Mövzu 1 Marketinqin sosial-iqtisadi mahiyyəti və nəzəri-metodoloji əsaslari Plan


mövzu 6. MARKETİNQDƏ MƏHSUL SİYASƏTİ



Yüklə 1,17 Mb.
səhifə35/92
tarix02.01.2022
ölçüsü1,17 Mb.
#35567
1   ...   31   32   33   34   35   36   37   38   ...   92
C fakepathMühazir l r - texniki marketinq

mövzu 6. MARKETİNQDƏ MƏHSUL SİYASƏTİ

Plan:

6.1. Məhsul çeşidi və məhsul nomenklaturası

6.2. Məhsulların təsnifləşdirilməsi

6.3. Məhsulun həyat dövranı

6.4. Yeni məhsul yaradılmasının planlaşdırılması

6.5. Məhsulların rəqabət qabiliyyətliliyi

6.6. Ticarət markası və ticarət nişanı

6.7. Məhsulların qablaşdırılması
6.1. Məhsul çeşidi və məhsul nomenklaturası

Məhsul istehlakçının tələbatını ödəmək məqsədilə bazara tək­lif edilən hər hansı tələbatı ödəmək qabiliyyətinə malik olan təbiət tə­rəfindən hazır şəkildə ve­rilən və (və ya) insan əməyilə yaradılan bütün pred­metlərdir, şey­lərdir, mad­di nemətlərdir. Məhsul marketinq fəaliyyətinin, marketinq kompleksinin nüvəsini təş­kil edir. İstehlakçılar məhsul se­çərkən və alarkən əldə etmək istədikləri faydalara ən çox uyğun gələn məh­sul seçir və alırlar. Buna görə də müəssisə məhsul siyasətini hazır­la­yarkən istehlakçının əldə etmək istədiyi faydanı və ya faydaları, onun məhsulun hansı özəlliyinə üstünlük verdiyini müəyyən etməli və məhsul­la­rın xüsu­siyyətlərini ona uyğunlaşdırmalıdır.

Məhsulun strategiyasının hazırlanması və planlaşdırılması praktikasında məhsulun üç səviyyəsi: 1)məzmunca məhsul, 2)real məh­sul və 3)gücləndirilmiş məhsul anlayışlarından istifadə edilir.



Məzmunca məhsul dedikdə, (buna əsas məhsul, baza məhsulu, bazis servisi də deyilir) müəy­yən məziyyətlərə, təyinata, istehlakçının hər hansı bir problemini həll etmək, isteh­lak­çıya fayda vermək qabiliyyətinə malik olan bütün şeylər, maddi nemətlər başa dü­­şülür. Bu məhsul müəssisənin məhsul siyasətinin əsasını təşkil edir. İstehlakçı məhz bu məhsulu alır. Belə ki, istehlakçını məhsulu almağa sövq edən, təhrik edən məhz həmin məh­sulun məziyyətləri, tələbatı ödəmək qabiliyyətidir. Məsələn, soyu­du­cu­ların əsas özəlliyi (məziyyəti, xüsusiyyəti) bəzi ərzaq məhsullarının keyfiy­yə­tinin itirilməsinin, onun tez xarab olmasının qarşısını almaqla istehlakçının məhsulun uzunmüddətli saxlanması problemini həll etməkdir.

Real məhsul (bu məhsul konkret məhsul da, zəruri servis də adlandı­rılır) fərqləndirici xüsu­siy­yət­lərə: keyfiyyətə, dizayna, istehlak xüsu­siy­yətlə­rinə, marka adına və xarici tərti­ba­ta malik olan məzmunca məh­suldur.

Gücləndirilmiş məhsul (bu məhsul genişləndirilmiş məhsul da, əlavə servis də adlandırılır) sa­tışsonrası servis xidməti (satışdan sonrakı təminatlı təmir, kreditlə sa­tış, məhsulun təyinat yerinə çatdırılması və quraşdırılması, istifadəçinin öyrədilməsi və bu kimi digər xidmət növləri) ilə müşayiət olu­nan real məhsuldur.

İstehlakçılar məhsula müəyyən istehlak xüsusiyyətlərinin məcmusu kimi baxır və məhsul alarkən həmin xüsusiyyətləri özlərinin tələbatlarına uyğun olaraq vacib­lik dərəcəsinə görə sıralayırlar. Onlar həmin xüsu­siyyətləri özlərinin tələbatları ilə müqayisə edir və tələbatlarına ən çox uyğun gələn məhsulu alırlar.

Müəssisənin məhsul siyasətinin hazırlan­ma­sında müəs­sisənin məhsul nomenklaturasının, kateqoriyasının və çeşidinin düzgün müəyyən edilməsi həlledici rol oynayır.

Məhsul kateqoriyası dedikdə, eyni tələbatları ödəmək üçün nəzərdə tu­tulan qo­hum, oxşar məhsul çeşidlərinin, markalarının məcmusu başa düşülür. Məsələn, minik avtomobilləri və ya ətriyyat-kosmetika məhsulları məhsul kateqoriyasını təş­kil edir.

Məhsul çeşidi müəyyən məhsul kateqoriyasına daxil olan və eyni bir məhsul markası ilə buraxılan müxtəlif ölçüyə, modelə, rəngə və digər fərq­ləndirici istehlak xü­susiyyətlərinə malik olan məhsulların məcmusudur. Müəssisə məhsul çeşidinin dərinliyini, geniş­liyini və uyğunluğunu təmin et­mə­lidir.

Məhsul çeşidinin genişliyi dedikdə, yeni məhsul qrupları hesabına məhsul çe­şi­dinin sayının artırılması, çeşid müxtəlifliyinin təmin edilməsi, yəni mövcud məhsul çeşidinə yeni çeşid qrupunun və ya markasının daxil edilməsi başa düşülür.


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin