Marketinq tədqiqatlarının aparılmasında informasiyalar mühüm əhəmiyyət kəsb edir. İnformasiyaların toplanması metodlarının seçilməsi. Marketinq tədqiqatlarının bu mərhələsi özündə toplanması nəzərdə tutulan informasiyanın tipinin, onların toplanması metodlarının və üsullarının müəyyənləşdirilməsini və seçilməsini birləşdirir.
İnformasiyanın toplanması metodları toplanılan informasiyanın tipindən və xarakterindən asılıdır. Marketinq tədqiqatlarında iki tip informasiyadan: təkrar informasiyadan və ilkin informasiyadan istifadə edilir.
Təkrar informasiya əvvəllər hər hansı bir məqsədlə heç olmasa bir dəfə toplanmış və artıq mövcud (çap edilmiş, elan edilmiş və ya söylənilmiş) olan informasiyadır. Təkrar informasiya müəssisədaxili və müəssisədənkənar informasiyaya bölünür.
Müəssisədaxili təkrar informasiyaya müəssisənin fəaliyyətini əks etdirən məlumatlar aiddir.
Müəssisədənkənar informasiyaya isə dövlət və beynəlxalq təşkilatların, ticarət-sənaye palatasının, tədris, elmi-tədqiqat, layihə institutlarının və elmi-texniki təşkilatların nəşrləri, illik statistik məcmuələr və hesabatlar, kitablar, məqalələr, simpozium, konfrans və konqreslərin nəticələri, dövri mətbuatda verilən məlumatlar və s. aiddir.
İlkin informasiya dedikdə, isə konkret marketinq tədqiqatları üçün və ya hər hansı bir məqsədlə ilk dəfə toplanılan informasiya başa düşülür.
İlkin informasiyanın toplanmasında sorğu, müşahidə, eksperiment, imitasiya, fokus-qrup, panel, Delfi və testləşdirmə metodlarından istifadə edilir.
Dostları ilə paylaş: |