Microsoft Word 1-ci m vzu- fh t snifati



Yüklə 7,25 Mb.
Pdf görüntüsü
səhifə72/228
tarix26.12.2016
ölçüsü7,25 Mb.
#3567
1   ...   68   69   70   71   72   73   74   75   ...   228
Xüsusi kəşfiyyat adətən MM xidmətləri təşkil edir, radiasiya və kimya müşahidə postları, 
mühəndis və epidemioloji kəşfiyyat qrupları, baytar və fitopatoloji manqalar və s. qüvvələr yerinə 
yetirirlər. Bu zaman kəşfiyyat yerlərindəki konkret vəziyyət mütəxəssislər tərəfindən təfsilatı ilə 
dəqiqləşdirilir, ümumiləşdirilir və MM qərargahına çatdırılır. 
 
 
Fövqəladə hallarda MM kəşfiyyatının təşkili və 
aparılması qaydaları.
 
 
Kəşfiyyatı təşkil etmək bütün MM rəhbərlərinin, qərargahlarının və komandirlərinin vacib 
vəzifələrindən biridir. 
Kəşfiyyatın konkret məqsədlərini, ilk növbədə hansı məlumatların toplanmasını və müddətlərini, 
bunun üçün istifadə ediləcək qüvvələri mülki müdafiə rəhbəri müəyyənləşdirir. 
Kəşfiyyatın dəqiq təşkil edilməsi üçün MM qərargahının rəisi tam məsuliyyət daşıyır, bu işin 
bilavasitə təşkiltçısı isə MM qərargahı rəisinin müavinidir. O, MM rəhbərinin qərarına və qərargah 
rəisinin konkret göstərişlərinə uyğun olaraq kəşfiyyat tədbirlərini planlaşdırır, qrupları və manqaları 
fəaliyyətə hazırlayır, kəşfiyyata göndərir, onlardan alınan kəşfiyyat məlumatlarını toplayır, təhlil edir və 
ümumiləşdirir. Fəlakət rayonlarında yaxud zədələnmə ocaqlarında vəziyyət barədəki bu məlumatlar 
dərhal  MM rəhbərlərinə və yuxarı qərargaha təqdim edilir, həmçinin tabelikdəki qərargahlara, dəstə 
komandirlərinə çatdırılır. 
Kəşfiyyatı təşkil etmək üçün əsas sənəd - kəşfiyyat planıdır. Plan müvafiq MM qərargahında 
əvvəlcədən tərtib edilir, yuxarı qərargahla razılaşdırılır və MM rəhbəri tərəfindən təsdiqlənir. 
Plana obyektin sxemi (rayonun xəritəsi) əlavə edilir, burada idarəetmə məntəqələrinin, mühafizə 
qurğularının, kəşfiyyat bölmələrinin yerləri, bu bölmələrdə konkret fəaliyyət marşrutları, vəzifələrini 
yerinə yetirdikdən sonra toplanış məntəqələri şərti işarələrlə göstərilir. MM qərargahının rəisi bölmə 
komandirlərinə kəşfiyyat aparmaq barədə şifahi sərəncamı məhz bu sxem əsasında verir. Sərəncamda 
yaranmış vəziyyət barədə qısa məlumat verilir, kəşfiyyatın nə münasibətlə aparıldığı, onun konkret 
vəzifələri və icra müddəti, marşrutlarda fəaliyyət vaxtı rabitə yaratmaq və kəşfiyyatın nəticələri barədə 
məlumat vermək qaydaları dəqiq göstərilir. Kəşfiyyat bölmələri radioaktiv zəhərlənmə ocaqlarına 
göndərilən hallarda isə, həmçinin şəxsi heyətin yolverilən şüalanma dozası da müəyyən edilir. Şəhərdə, 
rayonda və obyektlərdə kəşfiyyat işlərinə radiasiya və kimya müşahidəsi postları, MM kəşfiyyat qrupları, 
xidmətlərin və dəstələrin kəşfiyyat manqaları (bölmələri), habelə müşahidə və laboratoriya nəzarəti 
şəbəkəsinin (MLNŞ) müəssisələri cəlb edirlirlər. 

Yüklə 7,25 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin