Microsoft Word 1-ci m vzu- fh t snifati



Yüklə 7,25 Mb.
Pdf görüntüsü
səhifə70/228
tarix26.12.2016
ölçüsü7,25 Mb.
#3567
1   ...   66   67   68   69   70   71   72   73   ...   228
Mülki Müdafiə kəşfiyyatı 
 
Kəşfiyyat - MM qüvvələrinin fəaliyyətini təmin etmək üçün görülən əsas tədbirlərdən biridir. 
MM sistemində aparılan kəşfiyyatda məqsəd - güclü istehsalat qəzasından, təbii fəlakətdən və ya 
düşmən basqınından sonra yaranmış və ya yarana biləcək vəziyyət barədə dəqiq məlumatlar 
toplamaqdır. Bunlar MM rəhbərlərinə əhalinin mühafizəsini və xilasetmə işlərini təşkil etmək barədə 
düzgün qərar qəbul etmək üçün lazımdır. 
MM kəşfiyyatının əsas vəzifələri sülh dövründə: 
•  Ətraf  mühitdə  havanın,  suyun,  torpağın,  maldarlıq  və  bitkiçilik  məhsullarının  radiaktiv, 
kimyəvi, bakterial maddələrlə çirklənməsinə vaxtaşırı müşahidə və laboratoriya nəzarəti aparmaq; 
•  Yoluxucu  xəstəlik  ehtimallı  rayonlarda  epidemik  və  epizotik  vəziyyətə  müntəzəm  nəzarət 
etmək; 
•  Güclü  istehsalat  qəzası  və  ya  təbii  fəlakət  baş  vermiş  rayonlarda  yaranan  vəziyyətləri  aşkar 
etməkdir. 
Müharibə dövründə düşmən basqınından sonra isə kəşfiyyatın  vəzifələri aşağıdakılar barədə  
məlumatlar əldə etməkdir: 
−  işlədilmiş    silahın  növü,  zərbənin  nə  vaxt  və  haraya  endirildiyi,  nüvə  partlayışının  gücü  və 
koordinatları; 
−  radiasiyanın  səviyyələri,  zəhərləyici  maddənin  konsentrasiyası,  zəhərli  hava  buludunun 
yayılma istiqaməti; 
−  zədələnmə ocağının hüdudları; 
−  xilasetmə və digər işlər aparılan rayonlarda zədələnmə şəraitinin necə dəyişdiyi; 
−  mühafizə qurğularının, oradakı  adamların vəziyyəti, onlara yardım göstərmənin yolları; 


−  kommunal  enerji  şəbəkələrinin,  rabitə  xətlərinin,  habelə  MM  dəstələri,  köçürülən  əhali 
hərəkət edəcək marşrutların vəziyyəti; 
−  yanğın yerləri, onların yayılma istiqaməti; 
−  hidrotexniki qurğuların nə dərəcədə zədələndiyi, fəlakətli subasma və daşqın zonaları yaranıb 
- yaranmadığı və s.  
Kəşfiyyat fəal, fasiləsiz, vaxtında və məqsədyönlü aparılmalı, başlıcası isə topladığı məlumatlar 
dəqiq olmalıdır. Bu tələblərin yerinə yetirilməsinə nail  olmaqdan ötrü kəşfiyyat qüvvələrini (kəşfiyyat 
qrupları, manqaları, müşahidə postları, nəzarət laboratoriyaları və s.) əvvəlcədən komplektləşdirib işə 
hazırlamaq, onların fəaliyyətini planlaşdırıb düzgün təşkil etmək, həmçinin kəşfiyyatın müxtəlif  
növlərindən, üsullarından, qüvvə və vasitələrdən istifadə etmək lazımdır. 
Hansı qüvvə və vasitələrlə aparılmasından asılı olaraq yerüstü kəşfiyyat, havadan kəşfiyyat və 
dənizdən (çaydan) kəşfiyyat növləri müəyyən edilmişdir. 

Yüklə 7,25 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin