Radioaktiv zəhərlənmə (çirklənmə). Yerüstü nüvə partlayışı baş verəndən
sonrakı ilk anlarda radioaktiv zərrəciklər odlu kürənin tərkibində olur. Odlu kürə
tüstüyə və buxara bürünərək hündürə qalxır və bir neçə saniyədən sonra topa
buludlara çevrilir. Hündürə qalxan hava axınları yerdən toz-torpağı göyə qaldırıb
onları radioaktiv buludla birlikdə aparır. İri radioaktiv toz hissələri bilavasitə
partlayış rayonunda yerə çökür. Qalan hissələr isə buludun tərkibində qalıb hava
axınları vasitəsilə partlayış mərkəzindən yüzlərlə km uzağa aparılır.
Radioaktiv zəhərlənmənin dərəcəsi partlayışın növündən və gücündən,