196
Nəzarətin uçot (hesabat) funksiyası təlim nəticələrinin sistemli qeyd
olunmasında özünü göstərir. Bu isə təlimdə hər bir şagirdin müvəffəqiyyəti, onun
nailiyyətləri və biliyindəki çatışmazlıqlar barədə müəllimin aydın təsəvvürə malik
olmasına imkan verir.
Nəzarət-təkmilləşdirmə funksiyası "şagird-müəllim" əks-əlaqəsini təmin
edir. Bu əks-əlaqə şagirdlərin biliklərindəki çatışmazlıqlarla və sinfin hazırlıq səviy-
yəsi ilə əlaqədar olaraq, müəllimin öz təlim metodikasını təkmilləşdirməsinə, konkret
mövzular üçün ayrılan vaxtı dəqiqləşdirməsinə imkan verir. Nəzarətin bu funksiyası,
xüsusilə indi – fənnin özü və onun təlim metodikası yeni-yeni formalaşdırılan dövr
üçün daha mühüm əhəmiyyət kəsb edir.
Nəzarətin öyrədici funksiyası isə şagirdlərin bilik, bacarıq və vərdişlərinin
yoxlanması prosesində sinfin diqqətini kursun başlıca məsələlərinə, onun mühüm
dünyagörüşü ideyalarına cəlb etməyə, tipik səhvləri göstərməyə xidmət edir. Bu isə
şagirdlərin biliklərinin dəqiqləşdirilməsinə şərait yaradır.
Dostları ilə paylaş: