassəyə malikdir. Nüvə silahından, müxtəlif növ reaksiyaları nəticəsində ayrılan
enerjidən istifadə olunur.
Nüvə silahının partlayış gücü trotil ekvivalenti ilə xarakterizə edilir.Trotil
ekvivalenti - partlayış enerjisini bu nüvə sursatının partlaması nəticəsində alınan
enerjiyə bərabər adi partladıcı maddənin (trotil) tonla miqdarına deyilir. Müxtəlif
nüvə sursatlarının gücü bir neçə milyon tona (meqatona) qədər olur. Nüvə
partlayışı həm zədələyici təsirinin gücünə, həm də müxtəlif amillərin zərərli
təsirinə görə adi döyüş sursatlarından fərqlənir. Nüvə silahı ilk dəfə 1945-ci ilin
avqustunda ABŞ-ın silahlı qüvvələri tərəfindən Yaponiyanın Xirosima və Naqasaki
şəhərlərinə qarşı istifadə olunmuşdur. Nüvə silahını hədəfə çatdırmaq üçün
müxtəlif növlü raketlərdən, təyyarələrdən, sualtı qayıqlardan, gəmilərdən, habelə
artileriya toplarından istifadə etmək mümkündür. Nüvə silahının tətbiqi
məqsədindən və basqın hədəfinin xarakterindən asılı olaraq nüvə sursatları
kosmosda, havada, yerin üstündə, yerin altında və suyun üstündə, suyun altında
partladıla bilər. Nüvə partlayışı nəticəsində beş cür zərərli təsir meydana çıxır.
Bunlara nüvə partlayışının zədələyici amillləri deyilir. Bunlar aşağıdakılardır:
-
Zərbə dalğası, işıq şüalanması, nüfuzedici radiasiya, yerin radioaktiv
zəhərlənməsi və elektromaqnit impulsu.
Nüvə partlayışı enerjisi təqribən 50%-i zərbə dalğasının, 35%-i işıq
şüalanmasının, 4%-i nüfuzedici radiasiyanın yaranmasına, 10%-i yerin radioaktiv
zəhərlənməsinə və 1%-i isə elektromaqnit impulsunun yaranmasına sərf olunur.
İndi isə nüvə silahının zədələyici amillərini nəzərdən keçirək:
Dostları ilə paylaş: