Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə25/94
tarix27.01.2023
ölçüsü1,09 Mb.
#81127
1   ...   21   22   23   24   25   26   27   28   ...   94
Informatika-Muhazireler-2

və «Мышь» əmrlərindən istifadə edilir. Klaviaturaya uyğun əmr verildikdən sonra
açılan pəncərədəki əmrlərdən istifadə edərək düymələrin basılması ardıcıllığı
arasındakı vaxt, müxtəlif düymələrin kombinasiyalarının təyinatı, eləcə də istifadə
olunan drayverin müəyyən edilməsi həyata keçirilir.
MOUSE qurğusu üçün olan əmr verildikdən sonra açılan pəncərədəki əmrlərin
köməyi ilə qurğunun ekran göstəricisinin təyini, onun hərəkət sürəti, müəyyən
tələblərə uyğun olaraq göstərici şleyfinin və onun uzunluğunun müəyyən edilməsi,
qurğu düymələrinin (sol və sağ) təyinatının dəyişdirilməsi, qurğuya uyğun drayveri
seçilməsini və sairi həyata keçirmək lazımdır. Əgər MOUSE qurğusu infraqırmızı şüa
ilə işləmə qabliyyətinə malikdirsə, onda bunu İdarəetmə panelinin xüsusi bu məqsəd
üçün müəyyən edilmiş əmri ilə əvvəlcədən elan etmək lazımdır.
Windows əməliyyatlar sistemində dil və ona uyğun standartların müəyyən
edilməsi məqsədilə İdarəetmə panelinin «Языки и стандарты» əmri istifadə edilir.
Əmr verildikdən sonra təklif olunan siyahıdan dil və uyğun dövlət seçilir. Bundan
sonra standartlar müəyyən edilməyə başlanılır. Bu standartlarla ölçü vahidləri (
uzunluq, vaxt, pul və s.) müəyyən edilir. Burada ədədlərin yazılışı qaydaları, kəsr
hissəni bildirən işarənin nöqtə və ya vergül olması, döyük ədədlərin göstərilməsi
qaydaları, vaxt və tarixin verilməsi qaydası, müsbət və mənfi ədədlərin əksetdirilməsi,
işarə və vahidlərin ədədlərdən əvvəl və ya sonra yerləşməsi müəyyən edilir. Bu
standartların təyinindəki dəqiqlik sonradan müxtəlif ofis proqramlarında
müvəffəqiyyətli işin təminatçısı olur. Qeyd edək ki, sistemin özü tərəfindən də seçilən
dilə və ölkəyə uyğun parametrlər təklif edilir. Bunun qəbul olunub- olunmaması
istifadəçidən asılıdır.


 46
Kompüterə qoşulan yeni qurğunun nizamlanması məqsədilə İdarəetmə
panelinin «Установка и удаления оборудoваний» əmrindən istifadə edilir. Əmr
verildikdən sonra açılan yeni pəncərədə yeni qurğunun avtomatik axtarılması və ya
istifadəçi tərəfindən axtarılacağı soruşulur. Adətən, axtarışın kompüter tərəfindən
axtarılıb tapılması daha məqsədə uyğundur. Qurğu kompüterə hansı portla qoşulduğu
müəyyən edildikdən sonra onun nizamlama proqramının köməyi ilə qurğu və
kompüter arasında əlaqə yaradılır.
Əgər hər hansı tələbata uyğun olaraq kompüterə qoşulan qurğunun qoşulmasını
ləğv etmək istəyiriksə onda həmin qurğunun adı dəqiq seçilərərk ardıcıl addımların
dəqiq yerinə yetirilməsi ilə bu yerinə yetirilir. Qeyd edək ki, qurğuların nizamlanması
zamanı istifadə olunacaq portların düzgün seçilməsi və ləğv olunacaq qurğunun
düzgün müəyyən edilməsi lazımdır.
Windows əməliyyatlar sistemində faylların mühafizəsi məqsədilə müxtəlif
üsullardan istifadə oluna bilər. Bundan əlavə kompüterin də xarici müdaxilədən
qorunması mühüm əhəmiyyətə malikdir. Faylların mühafizəsi məqsədilə parollardan
və faylın müxtəlif atributlarla ( ancaq oxumaq üçün, gizli) verilməsindən istifadə
edilir. Kompüter və ondakı sənədlərin mühafizəsini Windows-un brandmaueri ilə də
həyata keçirmək olar. Sistemin İdarəetmə panelinin “Брандмауер Windowsа» əmri
ilə bunu etmək mümkündür. Məhz bu əmrdə mühafizə rejiminin verilməsi,
mühafizənin şərtləri müəyyənləşdirilir. Belə ki, əmr veriləndən sonra açılan
pəncərədəki rejimlər brandmauerin işə salınıb salınmamasını, onun hansı şəbəkə
növünə aid olması, məlumatın daxil olunması zamanı sorğu olunub olunmaması
müəyyən edilir.
Windows əməliyyatlar sistemində müxtəlif şriftlərin əlavəsi və lazım
olmayanların ləğvi mümkündür. Qeyd edək ki, istifadə olunacaq bütün şriftlər
sistemin “Fond” qovluğunda yerləşməlidir. Əks halda bu şriftlərdən müxtəlif
proqramların istifadə etməsi mümkün olmur. Hər hansı yeni şrifti əlavə etmək və ya
ləğv etmək məqsədilə İdarəetmə panelinin «Шрифты» əmrindən istifadə edilir. Bu
əmr verildikdən sonra açılan pənsərədə artıq qovluqda olan şriftlərin siyahısı verilir.
Bu siyahıdan ləğv olunacaq istənilən şrift faylını seçildikdən sonra ya kontekst
menyunun ya da File menyusunun Удалить əmrini verməklə onu silmək olar. Əgər
istifadəçi yeni şrift əlavə etmək istəyirsə File menyusunun «Установить шрифт»
əmrini verir. Yeni pəncərədə şriftin yerləşdiyi qurğunu göstərir, qurğu məzmunu
göründükdə lazımdirsa bütün şriftləri, ya da yalnız lazım olanları seçib, ardıcıl
addımlar yerinə yetirilir. Qeyd edək ki, adətən hər bir şriftin 4 müxtəlif yazılış üslubu
olur. Ona görə də hər hansı əlifbanin əlavəsi 4 sriftin əlavəsini tələb edir.


 47
Windows əməliyyatlar sistemində vaxt və tarixin nizamlanması üçün
İdarəetmə panelinin «Дата и время» əmri istifadə edilir. Əmr verildikdən sonra
açılmış yeni pəncərədən əvvəlcə saat qurşağı seçilir (Bizim üçün Bakı, Tbilisi,
Yerevan qurşağı). Bundan sonra solda verilmiş pəncərədə əvvəlcə il, sonra ay, daha
sonra gün verilir. Bu sadəcə olaraq uyğun qiymətin siyahıdan seçilməsi ilə həyata
keçirilir. Sonra isə sağ tərəfdə verilən saatın sferblatının içərisindəki saat, dəqiqə və
saniyə göstəriciləri müəyyən edilir.
Qeyd edək ki, vaxt və tarixin verilməsi qaydası bu əmrdən başqa həm də
İdarəetmə panelinin «Языки и стандарты» dil və uyğun standartlar əmrinin
təyinatından asılıdır. Belə ki, bu standartlara uyğun olaraq vaxt iki və ya üç göstərici
ilə, tarix də həmin qaydada verilə bilər. Vaxt və tarixin standartlara uyğun
seçilməsinin düzgünlüyü şəbəkəyə və internetə qoşulmuş istifadəcilər üçün xüsusi
əhəmiyyətə malikdir. Çünki məhz bu proses alınan və ötürülən məlumatların vaxt və
tarix dəqiqliyini müxtəlif qurşaqlar üçün müəyyən etməyə imkan verir.
Windows əməliyyatlar sistemində çap qurğularının – printerlərin nizamlanması
məqsədilə İdarəetmə panelinin «Принтеры и факсы» əmrindən istifadə olunur. Əmr
verildikdən sonrs yeni açılmış pəncərədə nizamlama rejimi seçilir. Bu rejim
verildikdən sonra ekranda açılan yeni pəncərədə sol tərəfdə printer istehsalçıları olan
şirkətlərin adı, sağda isə bu şirkətlərin printerlərinin adı və seriyası göstərilir. Əgər
istifadəçinin kompüterinin şirkəti və bu şirkətin printerinin markası siyahıda varsa
(tam dəqiqliklə) onda həmin ad seçilərək sonrakı addıma keçid əmri verilir. Bu qayda
ilə sona qədər icra olunaraq qurğu nizamlanır. Əgər verilən siyahıda printerin markası
və uyğun seriyası yoxdursa, qurğu ilə birlikdə verilən disklərdən istifadə olunur. Bu
diskin yerləşdiyi qurğunun adı göstərilərək proses analoji olaraq davam etdirilir. Qeyd
edək ki, eyni bir kompüterə bir neçə printer nizamlamaq olar. Lakin belə halda istifadə
zamanı printeri mütləq seçmək tələb olunur. Əks halda printerə müraciət avtomatik
olaraq susmaya görə müəyyən edilən printerə müraciət kimi qəbul olunacaq.
Windows əməliyyatlar sistemində yeni proqramların əlavəsi və ləğvi əvvəlki
sistemlərdən fərqli olaraq daha sadə və optimaldır. Yeni proqramların əlavə olunması
və ya ləğvi məqsədilə İdarəetmə panelini açdıqdan sonra ekrana verilən siyahıdan «

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin