32
Translyatorlar iki üsulla təşkil oluna bilərlər: interpretasiya və kompilyasiya
yolu ilə. Məhz buna görə də translyatoru uyğun olaraq interpretator və ya kompilyator
adlandırırlar.
İnterpretator proqramın operatorlarını bir-bir təhlil edir və onu bütövlükdə
yaddaşa yükləyir. Bu səbəbdən də proqramın işləmə vaxtı uzanır.
Kompilyator bütün proqramı maşın koduna çevirərək səhvlər haqqında
məlumatları vaxtında istifadəçiyə çatdırır. Beləliklə, operatorların təhlili və maşın
koduna çevrilməsi bir dəfəlik aparılır. Buna görə də kompüterin işləmə sürəti artır və
proqramın icrası prosesdən asılı olmur, proqram əməli yaddaşa yüklənməsinə ehtiyac
duyulmur və yaddaşdan digər məqsədlər üçün istifadə edilməsinə şərait yaranır.
Dostları ilə paylaş: