Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə15/94
tarix27.01.2023
ölçüsü1,09 Mb.
#81127
1   ...   11   12   13   14   15   16   17   18   ...   94
Informatika-Muhazireler-2

Səs kartı (səs adapteri)
Səs məlumatlarını (musiqi, danışıq və s.) canlandırmaq üçün kompüterə akustik
sistemlər (səs ucaldanlar) və səs kartları quraşdırılır. Səs kartı kompüterin imkanlarını
genişləndirərək ona musiqi ifa etməyə, danışmağa (xüsusi proqramlardan istifadə
etməklə) və məhdud şəkildə danışığı qəbul etməyə şərait yaradır.
Əgər kompüter CD ROM və səs kartı ilə təmin olunmuşsa, belə fərdi
kompüterləri multimediyalı andırırlar. Onlardan təhsildə, istirahətdə və əyləncədə
istifadə edirlər.
Şəbəkə kartı
Şəbəkə kartı (və ya şəbəkə adapteri) kompüterin lokal dövrəyə qoşulmasına
imkan verir. Əgər firma və ya təşkilatda müəyyən sayda kompüterlərdən istifadə
edilirsə, şəbəkə lövhəsi vasitəsilə ilə kompüterlər arasında informasiya mübadiləsi
yaratmaq mümkündür.
DVD (digital vidio disk)
DVD kompakt diskləri oxuyan qurğunu (CD-ROM) əvəz edəcək qurğu kimi
yaxın zamanlarda istehsal olunmağa başlanıb. Müxtəlif tutumlarda (təxminən 4.7
Hbayt-dan 17 Hbayt-a kimi) olan disklər adi kompakt disklərə çox oxşayırlar.
Strimmer
Strimmer (stream - uzun lent) informasiyaru maqnit lentinə yazan xüsusi
imkanlı maqnitafondur. Ondan sərt maqnit diskində olan informasiyanın ehtiyatda
saxlanılması üçün istifadə edirlər. Əgər həddindən artıq vacib olan informasiya sərt
maqnit diskindədirsə, onu strimmerdə saxlamaq məsləhət görülür. Strimmerin kasset-
ləri böyük tutuma (120 Mbaytdan 5 Hbayta qədər) malikdir.
Skaner
Mətn və qrafiki informasiyanın surətini çıxarıb kompüterə daxil etmək üçün
skaner (Scaner) qurğusundan istifadə edilir. Skaner fotoşəkil, rəsm, əl yazması, qəzet
və jurnal surətlərinin kompüterdə təkrar istifadə edilməsini təmin edir.
Fərdi skanerin əl ilə işləyən, planşet və baraban növlərindən istifadə olunur.
Skanerin əsas elementi yarımkeçirici lazer və yarımkeçirici işıqqəbuledicidir. Skaner
mətn və ya təsvir üzərində hərəkət etdikdə kağız üzərində hərəkət edən lazer şüası
mətni və ya təsviri skanerləyir və təsvirə uyğun informasiyam işığa həssas yanmkeçi-
ricilərdə əks etdirir. Nəticədə alınmış işıq siqnah elektrik siqnalına çevrilir və naqil
vasitəsi ilə kompüterə ötürülür. Kompüterə ötürülən siqnal özündə təsvirə uyğun olan


 28
nöqtələrin sayını və təsvirin rəngini təzahür etdirir. Kompüter tərəfindən alınan
siqnal kompüterin daxilində rəqəm siqnalına çevrilir. Ahnmış məlumat istifadəçi
tərəfindən lazım gəldikdə fayl şəklində diskə yazılır.
Plotter
Plotter kağız üzərində müxtəlif çertyojların çəkilməsini təmin edir. Əsasən
kompüterdə mühəndis məsələlərini həll etmək üçün istif adə edilir.
Rəqəmsal kamera
Rəqəmsal kamera kompüterə təsvirləri daxil etmək üçün istifadə olunan xüsusi
quruluşlu cihazdır.


 29

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin