Microsoft Word 1-ci m vzu- fh t snifati


Bakterioloji şəraitin qiymətləndirilməsi



Yüklə 7,25 Mb.
Pdf görüntüsü
səhifə69/228
tarix26.12.2016
ölçüsü7,25 Mb.
#3567
1   ...   65   66   67   68   69   70   71   72   ...   228
Bakterioloji şəraitin qiymətləndirilməsi. 
 
Bioloji şərait bakterioloji (bioloji) silahın tətbiqindən sonra yaranan bir şəraitdir. Bakterioloji şəraiti 
adamların, heyvanların, ərazinin, təsərrüfat obyektlərinin bakterioloji zəhərlənməsi miqyasını və 
dərəcəsini aydınalaşdırmaq, bakterioloji vasitələrin mülki müdafiə dəstələrinin xilasetmə və digər 
təxirəsalınmaz işlərin, həmçinin əhalinin kənd təsərrüfatı işlərinin aparılmasmda göstərdiyi fəaliyyətinə 
təsiri müəyyən etmək üçün qiymətləndirirlər. Bakterioloji şərait adamların, heyvanların, bitkilərin və 
sairənin mühafizəsini vaxtında təşkil edən tədbirləri həyata keçirmək üçün də qiymətləndirilir.  


Qeyd etmək lazımdır ki, bakterioloji zəhərlənmə ocağını şəhər, rayon, respublika miqyasında ləğv 
edirlər. Lakin kənd təsərrüfatı rəhbərləri, qərərgahlar, dəstələr bakterioloji zəhərlənmə ocağının ləğvində 
bilavasitə iştirak edir.  
Bakterioloji şəraitin qiymətləndirilməsinə aşağıdakılar aiddir: 
−  bakterioloji zəhərlənmə rayonunun sərhədini təyin etmək; 
−  torpaqdan  istifadəetma  planına  və  ya  ümumi  vəziyyət  sxeminə  zəhərlənmə  rayonunu 
köçürmək; 
−  karantin rejimini dəqiqləşdirmək; 
−  xüsusi təmizliyin aparılması üçün kənd təsərrüfatı istehsalı obyektlərini təyin etmək; 
−  həmçinin  müalicə-profilaktika  tədbirləri  qaydalarını  və  həcmini  müəyyənləşdirmək. 
Zəhərlənmə  ocağının  sərhədlərini  tibb  və  baytar  kəşfiyyatlarını  təyin  edir,  onları  ərazidə  nişanlayır  va 
lazımi məlumatları plana və ya xəritəyə köçürürlər.  
Karantin  şəhər, rayon (respublika) mülki müdafiə rəisinin qərarı ilə qoyulur, obyektin rəhbəri 
ərazisində yaranmış bakterioloji ocağı ləğv etmə işlərini təşkil edir. Burada zəhərlənmə ocağını ayırmaq 
üçün aparılan rejim tədbirlərinə və lazımi sanitar-gigiyena, epidemiya əleyhinə tədbirlərin keyfiyyətli 
aparılması üçün kənd təsərrüfatı işlərinin təşkilinə xüsusi diqqət yetirilməlidir. Kənd təsərrüfatı 
istehsalının obyektlərini xüsusi təmizliyin aparılması üçün kəşfiyyat məlumatları  və laboratoriya nəzarəti 
əsasında ayırırlar. Xüsusi təmizliyi birinci növbədə adamlar, heyvanlar, tövlələr və bitkilər keçirlər. Bu iş 
üçün dəstələr ayrılır, işin yerinə yetirilməsi qaydaları qoyulur, həmçinin maşın və xüsusi dezinfeksiya 
vasitələri ayrılır.  
Müalicə-profilaktik tədbirlərin aparılması lazım gələrsə aşağıdakılara xüsusi diqqət yetirilir:  
−  əhalidə  tibbi  müşahidələrin  fasiləsiz  aparılmasını  və  kənd  təsərrüfatı  heyvanlarında  baytar 
müşahidələri təşkil etmək; 
−  yoluxucu  xəstələri  və  şübhəliləri  tapmaq,  onları  ayırmaq,  hospitala  qoymaq  va  müalicə 
etmək; əhalinin va heyvanların təcili profilaktikasını  (antibiotiklərlə va başqa xüsusi dərmanlarla) təşkil 
etmək; 
qoruyucu peyvəndlər vurmaq. 
Bioloji şəraitin əsas xarakteristikası sanitar itkilərin sayıdır. Sanitar itkilərə öz 
döyüş qabiliyyətlərini itirən və yaralanma, zədə, kontuziya, xəstəlik nəticəsində bir 
gün  və  daha  az  tibb  məntəqələrinə  yerləşdirilən  hərbi  qulluqçular  aiddir.  Bioloji 
şərait  düşmən  tərəfindən  tətbiq  edilən  hücumun  miqyasından  asılıdır.  Şəraitin 
qiymətləndirilməsində əsasən aşağıdakılar nəzərə alınır: 
  Yoluxma ərazisi 
  Əhalinin orta yaşayış sıxlığı 
  Yoluxma rayonunda  əhalinin müdafiə olunmasının səviyyəsi 
 
Əməliyyat  hesablamaları  üzrə  fövqəladə  hallar  zonasında  insan  itkilərinin 
aşağıdakı qayda üzrə müəyyən etmək olar: 
 
S = K · I · (1 – H) · (1 – P) · E 
 
Burada, S – Əhalinin sanitar itkiləri (nəf.) 
K – Yoluxmuş  və bir-birilə əlaqədə olan əhalinin sayı 
I – Kontaqioz indeksi 
H – Qeyri spesifik müdafiə əmsalı 


P – Spesifik müdafiə əmsalı  
E – Təcili profilaktika əmsalı  
K  –nın  qiyməti  bakterioloji  yoluxmuş  ərazinin  sahəsiinn  qiyməti  ilə  həmin 
ərazidəki əhalinin sıxlığının qiymətinin hasilinə bərabərdir. 
 
Kontaqioz  indeksi    I  –  yoluxmuş  xəstə  ilə  əlaqədə  olduqdan  sonra  insanın 
xəstələnmə ehtimalının səviyyəsidir. 
Qeyri  spesifik  müdafiə  əmsalı  H  sanitar-gigiyenik  və  epidemiyaya  qarşı 
tətbirlərin  lazımi  vaxtda  həyata  keçirilməsindən,  içməli  suyun  və  yeyinti 
məhsullarının  yoluxmaya  qarşı  mühafizəsindən,  havadan  yoluxma  baş  verərkən 
əhalinin  qruplara  ayrılmasından,  həşaratlara  qarşı  fərdi  mühafizə  vasitələrindən 
asılıdır. 
Spesifik  müdafiə  əmsalı  P  infeksion  xəstəliklərin  profilaktikasında  istifadəsi 
uyğun sayılan müxtəlif növ dərmanların effektivliyini nəzərə alır. 
Təcili  profilaktika  əmsalı  E  müvafiq  xəstəliklərə  qarşı  antibiotiklərlə 
müdafiəyə uyğundur. 

Yüklə 7,25 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin