Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə24/94
tarix27.01.2023
ölçüsü1,09 Mb.
#81127
1   ...   20   21   22   23   24   25   26   27   ...   94
Informatika-Muhazireler-2

Windows-un çatışmayan çəhətləri
Kompüter texnikasında istifadə edilən istənilən proqramın müsbət və ya mənfi
cəhətləri olduğu kimi, Windows proqramının da belə xüsusiyyətləri vardır:
1. Windows-un əsas mənfi cəhəti ondan ibarətdir ki, yuxarıda göstərilən
müsbət cəhətləri əldə etmək üçün aparat təminatına düşən yükü çoxaltmaq lazımdır.
Qrafik interfeys, miqyaslı şriftlərin əldə edilməsi, mürəkkəb məsələlərin həlli və s.
güclü mikroprosessorun olmasını, əməli yaddaşın və disk sahəsinin genişləndiril-
məsini tələb edir. Baxmayaraq ki, Windows ilə işləmək üçün formal olaraq əməli
yaddaş 2 Mbayt, sərt diskdə isə tutumu 10-12 Mbayt olan 80386 mikroprosessoru
kifayətdir. Həqiqətdə isə bu işi yerinə yetirmək üçün əməli yaddaşı 4 Mbayt-dan, sərt
diskdə yaddaşı 40 Mbayt-dan az olmayan 80486 mikroprosessorundan istifadə etmək
əlverişlidir. Kompüterdə Windows və Windows əlavəsi ilə rahat işləmək üçün əməli
yaddaş 8 Mbayt, sərt disk yaddaşı isə 80-100 Mbayt-dan az olmayan 80486
mikroprosessorundan istifadə etmək lazımdır.
2. Windows-un digər mənfi cəhəti DOS-a nisbətən istənilən məsələnin həllinə
vaxtı çox sərf etməsidir. Məsələn, DOS proqramı kompüterdə məsələni həll etmək
üçün Windows-dan 1.5-2 dəfə tez işləyir.
3. Windows əslində çoxməsələli sistem deyil:
a) Bir məsələnin həlli üçün lazım olan proqram bütün Windows
proqramlarından asılı olur;
b) Əməli və disk yaddaşın böyük tutuma malik olmasına baxmayaraq, Windows
3-4 sayda proqramı eyni vaxtda həll edə bilmir;
4. İstənilən proqramın xarici qurğularla işləməsi birbaşa Windows-da həyata
keçirilir, bəzi hallarda isə xarici qurğularla intensiv işləyən proqramlar üçün bu hal
qəbuledilməzdir.
Bütün göstərilən mənfi cəhətlər Windows-un qiymətini heç də aşağı salmır və
onu göstərir ki, Windows heç də universal proqram deyil.
Kompüter işə düşən kimi avtomatik olaraq Windows əməliyyatlar sistemi yük-
lənir. Ekranda sistemin işçi stolu görünür. Standart vəziyyətdə işçi stolun aşağıdakı
elementləri mövcuddur. Ekranın aşağı sol küncündə “Start” (Пуск) düyməsi yerləşir.
Bu düymə vasitəsilə sistemə aid olan müxtəlif proqramları, sənədləri yükləmək,
proqramların icrasını həyata keçirmək, sənədləri yükləmək, tapşırıqları
müəyyənləşdirmək mümkündür. İşçi stolun sağ aşağı küncündə cari vaxtı göstərən
panel və dilin müəyyən edilməsi paneli yerləşir. Qeyd edək ki, göstəricini müəyyən
qısa müddətdə vaxtın üzərində saxlasaq ekrana cari tarix də verilir.


 43
Windows sisteminin işçi stolunun əsas elementləri «Мой компьютер»,
«Корзина», «İnternet Explorer” və digərləridir. Bu elementlərin siyahısı istifadəçi
istəyindən asılı olaraq artırıla da bilər. Əsas elementlərin təyinatları aşağıdakılardır.
«Мой компьютер» elementinin əsas vəzifəsi kompüterə daxil olan qurğuların
xarakteristikalarının verilməsi, onların məzmununa baxılması, fayllar və qovluqlarla
işin təşkili. Faylların müxtəlif əlamətlərinə görə axtarılıb tapılması, idarəetmə pane-
linin elementləri ilə işin təşkili, şəbəkə diskinin işə qoşulması və onun işdən xaric
edilməsi və s.
«Корзина» elementinin vəzifəsi istifadədən müvəqqəti uzaqlaşdırılmış faylların
yerləşdiyi yaddaş hissəsinin həcminin müəyyən edilməsi, onun məzmununa baxılması.
Lazım gəldikdə oradakı faylın bərpa olunması, faylların ləğvi ilə əlaqədar parametr-
lərin müəyyən edilməsi və s. daxildir.
“İnternet Explorer”in əsas vəzifəsi İnternetdə bələdçilik funksiyasının yerinə
yetirilməsi və onunla əlaqədar meydana çıxan məsələlərin həllidir.
İşçi stolun elementlərindən biri olan «Мой компьютер» elementinin əsas
vəzifəsi kompüterin qurğuları və qurğuların məzmunu ilə işin təşkil olunması, onların
xarakteristikalarının müəyyən olunması və dəyişdirilməsidir. Bu elementin əmrləri
aşağıdakılardır:
Открыть – kompüterə daxil olan qurğuların, daha doğrusu yaddaş qurğularının
siyahısı verilir.
Проводник – kompüter qurğuları, onların məzmunu ilə işləməni asanlaşdıran
bələdçidən istifadəyə şərait yaradır.
Найти – hər hansı əlamətə görə fayl, fayllar qrupunun və qovluğun axtarılıb
tapılması;
Управление – idarəetmə ilə əlaqədar əməliyyatların yerinə yetirilməsini təmin
edir. Burada müxtəlif yaddaş qurğuları, xidmət və əlavələrlə, eləcə də xidməti
jurnallardakı məlumatlarla işləmə təmin edilir;
Подключить (Отключить) системный диск - şəbəkə diskinin işə qoşulması
və işdən xaric edilməsini təmin edir;
Создать ярлык - «Мой компьютер» elementinə uyğun yeni yarlığı yaradaraq
ekrana verir;
Переименовать - «Мой компьютер» elementinin adını istifadəçi dəyişərək
istənilən adla əvəz edir;
Удалить – elementi ekrandan silir (ləğv edir);
Свойство – elementə aid olan xarakteristik xüsusiyyətlər haqqında məlumatları
ekrana verir.


 44
Windows əməliyyatlar sisteminin işçi stolunun əsas elementlərindən biri də
«Корзина» elementidir. Onun əsas vəzifəsi istifadədən müvəqqəti uzaqlaşdırılmış fayl
və qovluqları saxlamaqdır. Bu elementin əmrləri aşağıdakılardır:
Открыть – bu əmrin verilməsi ilə ekrana elementin məzmunu, yəni, fayl və
qovluqların adlarının siyahısı verilir;
Проводник – elementə daxil olan fayl və qovluqlar onların məzmunu ilə
işləməni asanlaşdıran bələdçidən istifadəyə şərait yaradır.
Очистить корзину –«Корзина»-da olan bütün faylları silərək ləğv edir;
Создать ярлык - «Корзина» elementinə uyğun yeni yarlığı yaradaraq ekrana
verir;
Свойство – elementə aid olan xarakteristik xüsusiyyətlər haqqında məlumatları
ekrana verir. Burada “Корзина”- nın istifadəçi tərəfindən həcmi müəyyən edilə bilər,
Qeyd edək ki, bu həcm kompüterin yaddaş imkanlarına uyğun olaraq istənilən
qaydada verilə bilər. Lakin həcmin ümumi yaddaşın 10 faizindən çox olmaması
məsləhət görülür. Eyni zamanda burada faylların ləğvi zamanı təsdiqləmənin soruşu-
lacağını, faylların ləğv olunaraq yerləşdirilməsi qaydaları və bu parametrlərin umumi
təyinatlı və ya fərdi olması da müəyyənləşdirilə bilər.
Windows əməliyyatlar sistemində fayl və qovluqların axtarılıb tapılması
məqsədilə «Мой компьютер» elemintinin Найти əmrindən və ya hər bir yaddaş
qurğusu seçildikdən sonra açılmış pəncərənin yuxarı hissəsindəki paneldə olan Поиск
əmrindən istifadə oluna bilər. Eyni zamanda axtarış məqsədilə «Пуск» düyməsini
basdıqda açılan pəncərədəki Найти əmrindən də istifadə etmək olar. Bu əmrlərdən hər
hansı biri verildikdən sonra ekranda yeni pəncərə açılır. Bu pəncərənin sol tərəfindəki
rejimlərdən Файлы и папки rejimini seçərək düyməni basırıq. Yeni açılan pəncərədə
tələb olunan parametrləri veririk. Bu parametrlərə fayl və ya papkanın adı, əgər ad
bilinmirsə onun adının əlaməti, sonuncu dəyişiklik olan tarix, ölçüsü, ölçü dəqiq
bilinmirsə onu təqribi göstərilən qaydalara uyğun ( 1Mb-dən kiçik, 1Mb-dən böyük,
Kb-la) vermək olar. Burada faylın yerləşdiyi qurğunun adını və əlavə məlumat kimi
faylda olan unikal söz və ya söz birləşməsini də göstərmək olar.
Bütün bu parametrlər müəyyənləşdirildikdən sonra kompüter axtarışa başlayır.
Axtarışın nəticəsi ekrana verilir. Əgər eyni adlı fayl müxtəlif qurğularda yerləşirsə bu
faylların hamısı əlamətləri müxtəlif olduğuna görə ekranda göstərilir. Lazımi fayl və
ya qovluğu istifadəçi təklif olunan siyahıdan seçir.
Windows əməliyyatlar sisteminin «Мой компьютер» elementinin «Открыть»
və ya «Проводник» əmrlərindən birinin köməyi ilə açılan yeni pəncərədən qurğular,
proqramlar və digər imkanlarla işləməni təmin edən, onları müəyyənləşdirməyə və


 45
istəkdən asılı olaraq dəyişməyə imkan verən «Панель управления» (İdarəetmə
paneli) əmrindən istifadə olunur. Bu əmr seçilərək verildikdən sonra ekranda müxtəlif
elementlərin adları göstərilir. Bu elementlərin köməyi ilə sistemin parametrlərini
müəyyənləşdirmək və təyin etmək, vaxt və tarixi nizamlamaq, sistemin xarici
müdaxilələrdən mühafizəsini vermək, yeni proqramları əlavə etmək və ləğv etmək,
kompüterlərə yeni qurğuların əlavəsi və nizamlanmasını müəyyənləşdirmək, müxtəlif
qurğulara aid parametrləri istifadəçi tələbinə və istəyinə uyğun dəyişmək, onların
sistemin tələbatına uyğun nizamlanmasını həyata keçirmək mümkündür.
İdarəetmə panelinin daha çox istifadə edilən əmrləri və onların iş prinsipləri
aşağıdakı kimidir:
Windows əməliyyatlar sistemində klaviatura və MOUSE-la işləmənin
nizamlanması məqsədilə sistemin İdarəetmə panelinin uyğun olaraq «Клавиатура»

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin